Müxtəlif
adlar arasından atası məhz Aysel adını seçib. Ay işığı, bizim işıq selimiz. Çox
sakit və mülayim bir uşaq olub. Şəkil çəkməyi, cizgi filmlərinə baxmağı və
onların video kassetlərini toplamağı xoşlayırdı. Cizgi filmlərini bir dəfə seyr
etməklə ordakı qəhramanları təqlid etməyi bacarırdı. Üç yaşı olanda “Təbəssüm”
rəqs qrupuna yazılıb. Yaşca böyük uşaqlarla bir kollektivdə rəqs etsə də özünəməxsus
bacarığı ilə onlardan seçilib. Hətta 4 yaşı olanda rəqs kollektivində Yeni il
bayramı münasibətilə təşkil olunan konsertdə Aysel səlist danışığı və bacarığı ilə
“Qar qız” rolunda çıxış etmək üçün seçildi, konserti axıradək idarə etdi. Bu
haqda “Bu gün” qəzetində şəkli və kiçik bir yazı da verilib. Sonra “Cücələrim”
rəqs kollektivində rəqsə getdi. Bu kollektivdə də müxtəlif tədbirlərə həsr
olunmuş konsertlərdə çıxış edib.
Orta məktəbə
6 yaşında rus bölməsinə gedib. I sinfi bitirdikdən sonra, 2001-ci ilin avqust
ayında ailəsi ilə birlikdə İsrailə köçüb. Artıq II sinifdən orada məktəbə getməyə
başlayan Aysel bir il ərzində ivrit dilində sərbəst yazıb-oxumağı öyrəndi.
2003-cü ilin avqust ayında dünya şöhrətli İbrahim Tatlısəs İsrailə konsert
proqramı ilə çıxış etməyə gəldi. Ad günü ərəfəsinə düşdüyündən hədiyyə olaraq valideynləri
ilə birlikdə bu konsertə getdi. İbrahim Tatlısəs konsert zamanı tamaşaçılarla
ünsiyyət qurmağa çətinlik çəkirdi. Onun türkcə söylədiklərini ivrit dilində səlist
və aydın şəkildə tamaşaçılara çatdıran Aysel böyük alqışla qarşılandı. Konsertin
sonunda İbrahim Tatlısəslə bərabər, Ayseldən də avtoqraf istəyənlər oldu və neçə-neçə
insan ona və valideynlərinə minnətdalıqlarını bildirdilər. Bu kadrlar hələ də
Tatlısəsin kliplərində türk və başqa kanallarda vaxtaşırı efirə verilir.
Aysel Çingiz
qızı Paşazadə 4 avqust 1994-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə
Bakı şəhəri Xətai rayonunun 264 saylı məktəb liseyin I sinfinə gedib. 2001-ci
ildən 2008-ci ilə qədər İsraildə Yesedot, Komemiyut və Remez məktəblərində oxuyub.
VIII-XI sinifləri yenidən Bakıda oxuyub. 2011-ci ildə 264 saylı məktəbi bitirib
və elə həmin il BSU-ya pedaqoji fakultəsinə daxil olub. Təhsildən əlavə ispan
dilini öyrənir. İvrit, ingilis dillərini bildiyi qədər, rus dilini də öyrənmək
istəyir. Həm qrammatik, həm də pedaqoji baxımdan. Aysel: “ - Uşaq vaxtlarımdan
anam tez-tez müxtəlif pedaqoqlardan sitatlar gətirərdi. İndi özüm həmin
pedaqoqların qiymətli fikirlərini daha dolğun və dəqiq öyrənirəm. Əgər gələcəyi
planlaşdırarıqsa, bizim hər zaman ağıla, tərbiyəyə, bilik öyrənməyə ehtiyacımız
var. Bu tərbiyəni, ağlı və biliyi isə pedaqoqlar təlqin edir.
Orta məktəbdə
dərslərimi əla oxumuşam. Nümunəvi şagird tərifnaməsi ilə təltif olunmuşam. Hazırda
oxuduğum ali məktəbdə də yaxşı və əla qiymətlərlə oxuyuram. Sevimli fənlərim
dilçilik, pedaqoqika və ingilis dilidir. Qrup nümayəndəliyinə seçilmişəm.
İctimai işlərdə iştirak edirəm. İki dəfə yazı layihələrində iştirak edib
mükafatlandırılmışam. İlk dəfə Şuşanın işğalının 20 illiyi ilə “Şuşa Qarabağın
mənəvi paytaxtıdır” layihəsində, ikinci dəfə “Əsl tələbə necə olmalıdır?” layihəsində
I yeri tutub videokamera ilə mükafatlandırıldım.
Bu sənəti
sevməyimdə anamın rolu daha böyük olub. İngilis dili müəllimim Günay xanıma çox
minnətdaram. Onun səmimiyyətinə və mənim kimi başqa şagirdlərin də ingilis
dilini dərindən öyrənmələri üçün ürəkdən çalışmasına heyranam. İnsan istəsə öz
zəhmətiylə müvəffəqiyyətlər əldə edə bilər. Xalqıma çox bağlıyam. Nə qədər çox
xeyir verən sahə olsa hamısında çalışmaq istəyirəm.
Xoşbəxtliyi ətrafımdakı insanların gülən gözlərində,
xoş danışığında, müharibəsiz həyatda görürəm.Asudə vaxtlarımda musiqi dinləyirəm,
şəkil çəkirəm. Karate ilə məşğul oluram.
Paşazadə Aysel
yaradıcılığı
Mən Azərbaycan gənciyəm. Gəncliyim
Qarabağtorpaqlarımızın erməni işğalı ucbatından zəbt olunduğu bir dövrə təsadüf
edir. Müharibə dövründə yaşadığıma baxmayaraq və işğal zonasından uzaqda
yaşadığıma örə mən azadam. Amma ürəyimdə bir ağrı düyülənib, bir arzu qalıb.
Əminəm ki, bir gün arzuma çatıb, Qarabağ torpağını qarış-qarış gəzəcəm. Bu
üzdən arzumdan çox nisgilim məni sarsıdır. Qarabağ nisgili 20 ildən əvvəl eyni
dörd diyarımızı zorla qopardılar Qarabağın bağrından. Bu diyarlardan biri də
Şuşa idi. Vəfalı Şuşa. Yalnız öz övladına pay veribsən istedadından.Yaşıl
çəmənli torpaqların yalnız doğma elin üçün laləzar olan Şuşa İndi bahar olsa
belə susub orda sarı bülbül. İndi bahar olsa belə, xəzan yeli əsir orda, çünki,
orda gəzmir elim. Qarabağsız qalan Odlar Yurdum Azərbaycan dözmür daha bu
ağrıya. İgid oğullarını itirən bir ananın dərdi kimi dərdi var Azərbaycanımın.
Mən Şuşaya getməmişəm, amma Şuşanı tanıyıram. Mən Şuşanı görməmişəm, ancaq onu
çox sevirəm. Bir şeirdə deyildiyi kimi:
Orda bir kənd var,
O kənd bizim kəndimizdi.
Getməsək də, görməsək də
O kənd bizim kəndimizdi.
Mən
bütün Azərbaycan gəncləri kimi Şuşuaya bağlılığımı, bu torpağın öz eli üçün
ecazkar olduğunu bu günlər ərzində yazdığım şeirə köçürdüm. Görün Şuşa necə, nə
qıdır ecazkardır ki, hətta tarixdən, ədəbiyyatdan tanıdığım Şuşanın adı gələndə
belə fikirlərin öz ahəngi ilə şeir misralarına çevrilir. Bu gün Şuşasız qalan
Qarabağ olmasa, mən yaşamaram desək də yaşayırıq. Yaşamalıyam. Çünki Qarabağın
qələbə müjdəsini dünyanın qərib ölkələrində yaşayan azərilərə çatdırmaq üçün.
Yaşamalıyam, çünki, Qarabağın qələbəsindən sonra sevinən dostumuzu, üzülən
düşmənimizi gələcək nəslə tanıtmaq üçün. Yaşamalıyam, çünki, üç rəngli
bayrağımızı Şuşa qalasına qaldırmaq üçün. Yaşamalıyam, Azadlıq himnimizi Cıdır
düzündə oxumaq üçün. Yaşamalıyam, şəhidlərin ruhuna dua oxumaq üçün.
Yaşamalıyam, düşməndən hesab sormaq üçün. Yaşamalıyam, Azərbaycanımı sevdiyim
üçün. Yaşamalıyam. Şuşayla bərabər Respublikamızın digər səfalı guşələrini
Xocalını, Laçını, Kəlbəcəri, Xocavəndi, Ağdərəni, Ağdamı, Cəbrayılı, Füzulini,
Qubadlını, Zəngilanı erməni işğalından azad edilməsində mübarizəyə qoşulmaq
üçün. Yaşamalıyam, zəfərimizi qeydetmək üçün Şuşaya, Cıdır düzünə tələsən
xalqımızın sevincinin şahidi olmaq üçün və evlərinə-ocaqlarına qovuşan
Şuşalılarla bərabər Şuşa torpağını öpmək üçün.
Olsada
17 yaşım
İşğalından
ömründən çox oldu Şuşa
Kədərin
olubdu yaxın sirdaşım,
Hüznlü
örünür, torpağın daşın,
Sənə
qara örpək yaraşmır, Şuşa!
Zorla
qopardılar doğma elindən,
Anandan
alınan bir körpə kimi.
Qarabağ
yurdumun keçir könlündən,
Kaş
yenə duyaydım doğma dilimi,
Bir
gölə biləydim burda elimi,
Dahi
Üzeyirin qədəm izləri,
Qalıb
torpağında heç vaxt silinməz.
Dünyaya
yayılan “Cəngi”nin səsi
Düşmənə
sevinmək imkanı verməz
Həzin
nəğməsiylə İsa bulağı,
Sevgi
dastanının şahidi olub.
Bəlkədə
tarixin təmiz varağı
Sona
bülbüllərin eşqiylə dolub.
Qara
bağ bizimdir, Şuşa bizimdir,
Sözləri
deməyə ehtiyac yox ki,
Ey
soysuz, get ara arxivi, tarixi dindir
Min
suala cavab Xan Şuşinski.
20
ildir ki, gözlər yolunu,
Azərbaycan
adlı elin oğlunu
Üç
rəngli bayraqla güləcək üzü,
Həsrətinə
qurban ay cıdır düzü,
20
ildir ki, dərdli, qəmlisən,
Sehirli
aləmsən sirli dünyasan.
Sanma
ki, dərdindən olmadım xəbərsiz,
Qarabağ
var olmaz, Şuşa sənsiz
Qarabağ
olmasa qallam vətənsiz.
Sənin
torpağında gəzməsəm də mən,
Çox
olsa yaşımdan hətta kədərin
Şuşa
söylədikdə keçir gözümdən,
Qarabağ
yurdumun dilbər yerləri
Şahdağı,
Qoşqarı, Göyəzən dağı,
Yurdumun
baş tacı şah ərazisi
Azərbaycan
qəlbi-o Qarabağı
Sevirəm
anamı sevdiyim kimi,
Şuşa
söylədikdə nisilim artar,
Qarabağ
bülbülü düşər yadıma.
Dindirər
könlümü muğam, kaman, tar
Qarabağ
şöhrətdir ana yurduma.
Sənində
mənim tək gözün yoldadır
Möhkəm
dur adın tək Şuşa qalası!
Sənsiz
inan, ömrüm elə dardadır,
Başqa
dərdim yox, dərdim torpaq yarası.
Uca
tut başını, Şöhrətli Şuşam
Qarabağın
sənə ehtiyacı var.
Sənin
torpağına heyran olmuşam.
Vətənim
səninlə olar bəxtiyar.
Ay
Şuşa torpağı mənim elimsən,
Cabbarım,
Bülbülüm, Natəvanımsan
Vaqif
əsərinin şux gözəlisən,
Tarixin
özüsən qarabağımsan
Ay
Şuşa torpaqı- el nəğməsisən,
Dünyada
tanınan bülbül səsisən,
Sən
Odlar yurdumun şah əsərisən,
Bir
də qarabağın şikəstəsisən.
Bu
yurdun bizdədir arzu gümanı
Bu
yurdun taleyi bizlə-gümanlı,
Ay
başı dumanlı Şuşa dağları
İzlədib
qoynunda o nazlı yarı
Qırmızı
koftalı, yaşıl tumanlı.
Soyadım
Qarabağ, adımsa Şuşa
Ata,
ana yurdum Azərbaycandır.
Ünvanım
yazılıb orda hər daşa,
Bölünməz
bu diyar bütöv cahandır.
Gələn
il bu vaxtı azadlıq günü
Qeyd
etsin Şuşamız öz torpağında
Dsz
bugünki günün bahar çağında
Olsun
Qarabağın toyu düyünü...
Комментариев нет:
Отправить комментарий