Mehdiyeva
Ləman Vilayət qızı 12.02.2000-ci ildə Şirvan şəhərində anadan olub.Uşaqlıqda
sakit təbiətli bir qız olan Ləman 4 yaşı olanda artıq xüsusi istedadlarını biruzə verməyə başlayıb.Bu
yaşda o, anasıdan yazıb oxumağı öyrənmişdi və rəqsə maraq göstərirdi.Ləman 5
yaşından etibarən “Cücələrim” rəqs qrupunda rəqs edib.
2006-cı
ildə 49 nömrəli “İntellekt” liseyinin I sinfinə daxil olub. IV sinfə qədər
bu məktəbdə təhsil alan Ləman,dərslərini yaxşı oxumaqla yanaşı,həm də
məktəbdaxili və sinifdaxili tədbir və proqramlarda fəal iştirak edib. IV sinfi
bitirdikdən sonra isə İ.Əfəndiyev adına Elitar gimnaziyaya daxil olub. Hazırda X sinifdə təhsil alan Ləman tədris olunan bütün fənləri yaxşı oxuyur. Bununla
yanaşı məktəbdə keçirilən müxtəlif tədbirlərdə,musiqi festivallarında fəal
iştirak edir. Məktəbdaxili tədbirlərdə səhnələşdirilmiş tamaşa və səhnəciklərdə
müxtəlif rolları canlandırmış,musiqili proqramlarda,musiqi festivallarında
fortepiano çalmış və eləcə də xorda qrup şəklində çıxış etmişdir.
Ləmanın
dərslərindəki və musiqidəki uğurları müxtəlif nominasiyalar üzrə
qiymətləndirilmişdir. 2007-ci ildə 1-ci sinfi uğurla başa vurduğuna görə məktəb
rəhbərliyi tərəfindən tərifnamə ilə təltif olunub.2008-ci ildə 2-ci sinfi əla
qiymətlərlə başa vurduğu üçün tərifnamə ilə təltif olunub.2009-cu ildə rəqs
üzrə uğurlu fəaliyyətinə görə təltifnamə ilə qiymətləndirilib.2010-cu ildə 4-cü
sinfi əla qiymətlərlə başa vurduğu üçün
tərifnamə ilə təltif olunub.2014-cü ildə 3-nömrəli musiqi məktəbinin fortepiano
şöbəsi üzrə təhsilini uğurla başa vurmuşdur. Bütün bunlarla yanaşı kompüter proqramları üzrə də yüksək biliyə
malikdir.Ləman əldə etdiyi uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu
bilir.
Gələcəklə
bağlı planlarında ilk növbədə ali məktəbə qəbul olmaq və yüksək nəticə ilə
təhsilini tamamlamaq durur.Ölkəmizin siyasi-ictimai həyatında rol almağı özünə
hədəf seçən Ləman, bunun üçün gələcəkdə tərcüməçi peşəsinə yiyələnmək və
diplomatik vəzifə daşımaq istəyir.
Ləman asudə vaxtalarını da
dəyərli keçirməyi bacaran bir qızdır.İncəsənətin bir növü olan rəsmlə məşğul
olur və müxtəlif mövzularda şəkillər çəkir.
Комментариев нет:
Отправить комментарий