Abduləzizova
İnci Əlvan qızı 23 iyul 2010-cı ildə Bakı şəhərində doğulub. İncini körpə uşaq
kimi ailədə heç kim xatırlamır. Doğulandan çox ağıllı baxışları vardı. 9 ayında
dil açıb. Nəyi etmək olar, nə təhlükəlidi həmişə ayırd edə bilib. Oyuncaqla
oynamaqdan cox kağızları oynatmağı, nəsə kəsib-düzəltməyi sevir. Rəqs etməyi, şəkil
çəkməyi çox sevir. Uşaqlıqdan aparıcılıq etməyi çox sevir. Başqalarına sual
verir, ya veriliş, ya da dərs aparır sanki.
3
yaşından hərfləri, rəqəmləri tanımağa başlayıb. Məktəbə gedəndə sərbəst oxuyur
və hesablayırdı.
Yazıb
oxumağı anası və müəllimi Ülviyyə
xanımın sayəsində öyrənib.
İnci
Nəsi rayonundakı Abdulla Şaiq adına 54
saylı orta məktəbdə təhsil alır. I sinif şagirdidir. Sinif müəllimi Dürdanə xanımı
çox sevir və hörmət edir. Dərslərini əla oxuyur. Müəllimimin koməkçisiyəm deyə
özüylə fəxr edir.
Ən
sevimli fənni riyaziyyat və ingilis dilidir. Məsələ həll etməyi daha çox sevir,
ingilis dilində sərbəst oxuyur.
Atasını
çox sevir. Balaca İnci bu günə qədər əldə etdiyi hər bir şeyə görə anasına
borclu olduğunu deyir. Eyni zamanda böyük uğurlarının qarşıda olduğuna inanır.
İnci babası kimi həkim olmaq istəyir.
Boş
vaxtlarında rəsm çəkməyi, internətdə məntiqlə bağlı oyunlar oynamağı çox sevir.
Asudə
vaxtlarında ən çox sevdiyi iş yazı yazmaqdır. Sevgisini yazılı formada kağıza
yazır və ailə üzvlərilə paylaşır.
Комментариев нет:
Отправить комментарий