elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 октября 2012 г.

Xalıqova Aytən Malik qızı


Malik bəyin dostunun Aytən adlı bir gözəl və ağıllı qızı var idi. Və gələcəkdə qızım olsa adı Aytən qoyacağam deyə qərarlaşdırmışdı. Çox dəcəl, hamıdan acığını çıxan, fenomen, iti yaddaşa malik və hər bir işdə lider olmağı sevən bir uşaq olub. Uşaqlıqda gəlinciklərə paltar tikmək, guya iynə vururmuş kimi hərəkətlər etməyi xoşlayrdı. Rəsm çəkməyi, musiqiyə qulaq asmağı çox xoşlayırdı. Məhəmmədbağır Bağırzadənin bütün mahnılarını əzbər bilirdi. Bir müddət “Cücələrim rəqs qrupunda iştirak etmişdi. Çoxlu şeirlər öyrənmişdi. Toplamanı-çıxmanı və hətta vurmanı bilirdi. Bunları ona nənəsi, ibtidai sinif müəllimi Tahirə Ələkbərova öyrətmişdi. O, I sinfə 5 yaş 6 aylıqda getmişdi.
Aytən Malik qızı Xalıqova 4 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə I sinfə çox sevdiyi nənəsi Tahirə müəllimin işlədiyi 99 saylı orta məktəbə getmişdir. I sinfi müvəffəqiyyətlə bitirib 116 saylı orta məktəbin II sinfinə daxil olmuş və həmin məktəbi 1997-ci ildə əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə 16 yaşında Azərbaycan Tibb Universtetinin pediatriya fakultəsinə qəbul olunmuşdur. Universtetdə oxuduğu illərdə ixtisasa olan böyük həvəsi onu daha ciddi şəkildə çalışmağa sövq etmiş, mühazirələri diqqətlə düzəlmiş, seminarlarda fəallığı ilə seçilmişdir. Dərslərin gec qurtarmasına baxmayaraq dərsdən sonrakı və ümumiyyətlə boş vaxtlarını müxtəlif kafedraların nəzdindəki müvafiq laboratoriyalarda əyani vasitələri dərindən öyrənməklə, universtetin nəzdindəki kitabxanada axtarışlar aparmaqla məşğul olub. Tələbə Elmi Cəmiyyətinin üzvü olmuşdur. III kursda uşaq xəstəliklərinin propodevdikası kafedrasından “Südəmər uşaqların ana südü ilə qidalanmasının əhəmiyyəti” mövzusunda, V kursda “Bronxial astmalı xəstələrdə bənzər vəzinin funksiyasının bilgisayar proqramının vasitəsi ilə qiymətləndirilməsi barədə, ““Diab Care Q-net” bilgisayar proqramı vasitəsilə şəkərli diabeti olan uşaqların vəziyyətinin qiymətləndirilməsi barədə elmi işlər hazırlayıb. 2003-cu ildə fərqlənmə diplomu ilə bitirib. Anestezioloq-reanimatoloq ixtisasını seçmişdir. ATU-nu bitirdikdən sonra Kübra Fərəcova adına Pediatriya İnstitutunda həkim-interna kimi fəaliyyətinə başlamış və oranı da əla qiymətlə bitirmişdir. İxtisası üzrə idealı ATU-nun III uşaq xəstəlikləri kafedrasının assienti Çernik Bülənt Adilə xanımdır.
Aytən: “ - Qohum-əqrabada olan uşaqların xəstələnməsi məndə uşaq həkimi olmaq həvəsi yaratdı və mən də bu uşaqları sağaltmaq məqsədi ilə bu sənəti seçdim. Bu həvəsi məndə atam da yaratdı. Atam həkim olduğu üçün mənə uşaq vaxtı oyuncaq şprislərlə öz gəlinciklərimə iynə vururdum. Biologiya üzrə məktəb rayon və şəhər olimpiyadalarında iştirak etmişəm.
III kursdan başlayaraq TEC-in bütün konfranslarında iştirak edərək 6 sertfikat və 3 diploma layiq görülmüşəm.
Sevdiyim ixtisasa yiyələnməkdə valideynlərimə, xüsusilə atama borcluyam.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə qayğımı çəkən, dəstək olan valideynlərimə və kimya müəllimim Atlas Mustayavevaya, azərbaycan dili müəllimim Sədaqət Sultanovaya, bologiya müəllimim Rəhimə Əliyevaya minnətdaram. Ali məktəbə qəbul olmağım xəbərini valideynlərim qədər sevdiyim Hacağa dayım çatdırdı. Sevincimin həddi-hüdudu yox idi.
Asudə vaxtlarımda bədii kitabları orijinaldan oxumaq, detektiv filmlərə baxmaq, şəkil çəkmək, həzin musiqiyə qulaq asmaq, xalq təbabəti ilə müalicə üsullarını öyrənməklə məşğul oluram. Qeyri-adi salatlar hazırlamağı və şirniyyatlar bişirməyi, mənzilə dizayn verməyi xoşlayıram”.
Tibb elminin aciz olduğu sağalmayan bir xəstəliyin müəlicəsini kəşf etmək və bununla tarixin yaddaşına düşmək istərdim.

2 октября 2012 г.

Məmmədova Cəmilə Yavər qızı

Qəhrəmanəmızın adı kiçik bibisi Mənzər xanımın istəyi ilə qoyulub. Ərəb sözü olan Cəmilə gözəl, qəşəng deməkdir. Körpəlikdə sakit təbiətli, sözəqulaqasan, valideynlərini incitməyən bir uşaq olub. Oyuncaqlarla daha çox da konstruktorlarla oynayıb, uşaq bağçasına gedib.
Məktəbə gedənə qədər yazıb-oxumağı, saymağı bacarırdı. Əlifbanın bütün hərflərini tanıyırdı. Sadə söz və söz birləşmələrini yaza bilirdi. Onunla əsasən Mənzər bibisi məşğul olurdu. İlk hərfləri və şeirləri də bibisi öyrədib. Məktəbə tez getmək istəyirdi. Böyük qardaşının kitablarının səhifələrini tez-tez vərəqləyirdi. Hətta qardaşının “Əlifba bayramında ən yaxşı şeir söylədiyi üçün qardaşının sinif rəhbəri 5 yaşlı Cəmiləyə şəxsi imzası olan kitab hədiyyə etmişdi.
Uşaqlıqdan təşkilatçılıq işlərinə də həvəs göstərib. Məktəbdə ibtidai siniflərdə təhsil alarkən yay tətillərində özündən yaşca kiçik qonşu uşaqlarından ibarət kiçik sinif düzəltmişdi. Məktəbdə öyrəndiyi nağılları uşaqlara da öyrədirdi. Hətta onlara həvəsləndirici qiymətlər də verirdi. Çox məsuliyyətli, öz üzərində işləyən uşaq olub. Dərslərini, ev tapşırıqlarını hazırlayarkən kiminsə ona kömək etməyini istəmirdi. Ən çətin tapşırıqlarını da özü sərbəst düşünüb həll edərdi.
Cəmilə Yavər qızı Məmmədova 1982-ci il noyabrın 15-də Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1989-1999-cu illər ərzində Bakı şəhər Xətai rayonundakı 24saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə ATU-nin pediatriya fakultəsinə daxil olub. 2006-cı il universıteiti bitirib. 2006-2007-ci illərdə Elmi Tədqiqat Pediatriya İnsititunda internatura kursu keçib. Hazırda Mərkəzi Klinikada çalışır.
Cəmilə: “ - Məktəbdə oxuduğum illərdə dərs əlaçısı və 11 il sinif nümayəndəsi olmuşam. Daim şəklim şərəf lövhəsində olub. Bütün fənləri sevə-sevə oxumuşam. Xüsusən də kimya, biologiya, cəbr və Azərbaycan dili sevimli fənlərim olub. Dərsdən bir gün də geri qalmayıb, davamiyyəti pozmamışam. Hətta qarlı qış günlərində də dərsə birinci gedərdim.
Məktəbdə keçirilən tədbirlərdə, bayramlarda fəal iştirak etmişəm. Müxtəlif intellektual yarışlarda, sinif üzrə düzənlənən şənliklərdə müxtəlif səhnəciklərdə rollar ifa etmişəm. Breyn-rinq komandasının kapitanı olmuşam. N. Gəncəvinin yaradıcılıq gecəsində Leyli və Məcnun əsərində Leylinin anası rolunu ifa etmişəm. İntonasiya ilə şeir demək bacarığıma görə bütün mərasimlərdə şeir söyləmişəm. Dəfələrlə biologiya fənni üzrə məktəb, rayon, şəhər olimpiadalarında I və II yerləri tutmuşam.
Uşaqları çox sevdiyimdən məhz bu fakultəni birinci yazdım və həmin il pediatriya fakultəsinə 553 bal toplayaraq ən yüksək nəticə əldə edərək daxil oldum. Ali məktəbdə oxuduğum illərdə də dərslərimi müvəffəqiyyətlə davam etdirdim. Özümə qarşı tənqidi yanaşmağım imtahanlara daha ciddi hazırlaşmağıma səbəb olurdu. İmtahanlarda suallara cavab verdiyim zaman müəllimlərimin üzündə gördüyüm məmnunluq və razılıq hissi növbəti imtahanlara uğurla hazırlaşmağıma stimul verirdi. Tələbəlik illərində ən xoşladığım hobbi təqaüd alan kimi maraqlı tibbi kitablar almaq və kitab kolleksiyamı artırmaq idi. Biliyimi artırmaq üçün əlavə tibbi ədəbiyyatlardan, məqalələrdən də istifadə edirdim. Ümumiyyətlə Tibb Universtetinin həyatımda rolu çox önəmli oldu. Bu təhsil ocağı mənə elm və təhsildən başqa, insani keyfiyyətləri inkişaf etdirməklə cəmiyyətdə faydalı bir şəxsiyyət kimi yetişməkdə kömək etdi. İnternatura kursu dövründə pediatriya günlərinə həsr olunmuş konqresdə iştirak etdim. Təbabətin yenilikləri ilə tanış olmaq üçün tibbi kurslarda iştirak etdim.
Sevdiyim ixtisasa yiyələnməkdə mənə bu şəraiti yaratdıqları üçün valideynlərimə, 24 saylı orta məktəbin bütün müəllim kollektivinə minnətdaram. Xüsusən də dil və ədəbiyyat müəllimim Qənirə xanıma, kimya müəllimim Yasin müəllimimə borcluyam. Onların verdiyi təhsil hesabına qəbul imtahanlarında yüksək nəticələr əldə etdim. Sonunda onların etimadını doğrultduğum üçün xoşbəxtəm.
İxtisasım üzrə ən böyük arzum savadlı bir pediatr kimi körpələrin sağlamlığının keşiyində durmaqdır. Çünki körpələr bizim gələcəyimizdir.
Asudə vaxtlarımda musiqi dinləyir, mütaliə edir, internet vasitəsilə müxtəlif tibbi yeniliklərlə tanış olur və milli mətbəximizlə maraqlanıram”.

Zeynalova (Sərdarova) Nuranə Şıxəli qızı

 
Nuranə hələ kiçik yaşlarında şəkilli kitablarla maraqlanar, oyuncaq pianoda nə isə çalmağa çalışardı. Şəkillər çəkməyi xüsusilə xoşlayardı. 5 yaş yarımından o, musiqi məktəbinə gedib. O vaxt yazıb-poza bilməsə də anasının köməyi ilə notları öyrənirdi. Əvvəlcə balaca düyməcikləri lövhə üzərində not sətirlərində sürüşdürməklə notların adlarını öyrənirdi. Get-gedə anasının köməyilə hərifləri yazmağa və tələffüz etməyə səy edirdi. 6 yaşında sərbəst yazmağı və oxumağı bilirdi. O, təkcə Azərbaycan dilini öyrənməklə kifayətlənmirdi, rus və ingilis dillərini də öyrənməyə meyl edirdi.
Nuranə dəqiq musiqi eşitmə qabiliyyətinə malikdir. Birinci sinifdə oxuyanda solfecio müəllimi Füruzə xanım dərs zamanı hər hansı melodiyanı pianoda ifa edərkən Nuranə pinonun dillərini görmədən notları çox dəqiqliklə demişdi. Sonra müəllim bir neçə səsi akkord şəklində çalmış və Nuranə notları görmədən adlarını dəqiq demişdir. Hətta oberton nədir bilmədən səsin obertonlarını da eşitdiyini müəllimə bildirmişdi. Onun çox güclü musiqi yaddaşı da var. Hər hansı musiqini eşitdikdə onu ilk dəfədən yaddında saxlayır və harada eşitdiyini bilir. Onun səs yaddaşı da güclüdür. Bir adamın səsini eşidibsə, onu hətta telofonda belə tanıyır.
Nuranə Şıxəli qızı Zeynalova (Sərdarova) 1982-ci ildə Bakı şəhərində anadan olub. 250 saylı orta məktəbə gedib. 33 saylı Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə daxil olub. II sinifdə oxuyarkən Azər Dadaşovun sinfində bəstəkarlıqla məşğul olmağa balayıb. 1995-ci ildə 7 illik musiqi məktəbini əla qiymətlərlə bitirərək Bakı Musiqi Akademyası nəzdində orta ixtisas musiqi məktəb-studiyasının fortepiano sinfinə daxil olub. Eyni zamanda professor Gülnaz Abdullazadənin sinfində bəstəkarlıq təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi və məktəb-studiyanı əla qiymətlərlə bitirərək yüksək balla Bakı Musiqi Akademiyasının fortepiano sinfinə daxil olub. Fakultətiv olaraq Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıqla məşğul olub. 2003-cü ildə bakalavrı fərqlənmə diplomu ilə bitirərək magistratura pilləsinə qəbul olub. 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək Bakı Musiqi Akademyasının assistent-stajorluğuna daxil olmuş, 2007-ci ildə yüksək dərəcəli fortepiano ifaçısı, orkestr solisti ixtisası üzrə ali məktəbi bitirib.
İş təcrübəsini ilk dəfə olaraq 8 saylı Uşaq Musiqi Məktəbində keçirib. 2003-cü ildən konsertmeyster və ümumi fortepiano ixtisası üzrə müəllim işləyib. 2008-ci ildən Bakı Musiqi Akademyasının fortepiano sinfində assitent kimi işləyir.
Nuranənin özünü dinləyək: “ - Məndə musiqiyə marağı anam oyadıb. Hələ 5 yaşımda məni 250 saylı məktəbdə təşkil olunmuş həvəskar musiqi dəslərinə aparmışdı. O, mənə hər zaman dəstək olmuş, bütün işlərimdə hərtərəfli kömək etmişdir.
İxtisasımla bağlı maraq məktəb-studiyaya daxil olanda yaranmağa başlayıb. Məktəb-studiya eksperimental məktəb olduğundan hər zaman yeniliklərlə qarşılaşırdım. Başqa məktəblərdən fərqli olaraq burada kollokviumlar keçirilirdi. Bu kollokviumlarda bizə təkcə musiqiyə aid suallar verilmirdi, şagirdlərin ümumi dünyagörüşü, bilik səviyyəsi yoxlanılırdı. Bundan başqa məktəb studiya konservatoriya tələbələrin əsas təcrübə bazası olduğu üçün konservatoriya ilə sıx əlaqəsi olan bir tədris ocağı idi. Burda həmçinin konservatoriyanın müəllimləri, professorları çalışırlar. Musiqiyə marağımın artmasında bu məktəbin yaradıcısı professor Tərlan Seyidovun böyük rolu olub. Tərlan müəllim ixtisasca pianoçu olduğundan məktəbdə fortepiano ifaçılığına böyük yer ayırırdı. Tərlan müəllim məni hər zaman nəzarətdə saxlayır, tez-tez məsləhət dərslərinə çağırırdı. Hətta repertuar seçimində mənə məsləhətlər verirdi. Bəstəkarlıq dərsləri almağıma da o şərait yaratmışdı. Qeyd etməliyəm ki, ali məktəbi onun sinfində bitirmişəm və iş təcrübəmi də onun sayəsində qazanmışam. Hazırda da onun rəhbərliyi altında Bakı Musiqi Akademiyasında çalışıram.
Bundan başqa pianoçuluq sənətinə marağımın artmasına gözəl pianoçumuz, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin də çox böyük təsiri olub. Mən hələ uşaq vaxtımdan televiziyadan, konsert salonlarından onun çıxışlarına diqqətlə qulaq asmışam. BMA-ya daxil olarkən qəbul imtahanında Fərhad müəllim özü şəxsən oturmuşdu. Səhnəyə çıxanda çox həyacanlı idim və onu görmürdüm. Bethovenin “Patetik” sonatasını ifa edib qurtardıqda birdən o, “əhsən” deyə məni səsləyərək, digər əsəri çalmağıma ehtiyac olmadığını əlinin hərəkəti ilə bildirdi. Bu mənim üçün ən sevincli an idi. BMA-da oxuduğum müddətdə hər dəfə ixtisas imtahanlarında onun qarşısında çıxış edəndə əsərləri daha yaxşı, daha keyfiyyətli çalmağa bütün gücümü sərf edirdim.
Tələbəlik illərində Xəyyam Mirzəzadənin də mənim ifaçılığıma böyük təsiri olub. Onun verdiyi məsləhətlər nəinki bəstəkarlıq, həm də ifaçıliq fəaliyyətimə də təsir göstərirdi. O, həmişə deyirdi ki, sən gələcəkdə fortepiano müəllimi olsan, digər müəllimlərdən fərqlənərsən. Cünki bəstəkarlıqla məşğul olmağın sənə işinə daha yaradıcı yanaşmağına təsir göstərəcəkdir. Döğrudan da sonralar şagirdlərimlə işləyərkən bunun şahidi oldum.
Orta məktəbdə əla qiymətlərlə oxumuşam. İngilis dili və tarixdən rayon fənn olimpiadalarında iştirak etmişəm. 1999-cu tarix fənnindən rayon olimpiadasında III yer tutduğuma görə diplomla təltif olunmuşam. 1999-cu ildə məktəblərarası bilik yarışmasında sinif komandamız qalib gəldiyinə görə məktəbə təşəkkür elan edilmiş və hədiyyə verilmişdir. VI sinifdə ingilis dili gecəsində “Tıq-tıq xanım” nağılını hazırlamışdıq. Burada aparıcı kimi ingilis dilində çıxış etmişəm. 1996-cı ildə dekabırında fizika gecəsində hazırlanmış səhnəciyi fortepianoda müşaiyət etmişəm. Hətta şer parçalarına musiqini də özüm bəstələmişdim. 1998-99-cu illərdə sinfimizin ŞHK komandasında da musiqi tərtibatı mənə məxsus idi. Yenə də şeir parçalarına musiqi bəstələmişdim.
Musiqi məktəbində oxuduğum müddətdə həm ifaçı, həm də bəstəkar kimi bir çox müsabiqələrdə çıxış etmişəm. Fortepiano ifaçısı kimi 1991-ci il mayın 11-də filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestri ilə çıxış etmişəm. Dirijor Faiq Mustafayevin rəhbərlik etdiyi orkestrlə İ. Foqlerin fortepiano və orkestr üçün konsertini ifa etmişdim. 1991-ci ildə “Bahar-91” müsabiqəsində fəal iştirak etdiyimə görə II dərəcəli diplomla təltif edilmişəm. 1992-ci il mayın 10-da bəstələdiyim “Uşaq süitası” ilə filarmoniyada çıxış etmişəm. Yüksək ifaçılq məharəti göstərərək “Qönçə-92” müsabiqəsində I yer tutmuşam. 1993-cü ildə iyunun 1-də uşaqlar gününə həsr olunmuş konsertdə öz əsərlərimlə çıxış etmişəm. Həmin il “Sübh şəfəqləri” telemüsabiqəsində qalib gələrək xüsusi ifaçılıq istedadına görə təşəkkürnamə ilə təltif olunmuşam. “Qönçə-94” uşaq musiqi festifalında müvəffəqiyyətli çıxışa görə fəxri fərmanla təltif olunmuşam. Bəstələdiyim “Arzular” fortepiano kompozisiyası əsərində göstərdiyim ən yüksək yaradıcılıq nailiyyətinə görə Müsavat Partiyası məni qiymətli hədiyyə ilə mükafatlandırmışdı. Hədiyyəni bəstəkar Cavanşir Quliyev təqdim etmişdi. 1996-cı ildə “Yaşıl yarpaq” məktəblilərin respublika radio yarışında bəstələdiyim əsərlərlə qalib gələrək II dərəcəli diplomla təltif olunmuşam.
Ali məktəbdə də əla qiymətlərlə oxumuşam. Bəstəkarların imtahanlarında iştirak edərək “əla” qiymətlər almışam. Hər semestr bəstəkarların konsertlərində öz əsərlərimi təqdim etmişəm. Müxtəlif mövzularda konfranslarda çıxış etmişəm. 1999-cu ildə “Şopen - pianoçu kimi”, 2000-ci ildə “Mehriban Əhmədovanın yaradacılığında uşaq mövzusu”, 2001-ci ildə “Vasif Adıgözəlovun yaradıcılığında millilik və müasirliyin vəhdəti” mövzularında çıxışlarım olub.
2000-ci il martın 1-də BMA-nin böyük zalında Tərlan Seyidovun təşkil etdiyi sinif konsertində, 2002-ci il fevralın 19-da Kapellhausda T. Seyidovun təşkil etdiyi sinif konsertində, 2003-cü il mayın 2-də BMA-nın böyük zalında solo konsertlə, 2004-cü il martın 12-də məktəb studiyanın məzunu Mələk Qocayevanın solo konsertində II royalın ifaçısı kimi, 2006-cı il aprelin 15-də məktəb-studiyanın 25 illiyinə həsr olunmuş festivalın aşılışında çıxış etmişəm.
2006-cı il aprelin 22-də Ş. Məmmədov adına Opera Studiyasında keçirilmiş A. Yusifovanın “Sehirli sandıq” adlı musiqili və əyləncəli uşaq tamaşasında fortepano partiyasını ifa etmişəm.
2007-ci il aprelin 11-də BMA-nın böyük zalında solo konsertlə çıxış etmişəm, 21-30 aprel tarixlərində keçirilən K. Səfərliyeva adına Gənc Pianoçuların Respubliqa Müsabiqəsinin iştirakcısı olmuşam.
2008-ci ildə “Musiqi dünyası” jurnalında “İstedadlı musiqiçilər axtarışında” adlı məqalə çapdan çıxmışdır. 2009-cu ilin oktyabrında “T. Seyidovun pedaqoji baxışları” adlı məqalə yazmışam.
2010-cu ilin oktyabrında “Bethovenin 3 nömrəli sonatasının metodik-ifaçılıq təhlili” adlı metodiki iş təhvil vermişəm. Hazırda “Azərbaycan fortepiano ifaçılığında elmi axtarışların praktiki mahiyyəti” mövzusunda elmi iş üzərində çalışıram. Rəhbərim BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadədir.
Ali məktəbə daxil olan ili TQDK-dan bizə zəng olundu. VII qrup üzrə ən yüksək bal topladığım üçün məni prezidentlə görüşə çağırırdılar. Döğrudan da bu mənim üçün ən sevincli anlardan biri idi. Görüş Milli Məclisin binasında keçirilmişdi, ön cərgədə dayanmışdım.
Asudə vaxtlarımda kitab oxumağı, musiqi dinləməyi çox sevirəm. Vaxtım olanda gəzintiyə çıxıram, xüsusilə təbiət qoynunda olmağı xoşlayıram.
Az.TV kanalında “İstedad sorağında”, “Pöhrələr” verilişində, ANS-də “Komerton” verilişində çıxış etmişəm. İTV kanalında bəstəkar Aqşin Əlizadəyə həsr olunmuş verilişdə onun əsərlərini ifa etmişəm.
İştirak etdiyim “Yaşıl yarpaq” və “Sübh şəfəqləri” telemüsabiqələri, bəstələdiyim “Skripka, violançel və fortepiano üçün trio” əsərim Az.TV kanalı ilə yayınlanmışdır”.

Əfəndiyev Ülvi Nadir oğlu


 

Ülvi körpəlikdə sakit, özünə qapanan və daim nə haqdasa düşünən olub. Evə gələn qonaqlardan, valideynlərindən sorğu- sual vasitəsi ilə öyrənib, daim öz üzərində çalışırdı.
Valideyinləri onu A. Mirzəzadənin təşəbbüsü ilə yaratdığı liseyə aparmağı qərara alırlar. Liseyin girəcəyində onu direktor Rüfət müəllim qarşıladı. Söhbət əsnasında onlara bildirdi ki, liseyə qəbul VIII sinifdəndir. Elə bu an gözlənilmədən Azad müəllim içəriyə daxil oldu. Rüfət müəllim Ülvini ona təqdim etdi və dedi: “Bu uşaq bura qəbul olmağa gəlib, ancaq onları başa saldım ki, bura qəbul VIII sinifdəndir”. Azad müəllim Ülvini ətraflı sorğu- sual etdi. Ülvi bütün suallara cavab verdikdə Azad müəllim Rüfət müəllimə dedi: “Bu cür uşağı həmişə məktəblərdən axtarıblar. Lakin bu uşaq özü öz ayağı ilə gəlib bizə çıxıb. Məhz bu uşağa görə hazırlıq kursu açmalıyıq”.
Bir ildən sonra qəbul yaşı dəyişildiyinə görə VII sinifdən oranın şagirdi oldu. VII sinfin I rübündə Azad Mirzəcanzadə tənəffüs zamanı onların sinfinə girib yuxarı sinif poqramına aid olan (loqarifm) mövzunu izah etdi. Bundan sonra izah etdiyi mövzuya aid uşaqlara suallar verdi. Bütün suallara Ülvi cavab vermişdi. Azad müəllim məktəbin müəllimlərinə onu təqdim edib demişdir ki, Ülvidən muğayat olun. O, Azərbaycanın gələcəyidir.
Ülvi Nadir oğlu Əfəndiyev 1982-ci il sentyabrın 2-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Nərimanov rayon 39 saylı məktəbin I sinfinə gedib. 1994-cü ilSəbail rayonundakı liseyə daxil olub. Bir il sonra VIII sinfin III rübündə Nərimanov rayonundakı 291 saylı ekoloji liseyə keçib1999-cu ildə həmin liseyi bitirərək 633 balla Azərbaycan Tibb Univeritetinə daxil olmuşdur. Yüksək bal topladığına görə ölkə prezidenti ilə görüşə dəvət alan tələbələr sırasında yer alıb.
Orta məktəbdə əlaçı olub. Ən çox sevdiyi fənlər biologiya və kimya olub. Həmin illərdə o, dəfələrlə olimpiadalarda iştirak edib. Məhz buna görədə XI sinfə keçəndə Çingiz Mustafayev adına beynəlxalq düşərgədə dincəlmək üçün göndəriş qazanmışdı.
Məktəbdə oxuduğu vaxtlarda şahmat oyununun dərinliklərini öyrənib və nəticədə XI sinifdə məktəblərarası şahmat yarışında iştirak edib. Komanda tərkibndə məktəbinə II yeri qazandırıb. Onun babası, nənəsi və xalası həkim olduğuna görə uşaqlıqdan bu sənətə maraq oyanıb.
Ali məktəbi əla və yaxşı qiymətlərlə oxuyub. Tibb elmi ilə bağlı bütün fənləri sevib. Həyatında ən maraqlı gün tibb universitetinə yüksək nəticə ilə daxil olduğu gündür.
O, professor Ağabəy Sultanovu ideal hesab edib. Qəbul imtahanında göstərdiyi nəticələrə görə oxuduğu liseyin müəllimlərinə minnətdardır. Xoşbəxtliyi öz sahəsi üzrə elmi dərəcə almaqda görür.

VƏTƏNPƏRVƏRDİR (Elnur Zülfüqar oğlu Bayramov)


Onun adını baba və nənəsinin istəyi ilə qoyublar.
El-el nur-işıq mənasını verir. Yəni el içində yanan işıq.
Elnur adını həqiqətən də doğrultdu. Hələ uşaq vaxtlarından yaşıdlarından fərqlənirdi. Yazıb oxumağı öyrəndi. Məktəbə getdikdən sonra öz istedadı ilə digər məktəbli uşaqlardan fərqləndi. O, adına babasına, nənəsinə, anasına, obasına, vətəninə layiqli bir övlad olacaq.
Elnur uşaqlıqdan sakit, qaraqabaq olub. Həyətdə tək oynayardı. Məhəllədə çox uşaqlara qoşulmazdı. Məktəbə getdikdən sonra özündən böyük olan əmisi oğlanları Zaurun və Təbrizin yanına gedərdi, onlar da Elnura özləri ilə birlikdə yazıb-oxumağı öyrədərdilər.
Maraqlı və xoşladığı məşğuliyyəti xarab olan alətləri düzəltməkdi.
Elnur məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Elnurun məktəbə getməyi üçün yaşı çatmırdı. Elnur isə uşaq olmasına baxmayaraq məktəbə getməyi çox istəyirdi. Atası onun arzusunu yerinə yetirmək üçün Naxçıvan MR Təhsil Nazirliyinə müraciət etdi. Nazirlikdən Elnurun məktəbə getməsinə icazə verildi.
Elnur məktəbə gedənə qədər yazıb-oxumağı bacarsa da, məktəbə getdikdən sonra təhsilə marağı günü-gündən artdı. Təbii ki, bu Zeynəddin kənd orta məktəbinin müəllim heyətinin nailiyyəti idi.
Məktəb rəhbərliyi Elnurun istedadlı uşaq olduğunu görüb onu kiçik yaşlarından olimpiadalara göndərirdilər. O, “Araz” kursunun keçirdiyi və məktəblərarası bilik yarışmalarında iştirak edirdi. İştirak etdiyi bilik yarışmalarında müvəffəqiyyətlər qazanırdı. Bu da məktəb rəhbərliyinin nəzərindən qaçmırdı. Elnur öz növbəsində müəllimlərin etimadını doğruldurdu. Elnurun təhsilə marağının oyanmasıda və oxumağı müvəffəqiyyətlə davam etdirməsinə əmioğlanlarının və əmiqızlarının müxtəlif universitetlərdə təhsil almaları başlıca səbəbdir.
Elnur Zülfüqar oğlu Bayramov 26 sentyabr 1993-cü idə Babək rayonunun Zeynəddin kəndində anadan olub.
1999-cu ildə Babək rayonunun Zeynəddin kənd orta məktəbinin I sinfinə gedib. Elnur, bu səviyyəyə gəlib çatmasında və yetişməsində əziyyət çəkən Zeynəddin kənd orta məktəbinin direktoru Rafiq İsmayılova və məktəbin bütün müəllimlərinə dərin minnətdarlığını bildirir.
Dərslərini çox yaxşı oxuyur. Ən çox sevdiyi fənnlər tarix, riyaziyyat, ədəbiyyat idi.
Məktəbdə ictimai tədbirlərdə iştitak edib. Olimpiadalarda Babək rayon və Naxçıvan MR birincisi, həmçinin respublika turunun qalibi olub. Həyatında ən maraqlı və uğurlu gün 2009-cu il noyabrın 18-olub. Həmin gün o, təhsil sahəsində uğurlarına görə bilgisayarla mükafatlandırılıb.
Valideynləri onunla həmfikirdirlər. Onun hüquqşünas olmağını istəyirlər.
Gələcəkdə bir çox planları var. Bunlardan ən başlıcası Azərbaycanın dilbər güşələrindən olan Qarabağın tarixini və Qarabağ həqiqətlərini bütün dünyaya yaymaqdır. Bir sözlə, xalqına layiq vətənpərvər bir övlad olmalıdır. 

1 октября 2012 г.

İSTEDADLI RÖVŞƏN (Rövşən Dadaşbala oğlu Cəfərov)

Rövşən Dadaşbala oğlu Cəfərov 1989-ci il 16 sentyabrda dünyaya göz açmışdır. Rövşən hələ balaca olanda saymağı bacarır, hərfləri tanıyırdı. O, Ceyranbatan qəsəbə orta məktəbində təhsil alıb. Əlaçı olub və şəkli şərəf lövhəsini bəzəyib. Ən çox sevdiyi fənlər coğrafiya, insan və cəmiyyət, hərbi hazırlıq olub. Coğrafiya fənninə marağının artmasında Nurəddin müəllimin xüsusi rolu olmuşdur. Son zəngini həyatının ən yadda qalan günü hesab edir. Kiçik yaşlarında asudə vaxtlarında rəsm çəkməyi, idmanla məşğul olmağı çox sevərdi. Hələ V sinifdə oxuyarkən çəkdiyi rəsmlər, seçdiyi mövzular müəllimlərin diqqətini cəlb etmişdi. O, divar qəzetinin rəssamı idi. Müxtəlif mövzularda rəsmlər çəkərdi.
Rövşən 2001-2005-ci illərdə Ceyranbatan qəsəbəsindəki Uşaq İncəsənət məktəbini “əla” qiymətlərlə bitirir və ona təsviri incəsənət ixtisası üzrə Mədəniyyət Nazirliyinin şəhadətnaməsi verilir.
2003-cü ildə ”Uşaqların gözü ilə” uşaq incəsənət sərgisinə dəvət alan Rövşənə Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə fondunun prezidenti Mehriban Əliyeva tərəfindən hədiyyələr verilmişdir. O, 16 may 2003-cü ildə Abşeron rayonunun ümumtəhsil məktəbləri arasında keçirilən rəsm müsabiqəsində iştirakına görə Gənclər, İdman və Turizm İdarəsinin diplomuna layiq görülmüşdür. Bu ilk uğuru onun hədsiz sevincinə səbəb olmuşdu.
22 aprel 2004-cü ildə Ümumdünya Yer gününə həsr edilmiş məktəblilərin ekoloji müsabiqəsində fəal iştirakına görə ona sertfikat verilmişdir.
IX sinifdə oxuyarkən Xocalı faicəsinə həsr olunmuş “Erməni terroru” mövzusunda keçirilən respublika rəsm müsabiqəsində I yer tutduğuna görə Abşeron rayon Təhsil Şöbəsi tərəfindən tərifnaməyə layiq görülmüşdür. Rövşən Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə yaradıcılığına maraq göstərir. Qazandığı uğurlara görə valideynlərinə və müəllimlərinə borcludur. Valideynləri Rövşəni xalqına layiqli bir vətəndaş kimi görmək istəyirlər.
Rövşən ali məktəbə sənədlərini vermədi, çünki o, ilk növbədə əsgərlik borcunu yerinə yetirmək istədi. O, əsgərlikdə də nümunəvi əsgər kimi tanınırdı.
Rövşən bəzən şeir yazmağa da meyl göstərir. İlk qələm nümunələri və ötəri həvəsin bəhrəsi olan, “Ürəyimin səsi” adı altında toplanmış şeirləri onun düşüncələrini, maraq dünyasını əks etdirir. Məsələn: “Göz həyat yaradır, həyat isə möcüzə” adlı şeirində aşağıdakı beyt diqqəti cəlb edir:
Söz yaxşını pisdən seçir,
Göz yaşı üzdən keçir.
Və ya “Anamın əziyyəti” adlı şeirində deyilir:
Analardır mərd igidi bəsləyən,
Atalardır namərdliyi pisləyən,
Əməllərdir insanları yaşadan,
Gəncliyi də xoş sabaha səsləyən.
Rövşən xoşbəxtliyi xalqına, vətəninə layiqincə xidmət etməkdə görür. Sənə uğurlar arzulayırıq Rövşən! Vətənin sənin kimi oğullara ehtiyacı var!

TƏVAZÖKAR İNSANPƏRVƏR (Əbdürrəhman Pərviz oğlu Heydərli)

Bu adı ona böyük bibisi, Bakı şəhər Nəsimi rayonundakı 54 saylı orta məktəbin sinif müəllimi Sədəfxanım Əhmədova vermişdir. O, ümid edir ki, qardaşı oğlu babası Əbdürrəhman kişinin yolunu davam etdirəcək.
Böyük vətən müharibəsində iştirak edən baba Əbdürrəhman Heydərov kiçik yaşlarından əməyi sevmişdir. Müxtəlif vəzifələrdə çalışaraq hörmət qazanmışdır. Moskva Ümumittifaq Qida Sənayesi İnistutunu bitirmişdir. Uzun müddət doğma Çiyni kəndində kolxoz idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Yazıçı jurnalist Canəli Mirzəyevin nəşr etdirdiyi “Gözəl Ağsu” kitabında “Yaxşı insan” başlığı ilə Ə. Heydərov haqqında məqalə dərc edilmişdir. O, 1977-ci ildə 56 yaşında vaxtsız vəfat etmişdir.
Babasının adını daşıyan Əbdürrəhman körpəlikdən ağıllı, sakit olduğuna görə yaxın adamları ona “şirinbala” deyirdilər. Riyaziyyata marağı ilə bərabər mütaliəni də çox sevir. Futbola marağı daha çoxdur.
Məktəbə gedənə qədər vurma cədvəlini əzbər bilirdi. Anası ona yazmağı və oxumağı da öyrətmişdi. Çiyni kənd kitabxanasında işləyən anası ilə birlikdə tez-tez ora gedər, maraqlı kitablar oxuyardı.
1 yaşı olanda ailənin yaxın dostu, beynəlxalq icmalçı Yasin Qaraməmmədli Əbdürrəhman haqqında radio verlişi hazırlamışdı.
Əbdürrəhman 3-4 yaşlarından riyaziyyata həvəs göstərmişdir. I sinifdə oxuyarkən II-III sinfin məsələ və misalını həll edirdi.
Əbdürrəhman Pərviz oğlu Heydərli 1993-cü il iyunun 1-də Ağsu rayonunun Çiyni kəndində ziyalı ailəsində anadan olmuşdur. 1999-cu ildə Çiyni kənd orta məktəbinin I sinfinə daxil olmuşdur. VII sinifdən təhsilini Bakıdakı Fizika-Riyaziyyat Təmayüllü Respublika liseyində davam etdirmişdir. 2010 ildə orta təhsilini başa vurub 500 balla Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olunub.
Əbdürrəhman dedi: “ - Dərslərin hamsını yaxşı oxumağa çalışmışam. Ən sevimli fənnim riyaziyyat və coğrafiya idi. Bilgisayarda işləməyi sevirəm. M. Arazın, R. Rzanın, Nəsiminin, Sabirin şeirlərini, Ələsgər Ələkbərovun, Adil İsgəndərovun, Rasim Balayevin, Səməndər Rzayevin oynadığı filmləri çox xoşlayıram.
Məktəbdə keçirilən Novruz bayramı, 20 Yanvar, Xocalı faciəsi və. s tədbirlərdə aparıcı olmuşam. 2008-ci ildə respublika olimpiadasının qalibləri sırasında mənim də adım var idi”.
Əbdürrəhman vətəninə, xalqına xidmət etmək istəyir. Beynəlxalq əlaqələr sahəsində çalışmaq, Qarabağ düyününün açılmasında yaxından iştirak etmək istəyir.
Asudə vaxtlarda müxtəlif oyunlar oynamağı və gəzməyi sevir.
Hansı ölkədə çalışsa, dünyanın harasında olsa da həmişə vətənin azadlığı və inkişafını düşünüb hərəkət edəcək.
Riyaziyyat müəllimi Qabil Zeynalov: “ - O, çox sevimli şagirddir. Dərslərini yaxşı oxumaqla bərabər, namaz qılır. İslam dininə aid olan kitablar oxuyur. Yaxşı oxuyan şagirdlərin bəziləri eqoist olur, özlərini başqalarından üstün tuturlar. Əbdürrəhman isə təvazökar, insanpərvər bir şagirddir.
Əsl və həqiqi insan odur ki, başqaları onun əlindən, dilindən və əməlindən ziyan görməsin. Eynəlqüzzatın bu sözlərini Əbdürrəhmana da aid etmək olar”.