Mәktәbә gedәnә qәdәr anası və
hazırlıq müəlliməsindən az da olsa
yazmağı öyrənib.
İlk tәhsilini 132-134 saylı
Tәhsil Kompleksindә alan Fuad hazırda da hәmin təhsil ocağında oxuyur.
Dәrslәrindən әla qiymәtlәr alır. Fuadın әn sevdiyi fәnn isә Azәrbaycan, İngilis
vә Rus dilidir. O, mәktәbdә keçirilən tәdbirlәrdә fəal iştirak edir.
Tamaşalarda rol alır, rәqs edir. Kim
olacağı fikrinə hәlә tam qәrar vermәyib. Asudә vaxtlarında dostlarıyla oynamaq,
bәzi nağıl kitabları oxumaq vә şәkil çәkmәyi xoşlayır. Rәsm çәkmәyi isə daha
çox sevir. Rәsmlәrindә daha çox tәbiәt mövzusuna üstünlük verir. Mәktәbi әla
qiymәtlәrlә bitirib, universitetә qәbul olub,
ata-ana vә müәllimlәrini sevindirmәk
Uğur və nailiyyətlərinə görə
özünü müәllimәsinә vә valideyninə borclu
hesab edir.
Azәrbaycanın adını bütün dünyada tanıdacaq,
hәmçinin başını uca edәcәk bir şәxsiyyәt olmağı arzulayır vә bunun üçün әlindәn
gәlәni etmәyi qarşısına məqsəd kimi qoyduğunu söyləyir. Vәtәn üçün xeyirli,
fәxr ediləcək bir övlad olmaq әn böyük arzusudur. Daha sonra iş adamı və böyük
şәxsiyyәt olmaq istәyir. Hәm tarixin yaddaşında yaşamaq üçün, hәm dә vәtәni
üçün gözәl addımlar atmaq arzusundadır. Әvvәlcә torpaqlarımızı
işğalçılardan geri almaq, daha sonra
Azәrbaycanın rifahı üçün çalışmaq niyyәtindәdir.
Biz dә redaksiya olaraq Fuad
balamıza uğur vә naliyyәtlәr arzu edirik. Uğurların davamlı, yolun açıq olsun,
Fuad!
Комментариев нет:
Отправить комментарий