Mirzəzadə Miraqil Alim oğlu 25.09.2010- cu ildə Bakı şəhərində anadan olub. Miraqil körpəlikdən ağıllı, təmkinli və sakit uşaq olub. Onun ən sevimli məşğuliyyəti musiqidir. Çox kiçik yaşlarından başlayan bu həvəs onu peşəkar musiqi fəaliyyəti ilə məşğul olmağa qədər aparıb. Yazmağı, oxumağı hesablamağı 5 yaşından bağça müəllimlərinin köməkliyi ilə öyrənib. O, 3 yasından etibarən evde atasının aləti ilə ifa etməyə başlayıb. Musiqiyə olan həvəsi atasından yaranıb. Mirzəzadə Miraqil Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən V.Əvəzov adına 300 saylı orta məktəbində təhsil alır. Hal-hazırda həmin məktəbin 1- c sinif şagirdidir. O, dərslərini yaxşı qiymətlərlə oxuyur. Miraqilin ən sevdiyi fənn Azərbaycan dilidir. Məktəblərində keçirilən bütün tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir. Miraqil yaşadığı hər bir günü maraqlı hesab edir. O, Röyalə müəllimi tərəfindən tərifnamə ilə təltif olunub. Miraqil bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə Anar və Röyalə müəllimlərinə borclu olduğunu bildirir. Miraqil gələcəkdə öz fəaliyyəti ilə seçilən musiqiçi olmaq istəyir. Bu sənəti ən yüksək səviyyədə xarici ölkələrdə təmsil edərək, bayrağımızı daim yüksəklərə ucaltmaq niyyətindədir. Tanınmış, dünyaca məşhur baraban ifaçısı olmaq onun uşaqlıqdan bu günə kimi qəlbində yaşatdığı arzusudur. Asudə vaxtlarını sevimli barabanını ifa etməklə keçirir. Miraqil ARB kanalında yayımlanan maqazin verilişlərinin birində “Gələcəyin istedadlı baraban ifaçısı” başlığı altında çıxışlar edib.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
2 августа 2018 г.
26 июля 2018 г.
Quliyeva Nəzrin Nadir qızı
Quliyeva
Nəzrin Nadir qızı 20.06.2007-ci ildə Bakı şəhərində anadan olub. Nəzrin körpəlikdə dəcəl uşaq olmaqla yanaşı
çox da ağıllı uşaq olub. Cizgi filmə baxmağı, həyətdə uşaqlarla oynamağı,
diyircəkli konki sürməyi çox sevib. Məktəbə getməzdən əvvəl yazıb-oxumağı
bilirdi. Bunları o, uşaq bağçasına gedərkən müəllimləri tərəfindən öyrənib. Nərgiz
musiqini, rəsm çəkməyi çox sevir və hekayələr yazır. Bu marağı onda babası
oyadıb. O, fortepianoda ifa edir,
gözəl səsi və musiqi duyumu var. Quliyeva Nəzrin Respublika İncəsənət
Gimnaziyası təhsil alır. Dərslərini
yaxşı qiymətlərlə oxuyur. Fransız dili, ədəbiyyat, tarix və təsviri incəsənət
onun ən sevimli fənləridir. Nəzrin məktəblərində və ölkəmizdə keçirilən musiqi
müsabiqələrində, fənn yarışlarında, bayram şənliklərində fəal iştiraklar edib.
Əldə etdiyi nailiyyətlərə görə özünü anasına borclu bilir. Fəaliyyətindən
dolayı anasına oxşamaq istəyir. Nəzrin dərslərini yaxşı oxuyub, universitetə qəbul
olmağı və sonra təhsilini hər hansısa bir xarici ölkədə davam etdirməyi
düşünür. Gələcəkdə peşəkar jurnalist olmaq niyyətindədir. Asudə vaxtlarında
fortepianoda ifa etməyi və kitab oxumağı xoşlayır. O, təbiət mənzərələrini əks
etdirən rəsmlər çəkməyi, bəstəkar mahnılarını ifa etməyi , hekayələr oxumağı
çox sevir. Onun gələcək planları Fransız və İngilis dillərini mükəmmələşdirmək,
musiqi sahəsində uğurlar qazanmaqdır. Gələcəkdə Azərbaycanda ən yaxşı jurnalist
olmaq arzusundadır.
İndi isə sizlərə
kiçik yazarımız olan Nərgizin, yazmış olduğu hekayəni təqdim edirik.
Волейбол
с подругами Сегодня солнечный день. На уроке физкультуры учительница вывела нас
во двор. Но во дворе мне стало холодно, и я вернулась в класс. Оставшиеся в
классе пятеро девочек сильно шумели. Я решила вернуться во двор. Мои подруги
играли в волейбол. Мне захотелось поиграть с ними. Но они не пустили меня в
игру. Я стояла в стороне и смотрела на своих подруг. Им было очень весело. И
вдруг вспомнила, что виновата я сама. Вначале игры они сказали: «Давай играй с
нами» Несколько раз они пригласили меня поиграть, но я отказалась. Стояла и
смотрела на веселую шумную игру подруг. Мне стало стыдно за свой поступок.
Виновата я сама. Опустив голову, вернулась обратно в класс. Кто сам подает, тот
не плачет.
25 июля 2018 г.
Cəfərov Mirziya Zəka oğlu
Cəfərov
Mirziya Zəka oğlu Astara rayonu Pensər kəndində həkim ailəsində anadan olub.
Mirziya körpəlikdən ağıllı, təmkinli, diqqətli, atdığı hər addımı yüz ölcüb bir
biçən və yüksək zəkaya malik bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm
çəkmək, multiplikasiya filmlərini seyr etmək, nağıl dinləmək və valideynləri ilə
birgə kiçik məntiqi oyunlar oynamaq olub.
Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anasının köməkliyi ilə
öyrənmişdir. Mirziyanın qeyri-adi uşaq olması, hələ körpəliyindən hiss olunub.
İlk dəfə 3 yaşında bağçaya gedən zaman müəllimi onun gözəl şəkillər çəkdiyini və
qavrama baxımından yaşıdlarından çox fərqləndiyi
müşahidə edib. Cəfərov Mirziya ilk təhsilini Z.Əhmədzadə adına 2 saylı Pensər kənd
orta məktəbində alıb. Hal-hazırda Bakı şəhəri 258 saylı tam orta məktəbin ən fəal
şagirdlərindən biridir. Mirziya bu il Fizika-Rizyaziyyat-İnformatika liseyinə qəbul
olub və qalan təhsilini burada davam edəcək. Məktəblərində tədris olunan bütün
fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri fizika, riyaziyyat,
biologiya və coğrafiyadır. Mirziya Xəmsə intelektual bilik yarışmasında iştirak
edib. Orada məktəbini yüksək səviyyədə təmsil
edib. Həyatında ən uğurlu gününü, bu intelektual bilik yarışmasında çıxış
etdiyi gün olaraq hesab edir. Bu günə qədər
bir çox diplom və sertifikatlara layiq görülüb. Beləki : N. Nərimanov rayonu 47
saylı tam orta məktəbdə diplom, Lütfi Zadə adına Məktəblərarası II Məntiq
Olimpiyadasında fəal iştirakına görə diplom, Kenquru Beynəlxalq Riyaziyyat
müsabiqəsində sertifikat, Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xəmsə” Milli İntelektual bilik
oyununda iştirakına görə sertifikat və medal ilə təltif olunub. O, əldə etdiyi uğur və nailiyyətlərə görə
özünü anasına borclu bilir. Fəaliyyətindən dolayı anasının əmisi Milli Elmlər
Akademiyasının əməkdaşı, Fizika elmlər doktoru Zirəddin Sadıqova oxşamaq istəyir.
O, da elm sahəsində ən yüksək pilləyə qədər ucalmaq niyyətindədir. Gələcəyin
güclü, savadlı fiziklərindən biri olmaq arzusundadır. O, bu fikrə anasının
fizik əmisi ilə ilk dəfə qarşılaşdıqdan sonra qərar verib. Asudə vaxtlarında bədii
kitab oxumağı, şəkil çəkməyi, yaşıdları ilə oyun oynamağı və mutfilimə baxmağı
xoşlayır. O, dərslərini sonadək əla qiymətlərlə oxuyub, yüksək nəticələr ilə
xarici ölkələrin ən məşhur ali təhsil ocaqlarının birində təhsil almaq niyyətindədir.
Mirziya bilik və bacarıqlarını daha da mükəmməlləşdirib, dahilik pilləsinə qədər
yüksəlib, yeni ixtiralar edərək tarixin yaddaşında yaşamaq istəyir
18 июля 2018 г.
Mehralıyeva Züleyxa İlqar qızı
Mehralıyeva
Züleyxa İlqar qızı 9 fevral 2007-ci ildə
Bakı şəhərində anadan olub. Züleyxa körpəlikdə çox sakit temkinli
və ağıllı uşaq olub . Onun hərəkətləri
davranışları yaşından çox böyük insan xarakterinə
bənzəyirdi . Züleyxanın ən
sevimli məşğulliyəti kitab oxumaq olub. Yaşının az olmasına baxmayaraq o çoxlu şeirler bilirdi. Onun ancaq fikri yazı yazmaq, şeir demek olub. Bibisi hər zaman ona oxu gələcəyə lazımlı bir insan kimi yetiş
deyə öyüd nəsihət verib. Məktəbə gedənə qədər
yazıb-oxumağı bibisindən öyrənib.
Mehralıyeva Züleyxa Bakı şəhərində Ədalət
Abbasov adına 257 saylı məktəbdə
təhsil alır. Hal-hazırda həmin
məktəbin 5 c sinifində təhsil
alır. Sinfin əlaçi şagirdidir. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və informatikadir. Məktəblərində keçirilən tədbirlərin
feal istirakcisidir. "20
Yanvar", "Xocalı faciəsi" tədbirlərində intonasiya ilə şeir
deyib, məktəb üzrə riyaziyyat fənnindən
viktorinada uğurla iştirak edib. Bu günə
qədər əldə etdiyi uğurlara, nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə
borclu olduğunu bildirir. Ona hər zaman dəstək olduqları üçün onlara öz minnətdarlığını
bildirir. O, biliklərini daha da təkmilləşdirib, alimlik zirvəsinə qədər yüksəlmək
istəyir. Züleyxa gələcəkdə hansı peşənin
sahibi olmasını tam olaraq qərarlaşdırmayıb. O, həm rəssam, həm də həkim olmaq
istəyir. Hansı peşənin sahibi olmasından aslı olmayaraq işinin peşəkarı
olacağına əmindir. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır. O, rəqs dərsləri
alıb və çox gözəl rəqs etməyi bacarır. Züleyxa məktəbi əla qiymətlərlə bitirib,
yüksək balla ali məktəbə qəbul olub, vətəninə xeyirli, ziyalı şəxsiyyət kimi
formalaşmaq niyyətindədir. Hər tərəfli
istedad olan müsahibiz hər zaman fəxri ol. Yolun daim işıqlı və aydın olsun.
Uğur hər zaman səni izləsin!
17 июля 2018 г.
Hacıyeva İradə Əli qızı
Hacıyeva İradə
Əli qızı 29.07.2008-ci ildə Bakı şəhərində anadan olub. İradə körpəlikdən
sakit, təmkinli, ağıllı və ətraf mühitdə baş verən hadisələr ilə daim
maraqlanan bir uşaq olub. Məktəbə gedənə
qədər yazmağı, oxumağı və hesablama işləri aparmağı Yelena nənəsinin köməkliyi
ilə öyrənib. İradənin yüksək zəkası, güclü yaddaşı və intelektual səviyəsinin
yüksək olmasının şahidi olan ailəsi onu 5 yaşından şahmata yazdırıblar.
Hacıyeva İradə Binəqədi rayonu 300 nömrəli məktəbdə təhsil alır. Hal-hazırda həmin
məktəbin əlaçı şagirdlərindən biridir. İradənin ən sevdiyi fənlər riyaziyyat,
İngilis dili və informatikadır. Məktəblərində tədris olunan bütün fənləri əla
qiymətlərlə oxuyur. İradə Azərbaycan, İngilis, Rus dillərində sərbəst şəkildə
yazıb-oxumağı və danışmağı bacarır. O, Bakı şəhəri qızlar arasında keçirilən
şahmat yarışmasında 1-cilik əldə edərək sertifikata layiq görülüb. Daha sonra
İradə 16 iyun 2018-ci ildə Müasir İnnovasiya liseyində təşkil olunmuş mental
arifmetika üzrə bilik yarışmasında hamını riyazi bilikləri ilə qabaqlayaraq
birinciliyi əldə edib. Super Cenpion- sertifikatı ilə təltif olunub. Həmin gün onun həyatında yaşadığı ən uğurlu, ən
sevindirici və ən yadda qalan gündür. İradə bu günə qədər əldə etdiyi uğurlara,
nailiyyətlərə görə babasına və nənəsinə borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən
dolayı anasına oxşamaq istəyir. Onun qarşısına qoyduğu gələcək planları bir çox
xarici dilləri tam mükəmməl səviyyədə öyrənməkdir. İradə təhsili xaricin ən məşhur
universitetlərinin birində almaq istəyir. Bu həvəs onda ailəsi ilə birgə xarici
ölkələrə səfər etdikdən sonra yaranıb. Orada gördüyü yüksək təhsil sistemi İradənin
çox xoşuna gəlib və gələcək təhsilini bu səbəbdən burada almaq arzusundadır. O,
asudə vaxtlarında Rus dilində bədii kitablar oxuyur, riyazi teslər edir və ailəsi
ilə gəzintilərə çıxır. İradə gələcəkdə hansı sahəni seçəcəyini tam olaraq qərarlaşdırmayıb.
Amma hansı peşəsi seçəcəyindən aslı olmayaraq, işinin peşəkarı olacağına əmindir.
Tarixin yaddaşında dilçilik üzrə güclü mütəxəssis olaraq qalmaq istəyir. İradə
biliklərini, bacarıqlarını təkminləşdirib Vətəninə, millətinə, ailəsinə xeyirli
bir şəxsiyyət olmaq niyyətindədir.
Подписаться на:
Сообщения (Atom)






















































