Nigar Cavanşir qızı Məmmədova 2007-ci il yanvarın 8-də Bakı şəhərində anadan
olmuşdur. Sakit təbiətli,valideynlərini incitməyən,yeməyə həvəsli və kapriz
yaratmayan körpəliyi olub. Bağçaya həvəslə gedib, orada keçirilən tədbirlərdə fəal
iştirak edib. İngilis dilində şeirlər və mahnılar söyləyib Məktəbə gedənə qədər
yazıb-oxumağı, yüksək ixtisaslı müəllimlər tərəfindən öyrənib. Dörd yaşı olarkən
artıq Azərbaycan və rus dilində üzündən
oxumağa, beş yaşında isə sərbəst yazmağa başlayıb. İngilis dili kursuna gedib.
Hazırda
Nigar 20 saylı məktəbin 4 “F” sinfində təhsil alır. Sinif rəhbəri Lətafət
xanımdır. Müəllimi qeyd edir ki, Nigar çox ağıllı və tərbiyəli şagirddir, dərslərinə
hər zaman hazır gəlir və dərs əlaçısıdır. Ən çox sevdiyi fənlər İngilis dili və
Rus dilidir. Asudə vaxtlarında valideynləri ilə birgə kinoya getməyi, parkda gəzməyi
çox sevir . Şahmatı və müxtəlif intellektual oyunlara marağı böyükdür.
Nigarın
həyatında ən yadda qalan günü on yaşını qeyd etdiyi günə təsadüf edir. Lap
balacalıqdan indiyə qədər arzusu həkim-ekspert
olmaqdır. Bu qərara gəlməyində valideynlərinin
təsiri az olmayıb. O, gələcəkdə savadlı ekspert olmaq, yeni metodlar
axtarıb-tapmaq fikrindədir. Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü
valideynlərinə və müəllimlərinə borclu hesab edir.
Biz
də redaksiyamız adından nəcib duyğulu balamıza uğurlar arzu edirik.Şans daima
üzünə gülsün, əziz Nigar!
Комментариев нет:
Отправить комментарий