Gənc idmançı və fəxrimiz Həşimov Ayxan Elnur oğlu 29 avqust 2007-ci
ildə Bakı şəhərində anadan olub. 2 yaşından Baby Plaza uşaq bağçasına gedib. Valideynləri
Ayxanın çox fərqli və bacarıqlı uşaq olduğunu deyirlər. Ayxanın uğurlarının
başlanğıcında getdiyi bağcanın rolu olduğunu qeyd edirlər. 6 №-li məktəb-liseyin
şagirdidir. Dərslərini əla oxuyur, ən çox sevdiyi fənlər riyaziyyat və ingilis
dilidir. Ayxan 3 yaşından Dövlət Uşaq Filarmoniyasında milli rəqsə, boş vaxtlarında
isə üzgüçülüyə gedir. Eyni zamanda 3 ilə yaxındır ki, dünya çempionu Edvard Məmmədovun
yanında kikboks ilə məşğul olur. Əlavə olaraq tennislə də məşğul olur. Bir çox
rəqs konsertlərində iştirak edib. İdman sahəsində olan bacarığına görə dəfələrlə
I yeri əldə edib. Mübariz İbrahimovun xatirəsinə həsr edilən turnirdə I yer, Gənclər
Gününə həsr edilən turnirdə I yer əldə edib. İdmançımızın qarşıda İtalya və
Amerika səfərləri var. Bu səfərlərində də uğur əldə edəcəyinə inanır.
Ən sevdiyi gün doğum günüdür. Həmin günü valideynləri xüsusi qeyd
edirlər. Əldə etdiyi uğurlara görə öncə Allaha, sonra isə valideynlərinə,
babalarına, nənələrinə və müəllimlərinə borclu olduğunu deyir. Məqsədi vətənimiz
Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırmaqdır. Gələcəkdə xəstələrə, çarəsizlərə
çarə olmaq üçün həkim-cərrah olmaq istəyir. Boş vaxtlarında ensiklopediya
oxuyur, fiqurlar qurur, diyircək və velosiped sürür.
Ayxan haqqında bir çox televiziya kanallarında, jurnallarda,
kitablarda məlumat verilib.
Biz də idmançımıza qarşıda gözlənilən turnirində və bütün həyatında
uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий