Zərgərli Şəmsi Orxan oğlu 18 iyun 2001-ci ildə Salyan şəhərində
dünyaya göz açmışdır. Şəmsi körpəlikdə şıltaq uşaq olub. İstədiyini əldə etməsə,
sakitləşmirdi. 3 yaşından şahmata marağı yaranıb. Çünki bacıları Şərqiyyə və Fəxriyyə
şahmatçı idilər. Şəmsi onlar şahmatla məşğul olanda əlinə şahmat taxtasını
götürüb onunla oynamalarını istəyirdi. Şəmsinin şahmata həvəsini şahmat müəllimi
Rafət müəllim də bildi. O, Salyan şahmat məktəbində dərs deyir. Rafət müəllim Şəmsini
hər gün bağçadan götürüb 1-2 saat məşğul olurdu. O, Şəmsinin gələcəkdə yaxşı
şahmatçı olacağına böyük ümid edir. Elə də oldu. Şəmsi yavaş-yavaş yarışlara
qatıldı. Artıq 4 yaşında oyunlararası yarışlarda I və II yerlər tutdu.
İlk təhsilini Salyan şəhərində 8 №-li orta məktəbdə alıb. Hazırda isə
Bakı şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alır. Dərslərini
yaxşı qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. Şəmsinin
fizika və riyaziyyata meyilli olması babası Yunis Zərgərlidən gəlir. Babasına fəxri
müəllim adını ulu öndərimiz Heydər Əliyev şəxsən özü vermişdir.
Asudə vaxtlarında kitab oxumağı xoşlayır. Şəmsi məktəbin bütün tədbirlərdə
yaxından iştirak etməyi sevir. Məşhur insanları parodiya etməyi xoşlayır. Şəmsi
məktəbdə fəal şagirdlərdəndir.
Şəmsi 15 yaşı olanda daha uşaqlıq etmək lazım olmadığını dərk
etdiyini deyir. O, artıq böyüdüyünü, həyatı başa düşdüyünü qeyd etdi. Anasının
və bacılarının qayğısına qalmağa çalışır. Şəmsi həyatda müəllimələrinə və
anasına borclu olduğunu deyir.
Uğurların bol olsun, Şəmsi.
Комментариев нет:
Отправить комментарий