elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 мая 2018 г.

Əmiraslanov İsmayıl Kərim oğlu


Əmiraslanov İsmayıl Kərim oğlu 22.08.2004-cu ildə Azərbaycanın əsrarəngiz guşələrindən olan Mingəçevir şəhərində dünyaya göz açıb. İsmayıl körpəlikdən istedadlı, bacarıqlı uşaq olub. O, rəqəmli oyunlar oynamağı, kompyuterlə məşğul olmağı , üzməyi çox sevib. Məktəbə gedənə qədər yazıb-oxumağı Mingəçevir şəhərində yerləşən 10 saylı bağçanın müəllimləri tərəfindən öyrənib. Ailədə isə böyük bacıları Gülnaz və Zeynəbin köməkliyi olub. İsmayıl artıq 3 yaşında olarkən bağçalararası yarışlara gedib və həmişə də qaliblər sırasında olub. İsmayıl ilk təhsilinə Mingəçevir şəhərində  yerləşən V.Ağakişiyev adına 12 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda isə Bakı şəhərində yerləşən FRİTL liseyində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Onun ən sevdiyi fənlər riyaziyyat və fizikadır.  İsmayıl təhsil aldığı ilk məktəbdə də fəal olub. Məktəbin ictimai işlərində yaxından iştirak edib. Məktəbdaxili və məktəbdənkənar tədbirlərin fəal iştirakçısıdır. O, çox vaxt tədbirlərdə aparıcı, bəzən də müxtəlif səhnəciklərdə rollar aparıb. Şahmata olan marağı onu  Mingəçevirdə yerləşən şahmat məktəbinə gətirib çıxardı. 2013-cü ildə şahmat üzrə keçirilən rayonlararası yarışda iştirak edib, üçüncülük qazanıb. Medalla təltif edilib. 5-ci sinifdən 7-ci sinfə kimi Mingəçevir şəhərində yerləşən “ Kür” və “ Hədəf” hazırlıq mərkəzlərinin müxtəlif bilik yarışlarında və sınaq imtahanlarında iştirak edərək 1-ci və 2-ci yerlərin qalibi olub. Sonuncu nailiyyəti “Kür” kursunun bu il 8-ci siniflər arasında keçirdiyi bilik yarışında olub.İsmayıl bu yarışda 2-ci yerə layiq görülüb. Müxtəlif hədiyyələrlə və fəxri fərmanla təltif edilib. 2017-ci ildə Respunlika Fənn Olimpiadasında fizika üzrə həvəsləndirici yerə layiq görülüb. 2015-ci ildə Mingəçevir şəhərində avarçəkmə üzrə yarışda birincilik qazanaraq qızıl medalla təltif olunub. Əldə etdiyi bu nailiyyətlərə görə ailəsinə, ata və anasına borcludur.  İsmayıl uşaqlıqdan səfir olmaq, ölkələr gəzmək, ölkəmizi digər ölkələrdə layiqincə təmsil etmək arzusu ilə yaşayır. Digər arzusu isə kompyuter mühəndisi olmaqdır. O, avtomatlaşdırma əsrində heç kəsdən geri qalmaq istəmir. Daim yeniləşən, dinamik inkişafda olan həyatın əsl parçası olmaq istəyir. Asudə vaxtlarında bədii kitablar oxuyub, riyazi və məntiqi məsələlər həll etməyi xoşlayır. O,  Mingəçevirdə olarkən atası ilə şəhər stdionunda futbol oynamaqdan böyük zövq alıb. Hələ körpəliyindən rəsm çəkməyə, rəngləməyə marağım böyük olub. Rənglər onun diqqətini həmişə çəkib. Ona incəsənətin bir növünü seç desələr, böyük məmnuniyyətlə rəssamlığı seçər.İsmayıl 1-ci sinifdə oxuyanda Access bankın təşkil etdiyi rəssamlıq yarışmasında üçüncülük əldə edib. Gələcək planları çoxdur. İlk növbədə Azərbaycanın qabaqcıl universitetlərinin birində təhsil almaq, sonra xarici ölkədə təhsilimi davam etdirmək, vətənimə qayıtmaq və ona layiqli övlad olmaq istəyir. Onun arzuları içində Dünya səyahətinə çıxmaq da var. O, fizika və kimya dərslərində olan təcrübələri maraqla izləyir. Gələcəkdə maşınlar üçün yeni bir motor kəşf etmək istəyir ki, ətraf mühiti az çirkləndirsin. Düşmənə qalib gəlmək üçün silah da kəşf etmək istəyir. Qəddar ermənilərin ayağını vətənindən birdəfəlik kəsmək niyyətindədir.

12 мая 2018 г.

Əliyev Cəlal Vüsal oğlu


 
Paytaxtımızda isti və qızmar yay günləri yaşanırdı. Əliyevlər ailəsində isə həyacanlı gözləyiş var idi. Nəhayət ki, ailənin ilk övladı Əliyev Cəlal Vüsal oğlu 25 iyun 2010-cu ildə Bakı şəhərində dünyaya gözlərini açdı. Körpə vaxtlarından sakit, mehriban və utancaq uşaq olub. 5 yaşında Azərbaycan əlifbasını yazıb-oxuya bilirdi. 6 yaşında isə ingilis dilini öyrənmişdi. Kiçik yaşlarından oxuyub öyrənməyə qarşı həvəsli olub. I sinfi cəbhə bölgəsində olan Horadiz şəhərində bitirmişdi. Hal-hazırda isə Bakı şəhəri 165 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənn riyaziyyatdır.   Fəal bir şagird olan Cəlal məktəbdə olan tədbirlərdə yaxından iştirak etməyə çalışır. “Yeni il” şənliyində, “Novruz” bayramı şənliyində, “20 yanvar” tədbirində, “Xocalı” faciəsinə həsr olunmuş tədbirində şeir söyləmiş, bir çox rollarda çıxış etmişdir. Həyatının ən maraqlı günü ilk dəfə təyyarəyə mindiyi gün olub. Təyyarədə çox böyük həyacan və sevinc yaşamışdı. Bu günə kimi isə ona dəstək olan nənəsinə borclu bilir. Nənəsi Familə xanım öz bacarığı, savadı və poeziya aşiqi olaraq Cəlala çox gözəl örnək olur. Gələcəkdə məktəbə əla qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq istəyir. İxtisas seçimi olaraq isə kimyaçı olmaq arzusundadır. Azərbaycan Dövlət Neft Akademiyasının önündən keçəndə həmişə təsirlənir. Mən gələcəkdə burda təhsil alacam deyir. Ən böyük arzusu da təhsilini Amerikada davam etdirməkdir. Məhşur kimyaçı olaraq tanınmaq istəyir.
Asudə vaxtlarında kompyuterdə oyunlar oynamağı, yeni məlumat kəşf etməyi və xalası Aysel xanımla şahmat oynamağı, şahmatın sirlərinə yiyənməyi çox sevir.  Valideynləri və onu sevenlər Cəlalın hər tərəfli, dünyagörüşlü biri olaraq böyüməsi üçün əllərindən gələni edirlər. Biz də öz növbəmizdə cəmiyyətimizə və dövlətimizə faydalı bir övlad böyütdükləri üçün Cəlalın valideynlərinə  minnətdarlığımızı bildiririk.   Müsahibimizə yolun hər zaman işıqlı və açıq, uğurların bol  olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!


10 мая 2018 г.

Muxtarov İlyas Aris oğlu

Muxtarov İlyas Aris oğlu 10 noyabr 2007-ci ildə Sabirabad rayonunda anadan olub. İlyas körpəlikdən sakit, ağıllı uşaq olub. Onun ən sevimli məşğuliyyətləri maşınlarla, futbol topu ilə oynamaq və döyümək olub. Atası ilə futbol oynamağı və döyüşməyi çox sevib. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı ailə üzvlərinin və Bucky Bugg hazırlıq kursunun köməkliyi ilə öyrənib. İlyas 6-dan yaşından 7-a yaşına kimi 1 il futbolla məşğul olub. O, 7 yaşından etibarən alpaqut idman növü ilə məşğul olmağa başlayıb. Onun idmanın bu sahəsinə böyük həvəsi var. Bu həvəs və maraq ona idmançıları izləyərkən yaranıb. 
İlyas Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta mektebdə təhsil alır. Dərslərindən yaxşı qiymətlər almağa çalışır. Onun ən sevdiyi fənlər tarix, Azerbaycan dili və riyaziyyatdır. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. O, 1-ci sinifde “Əlifba bayramı”nda “Cırtdanın dostu” obrazını bayram iştirakçılarına nümayiş etdirib. 2-ci sinifdə oxuyarkən “Səyahətlər aləmi” adlı tədbirdə fəal iştirak edib. O, bu tədbirdə ki, “Turp nağılı”nda “Baba” obrazını, “Tıx-Tıx xanım nağılı”nda isə “Atlılar” rolunu canlandırırb. Ilyas 4-cü sinifdə isə “Sehirli xalat” adlı tədbirdə “Sərdar” rolunu böyük məharətlə nümayiş etdirib. Həyatında ən maraqlı və uğurlu günü idman da olub, səbəb isə öyrəndiyi ilk fəndi uğurla həyata keçirib və qalib gəlib. İlyas 2015-ci iləd keçirilən yarışda 1-ci və 2-ci yerləri qazanıb və diplom əldə edib. 2016-cı ilin yanvar ayında isə fəxri fərmanla təltif olunub. O, eyni zamanda həmin ilin aprel ayında Gürcüstanda keçiriən yarışmada uğurlu çıxış edərək diploma layiq görülüb. Bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə atasına və müəlliminə borcludur. Fəaliyyətindən dolayı Zabit Səmədova oxşamaq istəyir. O, gələcəkdə dünyada tanınan peşəkar idamançı olmaq arzusundadır. İlyas eyni zamanda biznesmen də olmaq istəyir. O, bu fikrə 7 yaşından düşüb. Asudə vaxtlarında idmanla məşğul olmağı və komputerdə oyunlar oynamağı çox sevir. O, şəkil çəkməyi də sevir və bu onda çox uğurlu alınır. İlyas tarixin yaddaşında xeyirxah, peşəkar idmançı və məşhur iş adamı olaraq qalmaq istəyir.

9 мая 2018 г.

Sadıqov Kənan Asif oğlu

Sadıqov Kənan Asif oğlu 11 sentyabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Sadıqov Kənan körpəlikdə sakit və həssas uşaq olub. O, saatlarla öz oyuncaqları ilə oynayar, nə isə qurub-yaratmağı, maşınlarla, kublarla kiçik şəhərçiklər düzəltməyi sevərdi. Məktəbə getməzdən öncə hesablamanı öyrənmişdi.
İlk təhsili Nəsimi rayon 14 saylı məktəbdə almağa başlayıb. Hal-hazırda həmin məktəbin Təranə müəllimə rəhbərlik etdiyi 3-b sinif şagirdidir. Dərslərini əla oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, Azərbaycan dili və ingilis dilidir. Məktəbdə keçirilən tədbirlərdə Kənan öz istedadını nümayiş etdirməyi bacarır. Bu iştiraklar təbii ki, dəyərləndirilir. 
Kənanın məntiqi və riyazi qabiliyyəti çox güclüdür. O. “Perspektiv-D” tədris mərkəzində təşkil olunmuş sınaqlarda iştirak etmişdir. 1 və 2-ci yerləri qazanmışdır. 
Kitab oxumaq, əlavə testlər işləmək, kiçik qardaşı ilə oynamaq, şəkillər çəkmək onun əlavə məşğuliyyətidir. Dizaynerlik onu çox maraqlandıran bir sahədir. Asudə vaxtlarında idmanla məşğul olur, velosiped sürməyi xoşlayır.
Müsahibimiz bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və başda Təranə müəllimə olmaqla müəllimlərinə minnətdardır. Gələcəkdə onların ümidlərini doğrultmaq üçün çox çalışır.
Kənan “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi”nə daxil olmaq arzusundadır. Bu proses onun təhsilinə fayda verəcəyinə inanır. Böyüyəndə babasına bənzəmək istəyir. Universitetə daxil olmaq, xaricdə təhsilini davam etdirmək arzusundadır. Həkimlik peşəsini gələcək məqsədi kimi seçib. Kənan ixtiraçı kimi adını tarixə yazdırmaq, vətən bayrağını ucaltmaq istəyir. Onun ən böyük arzusu Azərbaycanı bütöv görməkdir, Cənubi Azərbaycan, Qərbi Azərbaycan anlayışlarının nə vaxtsa tarixə çevriləcəyinə inanır. Biz də Kənana gələcək fəaliyyətində uğurlar arzu edirik, inanırıq ki, öz zəkası ilə gələcəkdə tanınmış bir şəxsiyyətə çevriləcəkdir!

Sadıqov Həsən Asif oğlu

Sadıqov Həsən Asif oğlu 10 sentyabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Həsən körpəlikdə dəcəl uşaq olub. Düşünmə qabiliyyətinə görə digər uşaqlardan seçilirdi. Məlumatı olmadığı bir məsələ haqqında danışmaz, hər suala düşünüb cavab verərdi. 1 yaşından dil açıb, artıq 2-3 yaşı olanda kiçik şerlər söyləyirdi. Kiçik yaşlarından hər şeylə maraqlanar, çoxlu suallar verərdi. Plastilinlə müxtəlif obrazlar yaratmağa çalışardı, həmçinin şəkil çəkməyə marağı var idi. Müxtəlif oyuncaqları hissələrə ayırmaq, yenidən yığmağı çox sevərdi. Saymağı valideynlərinin sayəsində çox tez öyrənmişdi.
İlk təhsilini Nəsimi rayon 14 saylı məktəbdə almağa başlayıb. Hal-hazırda həmin məktəbin Mətanət müəllimənin rəhbərlik etdiyi 5c sinif şagirdidir. Həsənin şəkli qardaşı Kənanın şəkli ilə birgə məktəbin “Şərəf lövhəsi”ndən asılıb. Onun ən sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, ingilis dili və tarixdir. Həsən sevdiyi fənlərin onun üçün çox əhəmiyyətli olduğunu yaxşı bilir. Məktəbdə keçirilən tədbirlərdə həmişə fəallığı ilə seçilir.
2015-ci ildə “İdeal vətəndaş” jurnalında onun haqqında məqalə çap olunub. “Perspektiv-D” tədris mərkəzində təşkil olunmuş sınaqlarda 2 dəfə 1-ci yeri qazanmış, təltif olunmuşdur.
Müsahibimiz qazandığı nailiyyətlərə görə ona bütün sahələrdə dəstək olan valideynlərinə və öncə Mətanət müəllimə olmaqla bütün müəllimlərinə minnətdardır.
Asudə vaxtlarında müxtəlif tipli test tapşırıqları həll edir. Sazda ifa etməyə həvəsi var, bunun üçün bu sahəyə də vaxt ayırır. Rus dilinə marağı olan Həsən sərbəst şəkildə rus əlifbasını öyrənmişdir. İdmanla məşğul olur.
Gələcəkdə həkim olmaq, xəstələri sağlamlığına qovuşdurmaq arzusundadır. Yaxın gələcəkdə “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi”nin şagirdi olmağı qarşısına məqsəd kimi qoymuşdur. Biz də müsahibimizə uğurlar arzu edirik, inanırıq ki, qəbul imtahanlarında 1-ciliyi qazananlardan biri də o olacaqdır!