Gülarə İlkin qızı Əmirəliyeva 16 yanvar 2009-cu ildə Bakı şəhərində anadan
olub.
Valideynləri deyirlər ki, Gülarə körpəlikdə çox aktiv, ağıllı, dərin
düşüncəyə malik bir uşaq olub. Erkən yaşlarından kitab oxumağa, təhsilə maraq
göstərib. Məktəbə gedənə qədər oxumağı və yazmağı anası Rəna xanımın köməyilə
öyrənmişdi. Rəna xanımın ali təhsilli olması qızına daha geniş biliklər verməsinə
imkan yaratmışdır.
4 yaşlı Gülarənin kitaba və ümumilikdə təhsilə marağını görən
valideynləri onu “ECİC School of English” elmi inkişaf mərkəzində məktəbəqədər
hazırlıq kursuna qoydular. Xarici dili böyük həvəslə öyrənən Gülarə tədris mərkəzində
əldə etdiyi nailiyyətlərə görə diplomla təltif olundu.
Gülarə hazırda Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil
alır. Dərslərini əla qiymətlərlə oxuyur. Asudə vaxtlarında kitab oxuyur, şahmat
oynayır.
Tədris ilini əla qiymətlərlə bitirdiyinə və nümunəvi şagird olduğuna
görə tərifnamə ilə mükafatlandırılmışdır. 2016-cı il mayın 15-də Təhsil
Nazirliyinin əmrinə əsasən nitqin inkişafı lahiyəsi üzrə hazırlanan ''Nağılar
aləminə səyahət'' adlı tədbirlərdə fəal
iştrak edən Gülarə məktəbin direktoru Yuliya Kərimova tərəfindən diplomla təltif
olunmuşdur. Bu tədbir və diplomların təltifi xüsusi olaraq İki sahil, Xalq
qazeti, Yeni Azərbaycan qazetlərində işiqlandırılmışdır. Tədbirdə fəal iştirakı
qiymətləndirilərək Gülarə Space telekanalının "Mən böyümüşəm" verilişinə
dəvət alıb və məktəbi layiqincə bir neçə
verilişdə təmsil etmişdir.
Əldə etdiyi nailiyyətlərə görə anası Rəna xanıma, müəllimi Sevda
xanıma minnətdardır.
Gələcəkdə həkim olmaq, insanlara şəfa vermək arzusundadır. Gülarə vətənə,
millətə yararlı övlad olacağına inanır. Vətənimizi xarici ölkələrdə təmsil etmək,
böyük layihələrə imza atmaq niyyətindədir.
Gülarəyə gələcəkdə qarşısına qoyduğu məqsədlərə çatmağı arzulayırıq.
Комментариев нет:
Отправить комментарий