Artıq İncəsənət Gimnaziyasında rəssamlıq
ixtisasına gedir və rəssamlıq sənətini çox sevir.
Raul ilk təhsilini
20 saylı tam orta məktəbdə almışdır. Hazırda isə təhsilini İncəsənət
Gimnaziyasında davam etdirir. 5-c sinifdə oxuyan Raul dərslərində fəal,aktiv
uşaqdır və dərs əlaçısıdır. Ən çox sevdiyi fənn riyaziyyat və tarixdir. Məktəbdə
keçirlən bəzi tədbirlərdə çıxış edib. Çəkdiyi əsərlər rəsm sərgisində nümayiş
olunmuş və fəxri fərmanla təltif olunmuşdur. Fərman əldə etdiyi günü həyatının ən
unudulmaz günü hesab edir. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü ailəsinə
və müəllimlərinə borclu hesab edir.
Ən maraqlı gününü
ad günü hesab edir, çünki hamıdan çoxlu hədiyyə almışdır. Dərslərini əla oxuyub
ali məktəbə qəbul olmaq arzusundadır. Böyük şirkət yaradaraq ona rəhbərlik etmək
istəyir. Ona görə yox ki şöhrətpərəstdir. Ona görə ki dünyaşöhrətli Hacı
Zeynalabdin Tağıyev kimi xeyriyyəçiliklə məşğul olmaq niyyətindədir. Modern xəstəxana
açıb xalqın sağlamlığının keşiyində dayanmaq isə onun ən böyük arzusudur. Bir
sözlə, millətinə yararlı,xeyirxah insan olmaq istəyir. Redaksiyamız adından ona
uğurlar arzulayır, nəcib arzularına çatmaqda aydın səma, hamar yol diləyirik!
Комментариев нет:
Отправить комментарий