Əmiraslanov
İsmayıl Kərim oğlu 22.08.2004-cu ildə Azərbaycanın əsrarəngiz guşələrindən olan
Mingəçevir şəhərində dünyaya göz açıb. İsmayıl körpəlikdən istedadlı, bacarıqlı
uşaq olub. O, rəqəmli oyunlar oynamağı, kompyuterlə məşğul olmağı , üzməyi çox
sevib. Məktəbə gedənə qədər yazıb-oxumağı Mingəçevir şəhərində yerləşən 10
saylı bağçanın müəllimləri tərəfindən öyrənib. Ailədə isə böyük bacıları Gülnaz
və Zeynəbin köməkliyi olub. İsmayıl artıq 3 yaşında olarkən bağçalararası
yarışlara gedib və həmişə də qaliblər sırasında olub. İsmayıl ilk təhsilinə
Mingəçevir şəhərində yerləşən
V.Ağakişiyev adına 12 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda isə Bakı şəhərində
yerləşən FRİTL liseyində təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Onun
ən sevdiyi fənlər riyaziyyat və fizikadır.
İsmayıl təhsil aldığı ilk məktəbdə də fəal olub. Məktəbin ictimai işlərində
yaxından iştirak edib. Məktəbdaxili və məktəbdənkənar tədbirlərin fəal
iştirakçısıdır. O, çox vaxt tədbirlərdə aparıcı, bəzən də müxtəlif səhnəciklərdə
rollar aparıb. Şahmata olan marağı onu
Mingəçevirdə yerləşən şahmat məktəbinə gətirib çıxardı. 2013-cü ildə
şahmat üzrə keçirilən rayonlararası yarışda iştirak edib, üçüncülük qazanıb.
Medalla təltif edilib. 5-ci sinifdən 7-ci sinfə kimi Mingəçevir şəhərində yerləşən
“ Kür” və “ Hədəf” hazırlıq mərkəzlərinin müxtəlif bilik yarışlarında və sınaq
imtahanlarında iştirak edərək 1-ci və 2-ci yerlərin qalibi olub. Sonuncu
nailiyyəti “Kür” kursunun bu il 8-ci siniflər arasında keçirdiyi bilik
yarışında olub.İsmayıl bu yarışda 2-ci yerə layiq görülüb. Müxtəlif hədiyyələrlə
və fəxri fərmanla təltif edilib. 2017-ci ildə Respunlika Fənn Olimpiadasında
fizika üzrə həvəsləndirici yerə layiq görülüb. 2015-ci ildə Mingəçevir şəhərində
avarçəkmə üzrə yarışda birincilik qazanaraq qızıl medalla təltif olunub. Əldə
etdiyi bu nailiyyətlərə görə ailəsinə, ata və anasına borcludur. İsmayıl uşaqlıqdan səfir olmaq, ölkələr gəzmək,
ölkəmizi digər ölkələrdə layiqincə təmsil etmək arzusu ilə yaşayır. Digər
arzusu isə kompyuter mühəndisi olmaqdır. O, avtomatlaşdırma əsrində heç kəsdən
geri qalmaq istəmir. Daim yeniləşən, dinamik inkişafda olan həyatın əsl parçası
olmaq istəyir. Asudə vaxtlarında bədii kitablar oxuyub, riyazi və məntiqi məsələlər
həll etməyi xoşlayır. O, Mingəçevirdə
olarkən atası ilə şəhər stdionunda futbol oynamaqdan böyük zövq alıb. Hələ körpəliyindən
rəsm çəkməyə, rəngləməyə marağım böyük olub. Rənglər onun diqqətini həmişə çəkib.
Ona incəsənətin bir növünü seç desələr, böyük məmnuniyyətlə rəssamlığı seçər.İsmayıl
1-ci sinifdə oxuyanda Access bankın təşkil etdiyi rəssamlıq yarışmasında
üçüncülük əldə edib. Gələcək planları çoxdur. İlk növbədə Azərbaycanın qabaqcıl
universitetlərinin birində təhsil almaq, sonra xarici ölkədə təhsilimi davam
etdirmək, vətənimə qayıtmaq və ona layiqli övlad olmaq istəyir. Onun arzuları
içində Dünya səyahətinə çıxmaq da var. O, fizika və kimya dərslərində olan təcrübələri
maraqla izləyir. Gələcəkdə maşınlar üçün yeni bir motor kəşf etmək istəyir ki, ətraf
mühiti az çirkləndirsin. Düşmənə qalib gəlmək üçün silah da kəşf etmək istəyir.
Qəddar ermənilərin ayağını vətənindən birdəfəlik kəsmək niyyətindədir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий