Paytaxtımızda
isti və qızmar yay günləri yaşanırdı. Əliyevlər ailəsində isə həyacanlı gözləyiş
var idi. Nəhayət ki, ailənin ilk övladı Əliyev Cəlal Vüsal oğlu 25 iyun 2010-cu
ildə Bakı şəhərində dünyaya gözlərini açdı. Körpə vaxtlarından sakit, mehriban
və utancaq uşaq olub. 5 yaşında Azərbaycan əlifbasını yazıb-oxuya bilirdi. 6
yaşında isə ingilis dilini öyrənmişdi. Kiçik yaşlarından oxuyub öyrənməyə qarşı
həvəsli olub. I sinfi cəbhə bölgəsində olan Horadiz şəhərində bitirmişdi.
Hal-hazırda isə Bakı şəhəri 165 saylı tam orta məktəbdə təhsilini davam
etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənn riyaziyyatdır. Fəal bir şagird olan Cəlal məktəbdə olan tədbirlərdə
yaxından iştirak etməyə çalışır. “Yeni il” şənliyində, “Novruz” bayramı şənliyində,
“20 yanvar” tədbirində, “Xocalı” faciəsinə həsr olunmuş tədbirində şeir söyləmiş,
bir çox rollarda çıxış etmişdir. Həyatının ən maraqlı günü ilk dəfə təyyarəyə
mindiyi gün olub. Təyyarədə çox böyük həyacan və sevinc yaşamışdı. Bu günə kimi
isə ona dəstək olan nənəsinə borclu bilir. Nənəsi Familə xanım öz bacarığı,
savadı və poeziya aşiqi olaraq Cəlala çox gözəl örnək olur. Gələcəkdə məktəbə əla
qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq istəyir. İxtisas seçimi olaraq isə
kimyaçı olmaq arzusundadır. Azərbaycan Dövlət Neft Akademiyasının önündən keçəndə
həmişə təsirlənir. Mən gələcəkdə burda təhsil alacam deyir. Ən böyük arzusu da
təhsilini Amerikada davam etdirməkdir. Məhşur kimyaçı olaraq tanınmaq istəyir.
Asudə
vaxtlarında kompyuterdə oyunlar oynamağı, yeni məlumat kəşf etməyi və xalası
Aysel xanımla şahmat oynamağı, şahmatın sirlərinə yiyənməyi çox sevir. Valideynləri və onu sevenlər Cəlalın hər tərəfli,
dünyagörüşlü biri olaraq böyüməsi üçün əllərindən gələni edirlər. Biz də öz
növbəmizdə cəmiyyətimizə və dövlətimizə faydalı bir övlad böyütdükləri üçün Cəlalın
valideynlərinə minnətdarlığımızı
bildiririk. Müsahibimizə yolun hər
zaman işıqlı və açıq, uğurların bol
olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий