Sumqayıt
şəhərində fənn aylığı çərçivəsində keçirilən tədbirlərdən biri də 21 saylı tam orta məktəbdə təşkil
olunmuşdur. Yanvar ayı riyaziyyat fənninə həsr olunduğundan həmin məktəbin
riyaziyyat müəllimi Fərəcli Dünya "Riyaziyyat dünyası" adlı
riyaziyyat gecəsi keçirmişdir. Tədbirdə bir çox məktəblərdən dəvət olunmuş müəllim
və qonaqlar, eyni zamanda əməkdar müəllim, 30-a yaxın bir çox elmi və bədii
kitab və jurnalların müəllifi, İmişli rayon kənd orta məktəbinin direktoru,
ustad müəllim Malik Aranlı (Qəhrəmanlı) da iştirak etmişdir. Tədbiri giriş sözü
ilə açan tədbirin təşkilatçısı Dünya müəllimə gələn qonaqları və tədbir
iştirakçılarını salamlamış, Azərbaycanın Dövlət Himni oxunaraq tədbiri açıq
elan etmişdir.
Tədbirin
ilk hissəsində Malik Aranlı ilə görüş olmuşdur. O, çıxış edərək, riyaziyyat v məntiqin
əhəmiyyətindən danışmış, şagirdlərə testi həll etməyə qaçmamağa, ilk öncə
riyaziyyatın kökünü öyrənməyə çağırmışdır: "Riyaziyyatı dərk etməyən, nəzəriyyyəni, düsturların çıxarılışını bilməyən
şagird test həll etməyə qaçmasın..... ". Ustad müəllim daha sonra şagirdlərin suallarına
cavab vermişdir.
Tədbirin
ikinci hissəsi sinfinin hazırladığı kompozisiya və səhnəciklərə həsr
olunmuşdur. Şagirdlər riyaziyyatın gündəlik həyatımızda rolu, "Rəqəmlərin
mübahisəsi" (müəllif Malik Aranlı) , riyaziyyatın bütün elmlərin şahı
olmasına dair səhnəciklərini təqdim etmişdilər. Şagirdlər həmçinin
hazırladıqları rəqs və musiqi çələngilə tədbiri daha da rəngarəng etmişdilər.
Sonda
20 Yanvar- Ümumxalq hüzn günü anılmış, Qanlı Yanvarın tarixi səhifələnmiş, Vətənpərvərlik
ruhunda şeirlər söyləmişdilər. Bu günün
hüzn günü kimi yox, qəhrəmanlııq səlnaməsi kimi tarixə düşməsini qeyd etmişdilər.
Tədbirin sonunda "Viktorina"
keçirilmiş, maraqlı və əyləncəli məntiqi suallar bütün şagirdlərin marağına səbəb olmuşdur. "Viktorina"da iştirak edən hər bir şagirdə və
sonda çıxış edərək tədbir haqqında öz fikirlərini söyləmiş və belə tədbirlərin
davamlı olaraq keçirilməsini, şagirdlərə Vətənpərvərlik ruhunun aşılanmasını
bildirən məktəbin direktoru Vladim İbrahimov, metodbirləşmə rəhbəri Diləfruz
Mahmudova , təlim-tərbiyyə işləri üzrə direktor müavini Afilə Nağıyeva və bəzi
qonaqlara hədiyyələr təqdim olunmuş, tədbirdə iştirak etdiyi üçün dərin minnətdarlıq
bildirilmişdir.
Комментариев нет:
Отправить комментарий