elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 сентября 2016 г.

Zərgərli Şəmsi Orxan oğlu

 
 
 
 
Zərgərli Şəmsi Orxan oğlu 18 iyun 2001-ci ildə Salyan şəhərində dünyaya göz açmışdır. Şəmsi körpəlikdə şıltaq uşaq olub. İstədiyini əldə etməsə, sakitləşmirdi. 3 yaşından şahmata marağı yaranıb. Çünki bacıları Şərqiyyə və Fəxriyyə şahmatçı idilər. Şəmsi onlar şahmatla məşğul olanda əlinə şahmat taxtasını götürüb onunla oynamalarını istəyirdi. Şəmsinin şahmata həvəsini şahmat müəllimi Rafət müəllim də bildi. O, Salyan şahmat məktəbində dərs deyir. Rafət müəllim Şəmsini hər gün bağçadan götürüb 1-2 saat məşğul olurdu. O, Şəmsinin gələcəkdə yaxşı şahmatçı olacağına böyük ümid edir. Elə də oldu. Şəmsi yavaş-yavaş yarışlara qatıldı. Artıq 4 yaşında oyunlararası yarışlarda I və II yerlər tutdu.
İlk təhsilini Salyan şəhərində 8 №-li orta məktəbdə alıb. Hazırda isə Bakı şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. Şəmsinin fizika və riyaziyyata meyilli olması babası Yunis Zərgərlidən gəlir. Babasına fəxri müəllim adını ulu öndərimiz Heydər Əliyev şəxsən özü vermişdir.
Asudə vaxtlarında kitab oxumağı xoşlayır. Şəmsi məktəbin bütün tədbirlərdə yaxından iştirak etməyi sevir. Məşhur insanları parodiya etməyi xoşlayır. Şəmsi məktəbdə fəal şagirdlərdəndir.
Şəmsi 15 yaşı olanda daha uşaqlıq etmək lazım olmadığını dərk etdiyini deyir. O, artıq böyüdüyünü, həyatı başa düşdüyünü qeyd etdi. Anasının və bacılarının qayğısına qalmağa çalışır. Şəmsi həyatda müəllimələrinə və anasına borclu olduğunu deyir.

Uğurların bol olsun, Şəmsi.

Murad Dinar oğlu Qədirov



Azərbaycanımızın istedadlı gənclərindən biri də Murad Dinar oğlu Qədirovdur. Murad 8 may 2002-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində dünyaya göz açmışdır. Körpəlikdə ağıllı, sakit, dərin düşüncəli, dinləməyi bacaran, diqqətli uşaq olub. İlk təhsilini Xaçmaz rayon Çarxı kənd ümumi orta məktəbində alıb. Hazırda Fizika-riyyaziyat təmayüllü liseydə təhsilini davam etdirir.
Murad bacısı Lamiyənin kitab oxumasına diqqətlə qulaq asırdı. Bacısı ilə bərabər Murad da öyrənirdi. Artıq məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. O, ziyalı ailəsində dünyaya göz açmışdır. Murada yazıb-oxumağı ilk öyrədən babası olub. Uşaq yaşlarından oxumağa həvəsi olub. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər fizika və riyyaziyatdır. Məktəbin bir çox tədbirlərində iştirak edib. Əldə etdiyi nailiyyətlərə görə özünü babasına, nənəsinə, anasına, müəllimələrinə borclu bilir. Fəaliyyətindən anasına bənzəmək istəyir. Asudə vaxtlarında musiqiyə qulaq asır, şeir oxuyur. Yaxşı nəticələr əldə etmək üçün çox oxumalı olduğunu bilir. O bilir ki, əziyyətini çəkənlərin zəhmətini qiymətləndirməlidir.
Tarixin yaddaşında əbədi olaraq qalmaq istəyir. Ali təhsil və magistr təhsili almaq, öz sənətin mütəxəssisi olmaq istəyir.

 Gələcəyin mühəndisinə uğurlar arzu edirik.

Qədirova Lamiyə Dinar qızı

Qədirova Lamiyə Dinar qızı 8 may 2000-ci ildə Xaçmaz rayonu Çarxı kəndində dünyaya göz açmışdır. Lamiyə aliənin ilk nəvəsi olduğu üçün hamı onu çox sevir. Körpəlikdən ağıllı, şıltaq qız olub. Hələ balaca olarkən çoxlu kitabı var idi. Kitaba həvəsi çox idi. Harada kitab görsə, öz kitablarının yanına qoyurdu. Böyük dərslikləri bir-bir vərəqləyərdi. Məktəbə gedənə qədər yazıb-oxumağı, vurma cədvəlini, yüz dairəsində toplama və çıxmanı bilib. Bunu ona nənəsi öyrədib. Nənəsi və anası müəllimə olduqları üçün Lamiyənin təhsili ilə böyük həvəslə məşğul olurdular. Hələ uşaq yaşlarında diqqətli olması ilə fərqlənirdi. Hər şeyi bilmək, öyrənmək istəyi onda uşaqlıqdan yaranıb. Anası Ruhiyyə xanım evdə uşaqlara dərs keçən zaman diqqətlə qulaq asır və suallar verirdi. İlk təhsilə Xaçmaz rayonu Çarxı kəndində başlayıb, hazırda isə təhsilini Akademik Zərifə Əliyeva adına liseydə davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər riyyaziyat və fizikadır. Məktəbdə təşkil olunan bir çox tədbirlərdə iştirak edib. Həyatının yaddaqalan günlərindən biri Akademik Zərifə Əliyeva adına liseyə qəbul olduğu gündür.
Gələcəkdə riyaziyyat-informatika müəllimi olmaq istəyir. Ən böyük arzusu anası kimi müəlimə olmaqdır. Anası Ruhiyyə xanıma oxşamaq istəyir. Həyatda qazandığı nailiyyətlərə görə anasına borclu olduğunu deyir.
Asudə vaxtlarında fizika və riyyaziyatdan tapşırıqlar, sınaq testləri həll edir, musiqiyə qulaq asır. Onun fikrincə, musiqi fərqli bir dünyadır. Lirikanı, şeir oxumağı sevir.
Biz də redaksiya heyəti adından Lamiyəyə uğur arzu edirik.


26 сентября 2016 г.

İbrahimli Azər Abdulrəhim oğlu

İbrahimli Azər Abdulrəhim oğlu 1998-ci il iyulun 27-də Bakı şəhərində anadan olub. Azər körpəlikdə ağıllı, sevimli, şirin, diqqəti cəlb edən uşaq olub. Onun ən çox sevdiyi məşğuliyyət şəkil çəkmək olub. Biliyi, savadı, bacarığı ilə seçilir. Məktəbə gedənə qədər yazıb-oxumağı qardaşlarının dərsliklərinidən öyrənməyə çalışıb. Balaca olanda televizor qabağında durub, diktorluq edərdi, mahnı oxuyardı, uşaqlarla səhnələr qurardı. O, uşaq verilişlərinin birində kiçik səhnəciklərdə rol almışdır. Televiziya kanalında reklam çarxlarının birini səsləndirmişdir. İlk təhsilini Migəçevir şəhəri İ. Qayıbov adına 10 №-li məktəbə alıb. II sinifdə Yasamal rayonu 31 №-li məktəbə daxil olub, V sinifdə isə 287 №-li Zəkalar liseyində təhsilini davam etdirib.
Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevimli fənləri fizika və həndəsədir. Asudə vaxtalırında musiqi dinləməyi, futbol oynamağı xoşlayır. 2010-cu ildə Azərbaycan dili üzrə olimpiadanın məktəb turunun qaliblərindən olub.
Əldə etdiyi nailiyyətlərə görə ailəsinə və müəllimələrinə borclu olduğunu deyir.
Universiteti bitirib magistraturada oxumağı planlaşdırıb. Gələcəkdə kompüter mühəndisi olmaq istəyir. Tanımış, öz işini bacaran bir mütəxəssis olmaq arzusundadır.

Uğurların bol olsun, Azər.

23 сентября 2016 г.

Soltanlı Zeynəb Elman qızı

Ənənəmizə sadiq qalaraq fəal uşaqları sizlərə tanıtmaqdan məmnunluq duyuruq. Bu dəfə həmyaşıdlarından fərqlənən balaca qəhrəmanımız Zeynəb haqqında məlumatı sizlərə təqdim edirik.
Soltanlı Zeynəb Elman qızı 13 mart 2009-cu ildə Şəki şəhərində doğulub. 10 nömrəli məktəbdə təhsil alır. İlk söhbətimiz Zeynəbin valideynləri ilə oldu. Valideynləri Zeynəbin balacalıqda istiqanlı, tələbkar olduğunu söyləyirlər. Zeynəb interaktiv oyunlar oynamağı, maraqlı kitablar oxumağı xoşlayırdı. O, yazmağı, oxumağı məktəbdə müəllimlərindən öyrənib. Valideynləri “Zeynəbin gələcəkdə savadlı bir gənc olacağını düşünürük” deyərək gülümsündülər. Valideynlərlə söhbətdən sonra suallarımızı Zeynəbə unvanladıq. 
“Mən əlaçıyam və ən çox sevdiyim fənn riyaziyyatdır. 17 saylı uşaq bağçasında keçirilən tədbirlərdə fəal iştirakımla seçilmişəm. 10 nömrəli məktəbdə keçirilən “Biz həmişə birinciyik” adlı tədbirdə fəallığıma görə məktəb müdriyyəti tərəfindən fəxri fərmanla təltif edilmişəm. Bundan başqa məktəbdə təşkil olunmuş müxtəlif tədbirlərd, şənliklərdə fəal iştirak etmişəm. Mənim həyatımda ən önəmli gün ilk dəfə məktəbə qədəmlərimi basdığım gündür, ən fərəhli günümdür və mən bu günümü heç vaxt unutmayacağam. Uğur və nailiyyətlərimə görə özümü anama və müəllimlərimə borclu bilirəm. Bəlkə də, hər balaca qız kimi mən də, anama oxşamağı çox istərdim. Hər bir şagird kimi özümü ən yüksək zirvələrdə görməyi istərdim. Hədəflərimdən biri ən yüksək balla Tibb universitetinə, həkimliyə qəbul olmaqdır. Tarixin yaddaşında gələcəyin savadlı həkimi kimi, sağalmaz xəstəliklərin dərmanlarını kəşf etməklə qalmağı istərdim. Mən II sinif şagirdiyəm, hələ ki,  KİV-də və ya başqa yerlərdə mənim haqqımda məlumat verilməyib. Bu ilk olacaq və inanıram ki, ardı olacaq.”
Zeynəbə qarşısındakı uzun bir yolda uğur diləyirik!