Vətənimizin istedadlı övladlarından biri də Bənövşə
Seymur qızı Rəsulovadır. O sakit təbiətli olub. Bənövşə adını ona babası verib.
Belə ki, anasının adını nəvəsi ilə yaşatmaq istəyirdi. Buna görə də nəvəsini
çox istəyirdi. Bənövşə rəqs etməyə, şeir deyib mahnı oxumağa maraq göstərirdi.
Gəlincikləri ilə oynayar, onlara mahnılar oxuyardı ki, “Ağıllı kuklam” mahnısı
üstünlük təşkil edirdi. 4-5 yaşlarından şəkilli nağıl kitablarına meyl edərdi.
Bənövşə məktəbə gedənə qədər Gülövşə xanımın sayəsində yazıb-oxumağı, sait,
samitlər, toplama, çıxma əməllərini öyrənmişdi.
Hazırda Hövsan qəsəbəsindəki
E. Qaranızadə adına 270 saylı məktəbdə təhsil alan Bənövşə əlaçıdır. Onun ən
çox sevdiyi fənlər ana dili, xarici dil və riyaziyyatdır. O, məktəbin təşkil
etdiyi tədbirlərdə də aktiv iştirakı ilə seçilir. Bu da təsadüfi deyil. Belə
ki, hələ bağçada olarkən bir sıra tədbirlərdə böyük maraqla çıxış edirdi.
Bunlardan qoğalın nağılında qoğal, turpun nağılında nənə rollarını ifa etməsini
misal göstərmək olar. Bənövşə asudə vaxtlarında nağıl kitabları oxumağı, nənə və
anasına ev işlərində kömək etməyi xoşlayır. Məktəbi əla qiymətlərlə başa vurub,
ali məktəbə daxil olub gələcəkdə bir müəllim olmaq istəyən Bənövşə bu sənətə
marağın onda Gülovşə və Ülkər müəllimlərinin yaratdığını deyir. Belə ki, öz
sevimli müəllimlərindən öyrəndiklərini gələcəkdə öz şagirdlərinə sevə-sevə öyrədəcəyini
deyir. Bənövşə ən yüksək zirvədə olan bir pedaqoq kimi tarixin yaddaşına düşmək
istəyir.
Ona bu yolda uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий