Sadıqov Kənan Asif oğlu 11 sentyabr 2009-cu ildə Bakı şəhərində anadan olub. Sadıqov Kənan körpəlikdə sakit və həssas uşaq olub. O, saatlarla öz oyuncaqları ilə oynayar, nə isə qurub-yaratmağı, maşınlarla, kublarla kiçik şəhərçiklər düzəltməyi sevərdi. Məktəbə getməzdən öncə hesablamanı öyrənmişdi.
İlk təhsili Nəsimi rayon 14 saylı məktəbdə almağa başlayıb. Hal-hazırda həmin məktəbin Təranə müəllimə rəhbərlik etdiyi 3-b sinif şagirdidir. Dərslərini əla oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, Azərbaycan dili və ingilis dilidir. Məktəbdə keçirilən tədbirlərdə Kənan öz istedadını nümayiş etdirməyi bacarır. Bu iştiraklar təbii ki, dəyərləndirilir.
Kənanın məntiqi və riyazi qabiliyyəti çox güclüdür. O. “Perspektiv-D” tədris mərkəzində təşkil olunmuş sınaqlarda iştirak etmişdir. 1 və 2-ci yerləri qazanmışdır.
Kitab oxumaq, əlavə testlər işləmək, kiçik qardaşı ilə oynamaq, şəkillər çəkmək onun əlavə məşğuliyyətidir. Dizaynerlik onu çox maraqlandıran bir sahədir. Asudə vaxtlarında idmanla məşğul olur, velosiped sürməyi xoşlayır.
Müsahibimiz bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və başda Təranə müəllimə olmaqla müəllimlərinə minnətdardır. Gələcəkdə onların ümidlərini doğrultmaq üçün çox çalışır.
Kənan “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi”nə daxil olmaq arzusundadır. Bu proses onun təhsilinə fayda verəcəyinə inanır. Böyüyəndə babasına bənzəmək istəyir. Universitetə daxil olmaq, xaricdə təhsilini davam etdirmək arzusundadır. Həkimlik peşəsini gələcək məqsədi kimi seçib. Kənan ixtiraçı kimi adını tarixə yazdırmaq, vətən bayrağını ucaltmaq istəyir. Onun ən böyük arzusu Azərbaycanı bütöv görməkdir, Cənubi Azərbaycan, Qərbi Azərbaycan anlayışlarının nə vaxtsa tarixə çevriləcəyinə inanır. Biz də Kənana gələcək fəaliyyətində uğurlar arzu edirik, inanırıq ki, öz zəkası ilə gələcəkdə tanınmış bir şəxsiyyətə çevriləcəkdir!
Комментариев нет:
Отправить комментарий