elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 октября 2016 г.

Nəbiyeva Fidan Vidadi qızı

 
 
 
Nəbiyeva Fidan Vidadi qızı 24 aprel 2005-ci ildə Bakı şəhərində anadan olub. Fidan körpəlikdə sakit və şən uşaq olub. Gəlinciklərlə oynamağı sevməzdi. Onları bir kənara atıb həmişə qardaşı İlkinin oyuncaq maşınları ilə oynayardı. Daim öz “bəstələri”ni zümzümə edərdi. Eyni zamanda plastlinlə oynamağı, şəkil çəkməyi xoşlayırdı. Ən çox sevdiyi məşğuliyyət isə böyükləri sorğu-suala tutmaq idi. Verdiyi sualların hamısına dolğun cavablar istəyirdi. Suallardan yayınmağa və yorulmağa heç kimin “ixtiyarı” yox idi. Çünki Fidan onu maraqlandıran cavabları almayana qədər “sual yağışını” davam etdirirdi. 4-5 yaşlarında Fidanın musiqiyə olan marağı özünü büruzə verməyə başladı. Televiziya kanallarında klassik musiqi sədaları eşidən kimi diqqəti oraya yönlənir, böyük maraq və heyranlıqla dinləyirdi. Fidan 23 №-li tam orta məktəbdə təhsil alır. 7 yaşında öz təkidi ilə musiqi məktəbinin fortepiano sinfinə yazıldı. Hazırda R. Behbudov adına 2 №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə V sinifdə təhsil alır. Həvəslə çalışır, respublika müsabiqəsində iştirak etməyə hazırlaşır.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı, bunu ona nənəsi və anası öyrətmişdirlər. Məktəbdə fəal uşaqlardan biridir. Dərslərini əla qiymətlərə oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, fizika və ingilis dilidir. Məktəbə getdiyi ilk gündən etibarən çalışqanlığı, savadı ilə müəllimlərin sevimlisinə çevrilmişdir.
Məktəbdə keçirilən bir-neçə tədbirdə iştirak edib. “Arı və Xanım” səhnəciyində, Novruz bayramında çıxış edib. Rəqs dərnəklərinin təşkil etdikləri konsertlərdə də fəal iştirak edib. Musuqi məktəbində də əlaçılar sırasındadır. Məktəbdə hər il “Etüd” yarışı təşkil olunur. Bu yarışlarda Fidan həmişə I yer qazanır. Bayram münasibəti ilə təşkil olunan konsert proqramlarında da ifaçılar sırasında olur. Həm azərbaycanlı müəlliflərin, həm də dünya klassiklərinin əsərlərini ifa edir. II sinifdə oxuyarkən xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxış edib. Bu konsert Heydər Əliyevin 91 iliyinə həsr olunmuşdur. IV sinifdə oxuyarkən xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə Dövlət Filarmoniyasında konsert proqramının iştirakçısı olub. Konsert SSRİ xalq artisti R. Behbudovun 100 iliyinə həsr olunmuşdur. 2014-cü və 2016-cı ildə musiqi məktəbinin yubileylərlə əlaqədar təşkil etdiyi konsertlər müxtəlif telekanalların xəbərlər proqramlarında işıqlandırılıb.
Fidan deyir ki, yarışları və müxtəlif tədbirləri çox sevir. Həmin günlər həyacanlı olur. Uduzmağı xoşlamır. Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimləri Fatimə xanıma, Firuzə xanıma, Sevda xanıma, Tofiq müəllimə minnətdardır.
Asudə vaxtlarında bədii əsərlər oxuyur, şəkil çəkir. Ən çox fantastik janrda olan əsərləri sevir.
Gələcəkdə musiqiçi və yaxud həkim olacağını deyir. Hansı sahəyə getməsindən asılı olmayaraq səylə çalışacağına söz verir və ən yüksək nəticələr göstərəcəyinə inanır. Mütləq xaricdə təhsil alacağını bildirir. Əmindir ki, tibb sahəsinə getsə, mütləq yeni bir ixtirası ilə adını tarixin yaddaşına həkk edəcək.

Biz də Fidanın məqsədlərinə nail olacağına inanırıq. Uğurların daha bol, yolun hər zaman işıqlı olsun, Fidan.

23 октября 2016 г.

Gülarə İlkin qızı Əmirəliyeva

Gülarə İlkin qızı Əmirəliyeva 16 yanvar 2009-cu ildə Bakı şəhərində anadan olub.
Valideynləri deyirlər ki, Gülarə körpəlikdə çox aktiv, ağıllı, dərin düşüncəyə malik bir uşaq olub. Erkən yaşlarından kitab oxumağa, təhsilə maraq göstərib. Məktəbə gedənə qədər oxumağı və yazmağı anası Rəna xanımın köməyilə öyrənmişdi. Rəna xanımın ali təhsilli olması qızına daha geniş biliklər verməsinə imkan yaratmışdır.
4 yaşlı Gülarənin kitaba və ümumilikdə təhsilə marağını görən valideynləri onu “ECİC School of English” elmi inkişaf mərkəzində məktəbəqədər hazırlıq kursuna qoydular. Xarici dili böyük həvəslə öyrənən Gülarə tədris mərkəzində əldə etdiyi nailiyyətlərə görə diplomla təltif olundu.
Gülarə hazırda Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Asudə vaxtlarında kitab oxuyur, şahmat oynayır.
Tədris ilini əla qiymətlərlə bitirdiyinə və nümunəvi şagird olduğuna görə tərifnamə ilə mükafatlandırılmışdır. 2016-cı il mayın 15-də Təhsil Nazirliyinin əmrinə əsasən nitqin inkişafı lahiyəsi üzrə hazırlanan ''Nağılar aləminə səyahət'' adlı  tədbirlərdə fəal iştrak edən Gülarə məktəbin direktoru Yuliya Kərimova tərəfindən diplomla təltif olunmuşdur. Bu tədbir və diplomların təltifi xüsusi olaraq İki sahil, Xalq qazeti, Yeni Azərbaycan qazetlərində işiqlandırılmışdır. Tədbirdə fəal iştirakı qiymətləndirilərək Gülarə Space telekanalının "Mən böyümüşəm" verilişinə dəvət alıb və məktəbi layiqincə  bir neçə verilişdə təmsil etmişdir.
Əldə etdiyi nailiyyətlərə görə anası Rəna xanıma, müəllimi Sevda xanıma minnətdardır.
Gələcəkdə həkim olmaq, insanlara şəfa vermək arzusundadır. Gülarə vətənə, millətə yararlı övlad olacağına inanır. Vətənimizi xarici ölkələrdə təmsil etmək, böyük layihələrə imza atmaq niyyətindədir.

Gülarəyə gələcəkdə qarşısına qoyduğu məqsədlərə çatmağı arzulayırıq. 

19 октября 2016 г.

Həşimov Ayxan Elnur oğlu

Gənc idmançı və fəxrimiz Həşimov Ayxan Elnur oğlu 29 avqust 2007-ci ildə Bakı şəhərində anadan olub. 2 yaşından Baby Plaza uşaq bağçasına gedib. Valideynləri Ayxanın çox fərqli və bacarıqlı uşaq olduğunu deyirlər. Ayxanın uğurlarının başlanğıcında getdiyi bağcanın rolu olduğunu qeyd edirlər. 6 №-li məktəb-liseyin şagirdidir. Dərslərini əla oxuyur, ən çox sevdiyi fənlər riyaziyyat və ingilis dilidir. Ayxan 3 yaşından Dövlət Uşaq Filarmoniyasında milli rəqsə, boş vaxtlarında isə üzgüçülüyə gedir. Eyni zamanda 3 ilə yaxındır ki, dünya çempionu Edvard Məmmədovun yanında kikboks ilə məşğul olur. Əlavə olaraq tennislə də məşğul olur. Bir çox rəqs konsertlərində iştirak edib. İdman sahəsində olan bacarığına görə dəfələrlə I yeri əldə edib. Mübariz İbrahimovun xatirəsinə həsr edilən turnirdə I yer, Gənclər Gününə həsr edilən turnirdə I yer əldə edib. İdmançımızın qarşıda İtalya və Amerika səfərləri var. Bu səfərlərində də uğur əldə edəcəyinə inanır.
Ən sevdiyi gün doğum günüdür. Həmin günü valideynləri xüsusi qeyd edirlər. Əldə etdiyi uğurlara görə öncə Allaha, sonra isə valideynlərinə, babalarına, nənələrinə və müəllimlərinə borclu olduğunu deyir. Məqsədi vətənimiz Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırmaqdır. Gələcəkdə xəstələrə, çarəsizlərə çarə olmaq üçün həkim-cərrah olmaq istəyir. Boş vaxtlarında ensiklopediya oxuyur, fiqurlar qurur, diyircək və velosiped sürür.
Ayxan haqqında bir çox televiziya kanallarında, jurnallarda, kitablarda məlumat verilib.

Biz də idmançımıza qarşıda gözlənilən turnirində və bütün həyatında uğurlar arzu edirik. 

13 октября 2016 г.

Vəliyeva Yasmin Aleksey qızı

Vəliyeva Yasmin Aleksey qızı 14 yanvar 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Yasmin uşaqlıqdan çox fəal, hər şeylə maraqlanan olub. Məşğuliyyəti rəsm çəkmək və plastilindən fiqurlar düzəltmək olub. 5 yaşından yazıb-oxumağı nənəsi və qardaşının sayəsində öyrənmişdir. İbtidai sinif müəllimindən daha geniş biliklər əldə etdi. Yaşıdlarından fərqli olduğu üçün uşaq vaxtdan istəkləri də fərqli olub.
Hazırda Bakı şəhəri 6 №-li məktəb-liseyin şagirdidir. I sinfi əla qiymətlərlə başa vuran Yasminin məqsədi həmişə əla oxumaq və öndə olmaqdır. Uşaq bağçasında təşkil olunan tədbirlərdə fəal iştirak edib. Rəqs edib, mahnı oxuyub, səhnəciklərdə müxtəlif rollar ifa edib.
Uğurlarına görə müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir. Yasminin maraqlı istəkləri var. Fizik-astronom və aşpaz olmaq istəyir. Böyüyəndə öz restoranının olmasını istəyir, çünki çox dadlı yeməklər hazırlamağa marağı var. Yasmin boş vaxtlarını çox maraqlı keçirir. Kosmos, qalaktika və ulduzlar haqqında filmləri izləməyi çox sevir. Rəsmlə məşğuldur və plastilindən fiqurlar düzəldir, aplikasiyalar, kağızdan gəlinciklər düzəltməklə məşğuldur.
Yasmin balaca qardaşlarına dərslərində kömək edir. Bakıda fəaliyyət göstərən bir çox uşaq əyləncə mərkəzlərinin reklamında çəkilib. Gələcəkdə qəzet, jurnal və televiziyalarda adını yüksəltmək üçün çalışır, internetdə özü bloq idarə etmək istəyir.

Arzularına çatasan, Yasmin. 

10 октября 2016 г.

İskəndərzadə Emiliya İskəndər qızı

Balaca istedadlı qızımız Emiliya körpəlikdə çox aktiv, dərin düşüncəli uşaq  olub. Hər şeylə maraqlanırdı. Kitablara üstünlük verirdi. 5 yaşına qədər artıq əlifbanı, rəngləri 3 dildə öyrənmişdi. I sinfə tam hazır idi. Hətta müəllimi şikayət edirdi ki, Emiliya dərsdə sıxılır, çünki bütün sualların cavablarını bilirdi. İlk şeiri 10 yaşında yazıb.
Emiliya İskəndər qızı  İskəndərzadə 2005-ci il iyunun 30-da Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 193 saylı tam orta məktəbdə almışdır. Hazırda isə 147 saylı texniki-humanitar liseydə təhsilini davam etdirir.
Emiliya: Dərslərimdə çox aktiv və əla qiymətlərlə oxuyuram. Bir çox məktəb tədbirlərində, olimpiadalarda, bilik yarışlarında iştirak etmişəm.
Əldə etdiyim uğur və nailiyyətlərə görə özümü valideynlərimə və müəllimələrim  Məhəbbət xanım Dadaşovaya, Gülnarə xanım Məmmədovaya minnətdaram. 5 yaşından baş nazir olmaq istəyirəm. Ona görə də çox oxuyub çalışmalıyam ki, istəyimə nail olum.
Boş vaxtlarım çox az olur. Həmin vaxtlarda süni gül-çiçəkdən  kompozisiyalar düzəldirəm.
Gələcək planlarım çoxdur. Xeyriyyəçiliklə məşğul olmaq, yoxsul, dəstəyə ehtiyacı olan insanlara kömək etmək istəyirəm. Ən böyük arzum - pulsuz xəstəxanalar açdırıb imkansız ailələrə kömək etməkdir.
Tarixin yaddaşında əbədi olaraq qalmaq, təhsilimi başa vurub ali məktəbə yüksək balla qəbul olmaqdır. Və buna nail olacağıma inanıram.

Gələcəyin baş nazirinə uğurlar arzu edirik.

Süvarə İlqar qızı Babayeva

Adı kimi həyata baxışı da fərqli olan Süvarə İlqar qızı Babayeva 17 oktyabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Valideynləri onun necə ağıllı bir uşaq və çox bacarıqlı olmasından danışdılar. Kiçik yaşlarından baxdığı verilişlər belə intellektual səviyyədə olub, hər şey ilə maraqlanırmış. Ona yazı yazmaq bağçada və evdə öyrədilib.
İbtidai təhsilini T. Həsəsnov adına 23 saylı orta məktəbdə alıb. Hazırda A. Novruzbəyli adına 46 saylı orta məktəbdə təhsil alır. Dərs əlaçısıdır, keçdiyi bütün fənlərə eyni maraq və həvəslə yiyələnir. Texniki, yoxsa humanitar yönümlü ixtisasa yönələcəyini bilmir, çünki bütün fənləri əla bilir. Hələ bağçadan Yeni il, Novruz şənliklərində aparıcı rolu Süvarəyə verilərmiş. İbtidai sinifdə də bu hal davam edib. V sinifdən sinifin “Şən və hazırcavablar” komandasının üzvüdür. Məktəb tədbirlərində həmişə fəal iştirak edir. 2015-ci ildən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Fərqli sən” layihəsinin iştirakçısı olmuşdur, təhsil aldığı 46 saylı məktəb üzrə birincilik qazanmışdır. Əldə etdiyi uğur və nailiyyətlərə görə ona bu şəraiti yaradan valideynlərinə, müəllimlərinə və öz çalışqanlığına borcludur. Məqsədi gələcəkdə ya həkim, ya da hüquqşunas olmaqdır. Hələ tam müəyyənləşdirməyib, amma hər iki sənət onda maraq yaradır. Süvarə ədalət tərəfdarıdır, həmişə rast gəldiyi mübahisədə düzgün, ədalətli mövqe tutmağa çalışır. Bu xüsusiyyətinə görə onun yaxın ətrafı yaxşı hüquqşunas ola biləyəyini deyir. Həkimlik haqqında isə biologiya fənnini öyrənməyə başladıqdan sonra fikirləşməyə başlayıb. Amma hansı sənət sahibi olacağından asılı olmayaraq hərtərəfli inkişaf etmiş dünyagörüşə malik, öz sənətini dərindən bilən bir mütəxəsis olmaq istəyir. Mahnı oxumağı şeir və hekayə yazmağı xoşlayır. Hekayələri fantastik janrdadır. Şeirləri isə ani əhval-ruhiyyədən, təsirləndiyi hadisələrdən asılı olaraq yaranır. Musiqidə əsas pop janrında mahnılar ifa edir, amma bütün janrlarda mahnılara qulaq asmağı sevir. Bir də gəzib gördüyü şəhərlərin mədəniyyəti haqqında geniş məlumatlar toplamağı xoşlayır. Xarici dillərə çox böyük marağı var.

Yararlı insan kimi böyümək istəyir. Harada yaşamağından asılı olmayaraq vətəninin bayrağını həmişə yüksəklərdə dalğalandırmaq arzusundadır. 

9 октября 2016 г.

Əhmədov Məhəmməd Afiq oğlu

Əhmədov Məhəmməd Afiq oğlu 20 sentyabr 2009-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Valideynləri  deyirlər ki, Məhəmməd körpəlikdən ağıllı, sakit uşaq olub. Vaxtının çoxunu  oyuncaqlarla oynamaqda keçirib. Əyləncə mərkəzlərinə getməyi xoşlayıb.  Məktəbə gedənə qədər oxumağı, yazmağı bilib.  Bunu ona müəlliməsi Pərvanə xanım öyrətmişdir.
İlk təhsilini “Tiro” mərkəzində alıb. Hazırda Bakı şəhəri Nəsimi rayonu T. Həsənov adına 23 №-li  tam orta məktəbdə təhsilini davam etdirir. Məhəmməd dərslərində çox, aktiv fəal uşaqdır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, riyyaziyyat, fiziki tərbiyə və  həyat bilgisidir.  Məktəbdə keçirlən bir-neçə tədbirdə, “Mən böyümüşəm” verilişində  iştirak edib.  Uğurlarına görə diplomlar, tərifnamələr əldə edib. Qazandığı nailiyyətlərə görə özünü valideynlərinə və Sevda müəlliməyə borclu  bilir.
Asudə vaxtlarında kompüterdə məşğul olmağı və oyun oynamağı xoşlayır.
Tarixin yaddaşında qalacağına, vətənə, millətə layiqli övlad olacağına inanır.  Gələcəkdə ali məktəbə yüksək balla qəbul olmağı və seçdiyi peşənin  bilicisi olamağı qarşısına məqsəd qoyub.  Prokuror olmaq arzusundadır.
Biz də Məhəmmədə arzularının yolunda inamla addlmlamağı, uğurlar əldə edəcəyinə ümidlə yanaşmağı arzu edirik. İnsan öz məqsədləri uğrunda nə qədər çox çalışarsa, istəyinə bir o qədər tez nail olar.

Uğurların bol olsun, Məhəmməd bala.