elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 июня 2016 г.

Məmmədov Elvin Bəxtiyar oğlu

Gələcəyin memarı  və rəssamı Məmmədov Elvin Bəxtiyar oğlu 01.23.2003-cü ildə Bakı şəhərində anadan olub. Hazırda 17 saylı məktəbdə oxuyur. Dərslərini yaxşı oxuyur sevimli fənni riyıaziyyatdır. Birinci sinifin yekun tədbirində lider rolunu oynamış, hər kəsin sevgisini qazanmışdır bu onun ilk uğuru sayılırdı demək olar. Həyatının ən maraqlı hadisəsi dostlarının yanında olub.2012-2013-cü illərdə təlim-tərbiyyə üzrə fərqləndiyinə görə balaca memarı diplom və fəxri fərmanlar ilə təltif ediblər.Və memarın uğurları bununla da yekunlaşmır ele hemin ildə 2013-cu il və bir il sonrada Xocalı faciəsinə həsr edilən plakat hazırlığında birincilik qazanmış daha bir diplomla təltif edilmişdir.Hədəfi istedadlı rəssam olmaqdır.Ancaq uşaq vaxtlarından memar olmaq istəyən Elvin fiqurları düzəltmık adi kağızlardan ev qurmaq bacarığında olub.Özünün sözlərinə görə insanların, heyvanların bir sözlə bütün canlıların evi olsun istəyirmiş.Asudə vaxtlarını da elə memarlığa aid şəkildə keçirir kağız və ya kardondan bina tikir. Eyni zamanda Elvin rəsmin rəngkarlıq və dəzgah mövzusunu sevir.Gələcək planları isə təhsilini başa vurduqdan sonra öz koriyerasını qurmaq özü üçün bir emalatxana açmaq sənətin incəliklərini daha dərindən öyrənməkdir.Hələki tarixin yaddaşında qalmaq istəmir.Televiziyaya da efirdə olmayıb , ancaq qəzet və jurnallarda uğurlarına görə onun haqqında yazı gedib. 2015-ci ilin dekabrında “National geographickids” jurnalına “çək göndər” başlığında gəmi şəkli düşüb. “Həqiqətlər və faktlar” qəzetində də əl işləri yer alıb.
01-10.05.2015-ci ildə “İstedad sorağında” müsabiqəsində də iştirak edib


28 июня 2016 г.

Zalova Səbinə Nəriman qızı

Zalova Səbinə Nəriman qızı 02.01.2002-ci ildə anadan olub. Hazırda Abşeron rayon Ceyranbatan qəsəbəsindəki 1 saylı məktəbdə oxuyur. Dərslərini əla oxuyan Səbinənin ən sevimli fənləri: Riyaziyyat, ədəbiyyat,ana dili , rus dili və ingilis dilidir.Məktəb nəzdində keçirilən bəzi tədbirlərdə yaxından iştirak eden Səbinənin həyatının ən maraqlı günü birinci sinifə getməyidir .Düzdür bu hadisə hər il yeni dərs ili başlayanda olur , ancaq Səbinə hər il yeni ruhla, həvəslə dərsə gedir. Digər maraqlı hadisə isə azərkeşlik etdiyi futbol komandasını dəyişməyi olub.Əldə etdiyi uğur və naliyyətlərə görə ona dəstək olan valideyinlərinə borcludur.Lakin öz iradəsinin olmasınıda deyir onu da qeyd edir ki, heç kimə oxşamaq istəmir çünki hamının səhvləri olur sadəcə özü olmaq istəyir.Planları çoxdur həyatı ilə bağlı , Səbinə düşünür ki,  hər hansı bir işlə məşğul olan zaman gərək  axıradək və əla səviyyədə məşğul olmaq lazımdır.Gələcəkdə jurnalist olmaq istəsə də şairliklə məşğul olmaq istəyir.Bu fikrə 4-cü sinifdən gəlsədə heç bir səbəbi yoxdur.Asudə vaxtlarını gənc şairə səmərəli keçirir şeir yazır, kitab oxuyur, musiqi dinləyir, rəsm çəkir.Şeirlərini əsasən həyatdan götürülmuş hadislərlə yazır.Rəsimlərini isə tam fərqli üslubda çəkir.Gələcəkdə ali məktəbə qəbul oxumaq istəyir öz sahəsi ilə irəli getmək yaradıcılığını davam etdirmək istəyir.Və heç vaxt adi insanlar kimi hamılaşmaq istəmir! Öz uğurları və yazdığı romanla tarixə düşmək istəyir.Səbinənin valideyinləri qeyd edir ki, körpəlikdən jurnallarla maraqlanır rəsimlər çəkir və rəngləyirdi. Məktəbə getmədən yazmağı , oxumağı bilirdi anası tərəfindən öyrədilmişdi.İstedadı ilə bağlı 2 yaşında məlumatımız olub , öz-özünə yaranıb ... İstedad üçün istedadlı dünyaya gəlmək lazımdır Səbinənin ailəsi belə düşünür...

Ələkbərli Çingiz Natiq oğlu

Bu günün idmançısı eyni zamanda gələcəyin hüquqşunası Ələkbərli Çingiz Natiq oğlu 06.03.2002-ci il də anadan olub. Çingiz Sumqayıt şəhəri Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı məktəbdə oxuyur.Dərslərini əla oxuyan Çingiz ana dili və tarix fənnini daha çox sevir.Məktəbin bayram tədbirlərində rəqslərlə və idman yarışları ilə fəal iştirak edib( katare üzrə keçirilmiş ) Qazandığı uğurlara görə 22 ədəd medal və fəxri fərmanlarla təltif edilib gənc idmançı.Əldə etdiyi uğur və naliyyətlərə görə anasına və nənəsinə özünü borclu bilir. Məqsədi Azərbaycan bayrağını ən uca zirvələrə aparmaqdır qazandığı uğurları ilə. Gənc və istedadlı idmançı iki ay bundan öncə hüquq işçisi olmaq fikrinə düşüb. Düşünür ki, həm idmanla həm də yaxşı savadlı hüquqşunas olmaqla Vətəninə daha çox fayda verə bilər.Asudə vaxtlarını isə idmana aid məşqlər edir və məsciddə namaz qılır.Valideyinləri Çingiz haqda deyirlər ki, çox dəcəl uşaq olub körpə vaxtdan ağlayan ancaq “xəbərlər” televizya verlişinə baxan zaman sakitləşirdi rəqsə idmana meyilli olub.Məktəbə getməzdən əvvəl bilirdi anası tərəfindən yazmaq və oxumaq öyrədilmişdir.İdmana isə marağı baxça vaxtından yaranmışdı bu marağı onda nənəsi yaratmışdır. Biz də redaksiyamız adından gənc idmançımıza medallarının və uğurlarının sayının çox olmasını arzu edirik.

Hüseynli Rəhman Anar oğlu

 
 
 
 
Hüseynli Rəhman Anar oğlu Bakı şəhəri Lökbatan qəsəbəsi 166 saylı lisey də təhsil alıb. Hazırda Elitar gimnaziyada təhsilini davam etdirir.Dərs əlaçısıdır bütün fənləri sevir hər biri ayrı elimdir deyir. Ancaq ən çox riyaziyyat,  biologiya və tarix fənlərini xüsusi maraqla öyrənir.Ən böyük arzusu isə Polis Akademyasına qəbul olmaqdır. Milli Təhlükəsizlik nazirliyində işləmək istəyir Futbol və üzgüçülük sahəsində daha çox fərqlənir. Vətənpərvər mahnılarl çox sevir.Həm idman həmdə dərs yarışlarında birincilik qazanmaq istəyir, və komputer sahəsində heç kimin etmədiyi kəşfi reallaşdırmaq istəyir. Valideyinlərinin sözlərinə görə Rəhman körpəlikdə çox sakit, rahat və ağıllı uşaq olub.Lap körpə vaxtlarından hər şeylə maraqlanan olub. 6 aylığından ana nənəsi Rəhmana bütün hərifləri, rəngləri, heyvanların adlarını öyrədirdi. Bir dəfə 8-9 aylığında uşaq poliknikasına gedən zaman sahə həkimi ona deyib ki , “A”həriflərini göstər o da bütün divardakı plakatlarda “A”hərflərini hamısını göstərdi. Rəhman yaşıdlarından fərqli uşaq olub uşaqlıqdan hər şeylə maraqlanıb özü komputeri öyrənirdi.Kitablara olan sevgisi 6 aylığından sonra onun oyuncaqların əvəzinə kitabları seçməsi ilə nəticələndi və ən maraqlısı isə heç bir kitaba zərər vermədən onları vərəqləməsi idi. Rəhmanın həmçinin çox yaxşı futbol oynamaq bacarığıda var 3-4 yaşından futbol ilə məşğuldur.Uşaq vaxtdan da sürətli uşaq maşınlarını sürüb bütün diqqəti özünə çəkirdi. Bir sözlə Rəhman nə işlə məşğul olur olsun uğur qazanıb.4 yaşından milli rəqslərə getməyə başladı Lökbatan qəsəbəsindəki Mədəniyyət evində bütün iştirak edib.Və 4 yaşından “Cungli “ hazırılq kurslarına getməyə başladı.Məktəbə gedəndə tam yazıb-oxumağı, saymağı, misalları həll etməyi bacarırdı 6-7 yaşlarında “Space”  telekanalında “Mən böyümüşəm” verlişinin həm müxbiri, həm rəqqası olub (2 il ərzində). Məryəm Əlibəyli ilə tanışlığıda o zamandan oldu və onun qrupuna getdi. Öncə “Gülən notlar”, daha sonra isə “Dostlar” qrupunda fəaliyyət göstərirdi. Demək olar ki, bütün telekanalların bayram tədbirlərində uşaq efirlərində və ayrıca Məryəm xanıma həsr edilən verlişlərdə iştirak edib.Daha sonra isə Eıitar gimnaziyaya qəbul oldu və 11 yaşında qurupdan ayrıldı dərsləri çox olduğu üçün Rəhman bu il 9 saylı uşaq musiqi məktəbinin nağara sinifini bitirir, futbola , üzgüçülüyə gedir.
Biz də gələcəyin polisinə uğurlarının davamlı olmasını arzu edirik.


Şamxal Ravil oğlu Baybekov



Bu günün istedadlı poliqlotu və mühəndisi Şamxal Ravil oğlu Baybekov 13 avqust 1997-ci ildə Bakı şəhərində anadan olub. H. Hüseynov adına 83 saylı məktəb-liseyi bitirdikdən sonra Qafqaz Universitetinin kimya mühəndisliyi ixtisasında təhsil alır. Məktəbdə əlaçı olmadığını etiraf edən Şamxal, aktiv şagird olduğunu deyir. Dəqiq elimləri sevdiyini deyən gənc mühəndis bütün həyatını kimyanın bütün sahələrini araşdırmaqda görür. Şamxalın sözlərinə görə onun inkişafında sinif rəhbəri Nuridə xanımın əməyi çox olub. Məktəb vaxtı bütün tədbirlərdə iştirak edib, indisə o tədbirləri həyatının xoş anları kimi xatırlayır. Şamxalın uğurları tələbəlik illərində də davam edir. 2016-cı ildə Gənc Tədqiqatçıların IV Beynəlxalq elmi konfransında iştirak edib, bundan başqa bir neçə tədbirdə fəallığı ilə öndə olub.
Əslində heç kimə oxşamaq istəməyən Şamxal ona bütün fəaliyyətlərində dəstək olduqlarına görə valideynlərinə borclu olduğunu deyir. Məqsədi ən azı kimya üzrə fəlsəfə doktoru, daha sonra isə professor olmaqdır. Kimyaçı olmaq və eyni zamanda kimyadan dərs demək istəyən Şamxal VIII sinifdən artıq bu qərara gəldiyini deyir. Anasının onun üçün aldığı müşahidə aparatları qəhrəmanımızın bu sahəyə meyl göstərməsinin əsas səbəbi olub.
Asudə vaxtlarını elmi araşdırmalarla keçirir, kainata, elmi-kütləvi informasiyalara aid sənədli filmlərə baxmağı xoşlayır. Kimyaya aid elmi məqalələr oxuyur, bundan başqa oriqami ilə maraqlanır.
Rəssam ruhlu mühəndisin sözlərinə görə rəsm çəkməyi bacarmış olsaydı təbiətin və kainatın rəsmini çəkərdi. Mümkün qədər tez təhsilini bitirmək, tezliklə iş həyatına başlamaq istəyən Şamxal universitetdə işləmək, araşdırmalarını orada davam etdirmək istəyir. Eyni zamanda Azərbaycanda kimya sahəsinin inkişafına öz töhfəsini vermək istəyir.
Valideyinlərinin sözlərinə görə Şamxal körpəlikdə də çox maraqlı uşaq olub. Həm nadinc, həm də tərbiyəli. 4 yaşında Azərbaycan əlifbasını öyrənmiş və artıq heca ilə sözləri sərbəst oxuyurdu. 5 yaşında isə rus dilində həm yazır, həm oxuyur, paralel olaraq ingilis dilini öyrənirdi. Maşınlarla maraqlanır və nişanlarla modellərini tapırdı. Çox gözəl rəsmlər çəkirdi (ailə arxivində saxlanılır).
Məktəbə gedəndə artıq üç dildə danışır və oxuyurdu. 4 yaşından Zabitlər Evinin “АБВГ-Дейка”, 5 yaşında isə ingilis dili qrupunda məşğul olub. Və bütün bu illərdə ingilis dili üzrə uğurlarının təməlini Reyhan müəllim qoyub.
Şamxalın valideynləri belə hesab edir ki, bütün uşaqlar bu dünyaya istedadlı gəlir, sadəcə onlarla məşğul olmaq lazımdır. Bütün uşaqlar saf bir mələkdirlər, onlara düzgün istiqamət verib qorumaq lazımdır. Uşaqlar çox həssasdırlar səmimiliyi hiss edirlər və bu zaman nəticə tez bilinir.
Biz də redaksiyamız adından gənc mühəndisimizə uğurlar arzu edirik!

Mehdiyeva Ləman Vilayət qızı

 
Mehdiyeva Ləman Vilayət qızı 12.02.2000-ci ildə Şirvan şəhərində anadan olub.Uşaqlıqda sakit təbiətli bir qız olan Ləman 4 yaşı olanda artıq xüsusi istedadlarını biruzə verməyə başlayıb.Bu yaşda o, anasıdan yazıb oxumağı öyrənmişdi və rəqsə maraq göstərirdi.Ləman 5 yaşından etibarən “Cücələrim” rəqs qrupunda rəqs edib.
2006-cı ildə 49 nömrəli “İntellekt” liseyinin I sinfinə daxil olub. IV sinfə qədər bu məktəbdə təhsil alan Ləman,dərslərini yaxşı oxumaqla yanaşı,həm də məktəbdaxili və sinifdaxili tədbir və proqramlarda fəal iştirak edib. IV sinfi bitirdikdən sonra isə İ.Əfəndiyev adına Elitar gimnaziyaya daxil olub. Hazırda X sinifdə təhsil alan Ləman tədris olunan bütün fənləri yaxşı oxuyur. Bununla yanaşı məktəbdə keçirilən müxtəlif tədbirlərdə,musiqi festivallarında fəal iştirak edir. Məktəbdaxili tədbirlərdə səhnələşdirilmiş tamaşa və səhnəciklərdə müxtəlif rolları canlandırmış,musiqili proqramlarda,musiqi festivallarında fortepiano çalmış və eləcə də xorda qrup şəklində çıxış etmişdir.
Ləmanın dərslərindəki və musiqidəki uğurları müxtəlif nominasiyalar üzrə qiymətləndirilmişdir. 2007-ci ildə 1-ci sinfi uğurla başa vurduğuna görə məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif olunub.2008-ci ildə 2-ci sinfi əla qiymətlərlə başa vurduğu üçün tərifnamə ilə təltif olunub.2009-cu ildə rəqs üzrə uğurlu fəaliyyətinə görə təltifnamə ilə qiymətləndirilib.2010-cu ildə 4-cü sinfi  əla qiymətlərlə başa vurduğu üçün tərifnamə ilə təltif olunub.2014-cü ildə 3-nömrəli musiqi məktəbinin fortepiano şöbəsi üzrə təhsilini uğurla başa vurmuşdur. Bütün bunlarla yanaşı  kompüter proqramları üzrə də yüksək biliyə malikdir.Ləman əldə etdiyi uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu bilir.
Gələcəklə bağlı planlarında ilk növbədə ali məktəbə qəbul olmaq və yüksək nəticə ilə təhsilini tamamlamaq durur.Ölkəmizin siyasi-ictimai həyatında rol almağı özünə hədəf seçən Ləman, bunun üçün gələcəkdə tərcüməçi peşəsinə yiyələnmək və diplomatik vəzifə daşımaq istəyir.
Ləman asudə vaxtalarını da dəyərli keçirməyi bacaran bir qızdır.İncəsənətin bir növü olan rəsmlə məşğul olur və müxtəlif mövzularda şəkillər çəkir.