Dilarə xanım Ülvi adını çox sevib. Bu adın ifadə etdiyi paklıq, təmizlik
mənası daim onun üçün müqəddəs dəyərlər olduğu səbəbindən. Və nəhayət oğlan
övladı dünyaya gələndə adını Ülvi qoymaq istədiyini bildirəndə onun istəyi müsbət
qarşılanır. Beləliklə dünyaya yeni bir Ülvi qədəm qoyur. Körpəlikdə o çox
maraqlı və qeyri adi uşaq olub. 9 ayında iməkləməmiş yeriyib, 2 yaşına qədər
bir söz belə deməyib lakin sonra böyüklər kimi cümlələrlə danışmağa başlayıb.
Böyük hərəkətləri ilə seçilib və böyükləri heyrələndirib.
Ülvi Abdulla oğlu Cabbarov 2001-ci ilin martın 31-də doğulub. Bakı şəhərində
20 saylı orta məktəbin 5a sinfində oxuyur. Çox dəcəl uşaq olub. Məktəbə qədər
oxumağı və yazmağı artıq bilirdi. Onun məktəbəqədər hazırlıq mərhələsi ilə nənəsi
məşğul olurdu. Eyni zamanda Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində
hazırlıq kurslarına gedirdi. Ülvi hazırlıq kurslarını əla qiymətlərlə bitirib. Onun
ən çox şahmata marağı var. Gedişləri bir dəfə ona izah etmək yetər.
Dərslərini yaxşı oxuyura. Sevimli fənni riyaziyyatdır. Məktəbin
ictimai həyatında da fəal iştirak edir. I sinifdə Müstəqillik Gününə həs
edilmiş tədbirdə aparıcı rollardan biri ona tapşırılmışdı. 16 may 2009-cu ildə fəxri
fərmanla təltif olunub. Gələcəkdə memar olmaq istəyir. Boş vaxtlarında kitab
oxuyur, misallar həll edir, bilgisayarda oynamağı xoşlayır.
Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ - Xoşbəxtliyi öz ailəmlə
birlikdə olmaqda, sağlam olmaqda, yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Quaşla
rəsm çəkməyi xoşlayıram, blyard oynamağı da çox xoşlayıram. Gələcəkdə məktəbi əla
qiymətlərlə bitirib, xaricdə təhsil almaq istərdim”.
Комментариев нет:
Отправить комментарий