Aybəniz xanım Tural adını çox sevib. Bu adın ifadə
etdiyi paklıq, təmizlik mənası daim onun üçün müqəddəs dəyərlər olduğu səbəbindən.
Və nəhayət oğlan övladı dünyaya gələndə adını Tural qoymaq istədiyini bildirəndə
onun istəyi müsbət qarşılanır. Beləliklə dünyaya yeni bir Tural qədəm qoyur.
Körpəlikdə o çox maraqlı və qeyri adi uşaq olub. 9
ayında iməkləməmiş yeriyib, 2 yaşına qədər bir söz belə deməyib lakin sonra
böyüklər kimi cümlələrlə danışmağa başlayıb. Böyük hərəkətləri ilə seçilib və
böyükləri heyrətləndirib.
Məktəbə qədər oxumağı və yazmağı artıq bilirdi. Onun məktəbəqədər
hazırlıq mərhələsi ilə anası məşğul olurdu. Eyni zamanda uşaq bağçasında
hazırlıq kurslarına gedirdi. Tural hazırlıq kurslarını əla qiymətlərlə bitirib.
Onun ən çox şahmata marağı var. Gedişləri bir dəfə ona izah etmək yetər.
Tural Vidadi oğlu Rzayev 2001-ci il yanvarın 1-də Mingəçevir
şəhərində dünyaya göz açıb. Mingəçevir şəhərindəki İsmət Qayıbov adına 10 saylı
orta məktəbdə oxuyur
Dərslərini yaxşı oxuyur. Sevimli fənni riyaziyyat və
coğrafiyadır. Məktəbin ictimai həyatında da fəal iştirak edir.
Tural kiçik yaşlarından idmana maraq göstərib. Sağlam
bədəndə sağlam ruhu olar – prinsipinə əsaslanan valideynləri onun bu istəyinə
biganə qalmayıblar. Və beləcə Tural idmanın kikboksinq növü ilə məşğul olmağa
başlayıb. 2011-ci ilin sentyabrında Ağdam rayonunun Quzanlı qəsəbəsində müstəqilliyimizin
20-ci ildönümü ilə əlaqədar keçirilən yarışmada 26,5 kq çəki dərəcəsində fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. 2012-ci ilin yanvar ayında Mingəçevir şəhərində
keçirilən Azərbaycan kuboku yarışlarında II yeri tutduğu üçün diplomla təltif
olunub.
Onun idman sahəsindəki uğurları barədə MTV
telekanalında məlumat da verilib.
Tural gələcəkdə iqtisadçı olmaq istəyir. Yiyələnəcəyi
peşə üzrə mümkün olan ən yüksək zirvəyə qalxmaq əsas hədəflərindəndir. Boş
vaxtlarında futbol və şahmat oynamağı xoşlayır.
Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ - Xoşbəxtliyi
yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Gələcəkdə məktəbi əla qiymətlərlə
bitirib, xaricdə təhsil almaq istərdim”.
Комментариев нет:
Отправить комментарий