Xancanova Gülay Aqşin qızı 2007-ci il aprelin 17-də Sabirabad rayonunun Axtaçı kəndində anadan olub. Kiçik yaşlarından sakit, gülərüz və ünsiyyətcil qız olub. Anası Zərifə xanım onda rəqsə qarşı maraq oyatmışdır. 8 yaşından rəqslə məşğul olur. “Cücələrim” rəqs ansambılında çıxış edir.
Orta məktəbə Namiq Məmmədov adına 9 N-li məktəbdə başlayıb və hazırda Rəfiqə Məmmədovanın sinfində təhsilini davam etdirir. Sinfin əlaçı şagirdlərindəndir. Sevimli fənləri arasında riyaziyyat xüsusi yer tutur. Gülay dərslərindəki uğurlarını müəlliməsinə və valideyinlərinin onunla yaxından maraqlanmasına borcludur.
Qabaqcıl şagird olduğu üçün məktəbin tədbirlərində də Gülay yaxından iştirak edir. Axırıncı dəfə “I love English” adlı tədbirdə “Alma” rolunda iştirak edib. Eyni zamanda bu tədbir iştirakçıları haqqında “Təhsil” qəzetinin 2015-ci il 15 iyun buraxılışında “Mən ingilis dilini sevirəm” başlığı altında irihəcmli məqalə dərc olunub.
Gülayın ən sevdiyi gün 15 sentyabrdı, çünki dərs günü başlayır. Həmçinin o gələcəkdə müəllim olmaq arzusundadır. Bu fikri onda müəlliminə olan böyük maraq yaradıb.
Gələcək planlarında ilk sıranı tələbə adını qazanmaq tutur. Universiteti bitirib diplomunu aldıqdan sonra ixtisası üzrə fəaliyyət göstərib, dövlətimizə və cəmiyyətimizə layiqli şəxsiyyət olmaq istəyir. Arzularından biri də gələcəkdə rəqs məktəbi açıb, rəqqaslar yetişdirməkdir.
Boş vaxtlarında kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, gəzib əylənməyi çox sevir.
Biz də öz növbəmizdə balaca müsahibimiz olan Gülaya arzularına çatmağı və gələcək həyatında da uğurlarının davamlı olmasını diləyirik!
Комментариев нет:
Отправить комментарий