Balaca istedadlı qızımız Emiliya körpəlikdə çox aktiv, dərin düşüncəli uşaq olub. Hər şeylə maraqlanırdı. Kitablara üstünlük verirdi. 5 yaşına qədər artıq əlifbanı, rəngləri 3 dildə öyrənmişdi. I sinfə tam hazır idi. Hətta müəllimi şikayət edirdi ki, Emiliya dərsdə sıxılır, çünki bütün sualların cavablarını bilirdi. İlk şeiri 10 yaşında yazıb.
Emiliya İskəndər qızı İskəndərzadə 2005-ci il iyunun 30-da Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 193 saylı tam orta məktəbdə almışdır. Hazırda isə 147 saylı texniki-humanitar liseydə təhsilini davam etdirir.
Emiliya: Dərslərimdə çox aktiv və əla qiymətlərlə oxuyuram. Bir çox məktəb tədbirlərində, olimpiadalarda, bilik yarışlarında iştirak etmişəm.
Əldə etdiyim uğur və nailiyyətlərə görə özümü valideynlərimə və müəllimələrim Məhəbbət xanım Dadaşovaya, Gülnarə xanım Məmmədovaya minnətdaram. 5 yaşından baş nazir olmaq istəyirəm. Ona görə də çox oxuyub çalışmalıyam ki, istəyimə nail olum.
Boş vaxtlarım çox az olur. Həmin vaxtlarda süni gül-çiçəkdən kompozisiyalar düzəldirəm.
Gələcək planlarım çoxdur. Xeyriyyəçiliklə məşğul olmaq, yoxsul, dəstəyə ehtiyacı olan insanlara kömək etmək istəyirəm. Ən böyük arzum - pulsuz xəstəxanalar açdırıb imkansız ailələrə kömək etməkdir.
Tarixin yaddaşında əbədi olaraq qalmaq, təhsilimi başa vurub ali məktəbə yüksək balla qəbul olmaqdır. Və buna nail olacağıma inanıram.
Gələcəyin baş nazirinə uğurlar arzu edirik.

Комментариев нет:
Отправить комментарий