elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 июля 2012 г.

GƏNC ALİM (Bayramov Vüqar Avtandil oğlu)

Vüqarlı, qürurlu, dəyanətli olmasını arzulayaraq ona Vüqar adı verilib. Vüqar körpəlikdə ağıllı və hər şeyə maraq göstərən bir uşaq olub. Xoşladığı məşğuliyyətlər - kitab oxumaq, musiqi dinləmək və idmanla məşğul olmaq idi. Yazıb-oxumağı uşaq bağçasında öyrənmişdi. Vüqar çox diqqətli və məsuliyyətli, səliqəli, hər şeyin yerli-yerində olmasını xoşlayırdı. Uşaq vaxtı atasının işi ilə əlaqədar başqa şəhərlərə getməli olurdular. Vüqar gedəndə də, qayıdanda da əşyaları sayır, artıq yaxud əskik olanda sorğu-suallar başlayırdı.
Vüqar Avtandil oğlu Bayramov 1982-ci il yanvarın 29-da Bakı şəhərində anadan olub. I-VIII sinifləri Yeni Günəşli qəsəbəsindəki 285 saylı orta məktəbdə, IX-XI sinifləri isə Nizami rayonundakı 289 saylı “Zəngi” liseyində oxuyub. 1999-cu ildə orda məktəbi bitirib və 609 balla Milli Aviasiya Akademiyasına beynəlxalq iqtisadi münasibətlər ixtisasına daxil olub. 2004-cü ildə Aviasiya Akademiyasını bitirib və Milli Elmlər Akdemiyası İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul olub. 2008-ci ildə “Milli iqtisadiyyatda makroiqtisadi proporsiyalar” mövzusu üzrə müdafiə edib və iqtisad üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib. Təhsildən əlavə idmanın karate və üzgüçülük növləri ilə məşğul olub. Orta təhsil illərində paralel olaraq musiqi məktəbinin tar sinfini bitirib.
Vüqar: “ - İxtisasımla bağlı maraq IX sinifdə yaranıb. Həmin il bizə iqtisadiyyatın əsasları fənni tədris olunmağa başladı. Bu fənn böyük marağıma səbəb oldu. Onun üçün bu ixtisası seçdim.
Orta məktəbdə əlaçı olmuşam. Sevdiyim fənlər riyaziyyat və coğrafiya olub. Orta məktəbdə bir sıra elmi yarışlarda iştirak etmişəm, tərifnamə və diplomlarla təltif olunmuşam.
Ali məktəbdə də bütün fənlərdən yüksək qiymətlər almışam. Ali məktəbi qırmızı diplomla bitirmişəm.
Ən uğurlu günlərim ali məktəbə daxil olduğum və iqtisad üzrə fəlsəfə doktorluğu dərəcəsini müdafiə etdiyim günləri hesab edirəm.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə valideyn və müəllimlərimə minnətdaram.
Müəllim işləmək ən böyük arzumdur. İxtisasımla bağlı ən yüksək zirvəyə qalxmaq, sayılıb-seçilən iqtisadçılardan olmaq ən ümdə arzumdur. İqtisadiyyat elminə tövhələr verməkdən ötrü əlimdən gələni edəcəm və durmadan çalışacam.
Asudə vaxtlarımda kitab oxumağı, idmanla məşğul olmağı, gəzməyi, musiqi dinləməyi, dostlarımla görüşməyi xoşlayıram”.
Bir sıra jurnallarda məqalələri çap olunub:
“Milli iqtisadiyyat və makroiqtisadi tarazlıq: mahiyyəti və nəzəri əsasları”. Azərbaycan Milli Elmlər Akademiyası Aspirantlarının Elmi Konfransının materialları. II hissə.  “Elm” - 2006, səh. 167-171.
“Milli iqtisadiyyatda makroiqtisadi göstəricilər”. “İqtisadiyyat və Həyat”, 2008, səh. 42-45.
“Formation of macroeconomic proportions in the national economy”. Proceedings of the Post - graduate students Conference. Bakı, 2005, səh. 5-10.
“Pul-kredit siyasətinin makrotarazlığın təmin edilməsində rolu”. Azərbaycan  Milli Elmlər Akademiyasının Xəbərləri. Humanitar və İctimai Elmlər seriyası (İqtisadiyyat). Bakı. “Elm” - 2007, №3 səh 159-163
“Milli iqtisadiyyatda tarazlığın formalaşdırılmasında dövlət strategiyasının rolu”. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. Milli İqtisadiyyatın problemləri (məqalələr toplusu). Bakı. “Elm” - 2007, № 4, səh 87-93.
Rusiya elmi nəşrində çap olunmuş “Макроэкономические пропорции: свойства и практическое значение”,  2009
Qazaxistan elmi nəşrlərində çap olunmuş “Политэкологический аспект макроэкономических пропорций: человеческий фактор и аварийность”, 2011
Milli Elmlər Akademiyası İqtisadiyyat İnstutunun elmi jurnali “Внешние факторы влияющие на макроэкономические пропорции”,  2012
Milli Elmlər Akademiyası İqtisadiyyat İnstutunun elmi jurnali  “Макроэкономические пропорции и стратегическое планирование”,  2012

Комментариев нет:

Отправить комментарий