elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 июня 2016 г.

Zalova Səbinə Nəriman qızı

Zalova Səbinə Nəriman qızı 02.01.2002-ci ildə anadan olub. Hazırda Abşeron rayon Ceyranbatan qəsəbəsindəki 1 saylı məktəbdə oxuyur. Dərslərini əla oxuyan Səbinənin ən sevimli fənləri: Riyaziyyat, ədəbiyyat,ana dili , rus dili və ingilis dilidir.Məktəb nəzdində keçirilən bəzi tədbirlərdə yaxından iştirak eden Səbinənin həyatının ən maraqlı günü birinci sinifə getməyidir .Düzdür bu hadisə hər il yeni dərs ili başlayanda olur , ancaq Səbinə hər il yeni ruhla, həvəslə dərsə gedir. Digər maraqlı hadisə isə azərkeşlik etdiyi futbol komandasını dəyişməyi olub.Əldə etdiyi uğur və naliyyətlərə görə ona dəstək olan valideyinlərinə borcludur.Lakin öz iradəsinin olmasınıda deyir onu da qeyd edir ki, heç kimə oxşamaq istəmir çünki hamının səhvləri olur sadəcə özü olmaq istəyir.Planları çoxdur həyatı ilə bağlı , Səbinə düşünür ki,  hər hansı bir işlə məşğul olan zaman gərək  axıradək və əla səviyyədə məşğul olmaq lazımdır.Gələcəkdə jurnalist olmaq istəsə də şairliklə məşğul olmaq istəyir.Bu fikrə 4-cü sinifdən gəlsədə heç bir səbəbi yoxdur.Asudə vaxtlarını gənc şairə səmərəli keçirir şeir yazır, kitab oxuyur, musiqi dinləyir, rəsm çəkir.Şeirlərini əsasən həyatdan götürülmuş hadislərlə yazır.Rəsimlərini isə tam fərqli üslubda çəkir.Gələcəkdə ali məktəbə qəbul oxumaq istəyir öz sahəsi ilə irəli getmək yaradıcılığını davam etdirmək istəyir.Və heç vaxt adi insanlar kimi hamılaşmaq istəmir! Öz uğurları və yazdığı romanla tarixə düşmək istəyir.Səbinənin valideyinləri qeyd edir ki, körpəlikdən jurnallarla maraqlanır rəsimlər çəkir və rəngləyirdi. Məktəbə getmədən yazmağı , oxumağı bilirdi anası tərəfindən öyrədilmişdi.İstedadı ilə bağlı 2 yaşında məlumatımız olub , öz-özünə yaranıb ... İstedad üçün istedadlı dünyaya gəlmək lazımdır Səbinənin ailəsi belə düşünür...

2 комментария: