İbrahimli Azər Abdulrəhim oğlu 1998-ci il iyulun 27-də Bakı şəhərində
anadan olub. Azər körpəlikdə ağıllı, sevimli, şirin, diqqəti cəlb edən uşaq
olub. Onun ən çox sevdiyi məşğuliyyət şəkil çəkmək olub. Biliyi, savadı,
bacarığı ilə seçilir. Məktəbə gedənə qədər yazıb-oxumağı qardaşlarının dərsliklərinidən
öyrənməyə çalışıb. Balaca olanda televizor qabağında durub, diktorluq edərdi,
mahnı oxuyardı, uşaqlarla səhnələr qurardı. O, uşaq verilişlərinin birində
kiçik səhnəciklərdə rol almışdır. Televiziya kanalında reklam çarxlarının
birini səsləndirmişdir. İlk təhsilini Migəçevir şəhəri İ. Qayıbov adına 10 №-li
məktəbə alıb. II sinifdə Yasamal rayonu 31 №-li məktəbə daxil olub, V sinifdə
isə 287 №-li Zəkalar liseyində təhsilini davam etdirib.
Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevimli fənləri fizika və həndəsədir.
Asudə vaxtalırında musiqi dinləməyi, futbol oynamağı xoşlayır. 2010-cu ildə Azərbaycan
dili üzrə olimpiadanın məktəb turunun qaliblərindən olub.
Əldə etdiyi nailiyyətlərə görə ailəsinə və müəllimələrinə borclu
olduğunu deyir.
Universiteti bitirib magistraturada oxumağı planlaşdırıb. Gələcəkdə
kompüter mühəndisi olmaq istəyir. Tanımış, öz işini bacaran bir mütəxəssis olmaq
arzusundadır.
Uğurların bol olsun, Azər.
Комментариев нет:
Отправить комментарий