elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 июля 2012 г.

Quliyev Kənan Vasil oğlu


Tanış olun bu da Kənan,
Çox ağıllı qoçaq oğlan,
Biz azca da dəcəldir,
Şipşirindir gözəldir.
Bu bənddə barəsində söhbət açılan Kənan körpəlikdə çox şıltaq bir uşaq idi. Cizgi filimlərinə baxmaq, velosiped sürmək, futbol komandalarının oyunlarına tamaşa etmək əsas məşğuliyyətləri idi.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilmirdi. Çünki Kənanın bir xüsusiyyəti var. Onun üçün təzə bir şey olmayan işə maraq göstərməzdi. Ona görə də ilk dəfə sakit və maraqla müəllimindən öyrənməyi daha məqsədə uyğun hesab etdilər.
Kənanla bağlı maraqlı hadisələr çoxdur. O, dərin biliyə, yaddaşa malik bir uşaqdır. Kənanın 5 yaşında başına gələn hadisə onun qeyri-adi yaddaşa malik olmasını bütün tanıyanlara bir daha bəyan etdi. Valideynləri ilə birgə Əhmədli qəsəbəsinə yas yerinə getmişdi. Kənan həyətdə qohumların uşaqları ilə oynayırdı. Uşaqlar mağazaya gedirlər. Kənan uşaqları axtara-axtara Ukrayna dairəsinə çıxır. Azdığını hiss etdikdə ağlamağa başlayır. Bir nəfər Kənanı polis idarəsinə aparır. Kənan hamını heyran qoyaraq heç fikirləşmədən atasının mobil telefonunun nömrəsini polisə söyləyərək hamını narahatçılıqdan qurtarır.
I sinfə getdiyi ilk gün dərsin sonunda müəllimi - Kənanın gələcəyi parlaqdır, bunu onun verdiyi cavablardan hiss etdim - dedi
Vasili sevindirib gəldin dünyaya,
Yayılsın aləmə şöhrətin Kənan.
Şərəfin ucalsın günəşə, aya,
Başa çatsın hər bir niyyətin, Kənan.
Kənan Vasil oğlu Quliyev 1998-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. 2004-cü ildə Nərimanov rayonu 47 saylı məktəbdə I sinfə daxil olub. 2005-ci ildə 102 saylı məktəbin II sinfinə gedib. 4 il həmin məktəbdə oxuyub. 2009-cu ildən isə 143 saylı məktəbdə təhsil alır. Üzgüçülüklə və futbol oynamaqla məşğul olur. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənni riyaziyyatdır. Məktəbdə keçirilən tədbirlərdə, bayramlada o mütləq şeir deməlidir. Çünki gözəl şeir demək və aparıcılıq qabiliyyəti var. Hələ I sinifdə “Əlifba bayramı”nda aparıcılıq etmiş, bütün iştirakçıları heyran qoymuşdu. “Araz” kurslarının bütün sınaqlarında iştirak edib. Yaxşı nəticələr qazanıb. Həyatında ən uğurlu gün Bakı Özəl Türk liseyinə qəbul olduğu gündür.
Həyata baxışda, insanlara münasibətdə, tutacağı mövqedə ümumiyyətlə, bütün istiqamətlərdə yalnız atasına oxşamaq istəyir. Atası onun üçün ideal, əvəzolunmaz bir şəxsiyyətdir.
Gələcəkdə diplomat olub xarici ölkələrin birində doğma Azərbaycanı təmsil etmək istəyir. Fərqlənmə diplomu ilə ali məktəbi bitirib, diplomat kimi Azərbaycanı təmsil etmək ən böyük arzusudur.
Asudə vaxtlarında bilgisayarda onu maraqlandıran müxtəlif mövzular üzrə materiallar toplayır və idmanla məşğul olur. Rəsm çəkməyi çox sevir. Bunun üçün Roza müəllimə minnətdardır. O, bu sənətin bütün incəliklərini onlara açıqlayır.
Onunla bağlı “Məntiq və riyaziyyat” elmi-kütləvi jurnalda məlumat verilib. 

Комментариев нет:

Отправить комментарий