Sən gəldin
dünyaya şadlandı hamı,
Səni
qarşıladı Novruz bayramı,
Sevindi,
hamının coşdu ilhamı,
Gələcək
nəsilin anası Aytən.
Bu
şeir qəhrəmanımız Aytənə həsr olunub. Onun uşaqlıqdan musiqiyə böyük marağı var
idi. Rəqs etməyi çox xoşlayırdı.
Yazıb-oxumağı
uşaq bağçasında müəllimindən öyrənmişdi. Məktəbə gedəndə III sinifdə oxuyan
şagird qədər düzgün və səliqəli yazırdı. Gözəl xətti var idi. Elə ona görə də məktəbə
5 yaşında gedib. I sinifdən indiyə qədər şəkli şərəf lövhəsini bəzəyir.
Neçə
il yol gəldin,
Az
qaldı küsə Firuzə anan,
Ataya anaya
hər vaxt ol yanan,
Nənən Minarənin
sonası Aytən.
Aytən Vasil
qızı Quliyeva 1996-cı il martın 22-də dünyaya gəldi. Bəlkə də ana təbiətin
oyandığı bir ayda dünyaya gəldiyi üçün o gülləri, çiçəkləri çox sevir. Neçə illərin
həsrətindən sonra dünyaya göz açan bu qız hamının sevimlisinə çevrildi. Aytən
2001-ci ildə Nərimanov rayonundakı 47 saylı məktəbin I sinfinə gedib. 2005-ci
ildən 143 saylı orta məktəbdə təhsil alır. Əlavə məşğuliyyəti kitab oxumaq,
musiqiyə qulaq asmaq, piano çalmaqdır.
Dərslərini əla
oxuyur. Fənlər arasında ayrı seçkilik qoymur. Bütün fənlər onun üçün doğmadır, əzizdir.
Axı onların hər biri ona ayrı-ayrı istiqamətlərdə bilik verir.
Məktəbdə və
rayonda keçirilən tədbirlərdə iştirak edib. Məktəbdə keçirilən “Novruz” şənliyində
aparıcı idi.
O, bir çox
təltiflərə layiq görülüb. Bakı şəhər Məktəbdənkənar İş Mərkəzi tərəfindən 23
may 2003-cü ildə “Yolunuz uğurlu olsun” devizi altında keçirilən “Uşaq təhlükəsizliyi
həftəsi”ndə fəal iştirakına görə fəxri fərmanla, 2007/2008-ci tədris ilində təlim
və tərbiyədə əldə etdiyi nailiyyətlərə görə Bakı şəhər Təhsil İdarəsi tərəfindən
tərifnamə ilə təltif olunub. Binəqədi rayonu üzrə ekologiya ilə bağlı “Ətraf
mühit və biz” mövzusunda keçirilən ən yaxşı referat müsabiqəsində I yeri tutdu
və şəhər turuna vəsiqə aldı.
Qazandığı
bütün uğurlara görə öncə müəllimlərinə və valideynlərinə borcludur. Savadı,
qabiliyyəti, həyata baxışı ümümiyyətlə, hər sahədə atasına oxşamaq istəyir.
Gələcəkdə
iqtisadçı olmaq istəyir. Bu sənətə yiyələnməklə atasının davamçısı olmaq istəyir.
Çünki həyatda sənətini, xalqını, ailəsini atası qədər sevən insanlar azdır.
Asudə
vaxtlarında mütaliə edir, musiqiyə qulaq asır, daha çox vaxtını qardaşı Kənanla
keçirir. Kənanın savadı onu valeh edir. Onlar fikir mübadiləsi edəndə, xüsusi
ilə riyaziyyatdan mübahisələri düşür. Kənanın məntiqdən savadı çox dərindir. Bəzən
məsələnin həllini məntiqi yolla elə tez tapır ki, hamı heyran qalır.
Fəaliyyətilə
bağlı “Məntiq və riyaziyyat “ elmi kütləvi, məntiqi-riyazi jurnalda, “Bakı təhsili”
jurnalının buraxılışında məlumat verilmişdir.
Uzun müddət
Nəriman Kərimovun rəhbərlik etdiyi “Arzu” rəqs ansamblının fəal üzvü olub.
Televiziya ekranlarında solo rəqsləri nümayiş olunub. Binəqədi rayonu 11 saylı Uşaq
Musiqi Məktəbində təhsil alıb.
Xoşbəxtliyi
həyatda istədiyi mövqeyə çatmaqda, valideynlərinin bütün arzularını yerinə
yetirməkdə görür. Bunun üçün gecə-gündüz çalışıb yüksək balla istədiyi ali məktəbə
qəbul olmaq niyyətindədir.
Yüksək
balla ali məktəbə daxil olmaq, ali məktəbi fərqlənmə diplomu ilə bitirmək
ixtisasına uyğun yüksək pillədə çalışmaq ən böyük istəyidir. Vətəni, milləti,
xalqı üçün əvəssiz işlər görən, onun işıqlı gələcəyi üçün bütün gücü ilə
çalışan bir şəxsiyyət kimi tarixin yaddaşında qalmaq istəryir.
Комментариев нет:
Отправить комментарий