elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 октября 2012 г.

Zeynalova (Sərdarova) Nuranə Şıxəli qızı

 
Nuranə hələ kiçik yaşlarında şəkilli kitablarla maraqlanar, oyuncaq pianoda nə isə çalmağa çalışardı. Şəkillər çəkməyi xüsusilə xoşlayardı. 5 yaş yarımından o, musiqi məktəbinə gedib. O vaxt yazıb-poza bilməsə də anasının köməyi ilə notları öyrənirdi. Əvvəlcə balaca düyməcikləri lövhə üzərində not sətirlərində sürüşdürməklə notların adlarını öyrənirdi. Get-gedə anasının köməyilə hərifləri yazmağa və tələffüz etməyə səy edirdi. 6 yaşında sərbəst yazmağı və oxumağı bilirdi. O, təkcə Azərbaycan dilini öyrənməklə kifayətlənmirdi, rus və ingilis dillərini də öyrənməyə meyl edirdi.
Nuranə dəqiq musiqi eşitmə qabiliyyətinə malikdir. Birinci sinifdə oxuyanda solfecio müəllimi Füruzə xanım dərs zamanı hər hansı melodiyanı pianoda ifa edərkən Nuranə pinonun dillərini görmədən notları çox dəqiqliklə demişdi. Sonra müəllim bir neçə səsi akkord şəklində çalmış və Nuranə notları görmədən adlarını dəqiq demişdir. Hətta oberton nədir bilmədən səsin obertonlarını da eşitdiyini müəllimə bildirmişdi. Onun çox güclü musiqi yaddaşı da var. Hər hansı musiqini eşitdikdə onu ilk dəfədən yaddında saxlayır və harada eşitdiyini bilir. Onun səs yaddaşı da güclüdür. Bir adamın səsini eşidibsə, onu hətta telofonda belə tanıyır.
Nuranə Şıxəli qızı Zeynalova (Sərdarova) 1982-ci ildə Bakı şəhərində anadan olub. 250 saylı orta məktəbə gedib. 33 saylı Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə daxil olub. II sinifdə oxuyarkən Azər Dadaşovun sinfində bəstəkarlıqla məşğul olmağa balayıb. 1995-ci ildə 7 illik musiqi məktəbini əla qiymətlərlə bitirərək Bakı Musiqi Akademyası nəzdində orta ixtisas musiqi məktəb-studiyasının fortepiano sinfinə daxil olub. Eyni zamanda professor Gülnaz Abdullazadənin sinfində bəstəkarlıq təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi və məktəb-studiyanı əla qiymətlərlə bitirərək yüksək balla Bakı Musiqi Akademiyasının fortepiano sinfinə daxil olub. Fakultətiv olaraq Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıqla məşğul olub. 2003-cü ildə bakalavrı fərqlənmə diplomu ilə bitirərək magistratura pilləsinə qəbul olub. 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək Bakı Musiqi Akademyasının assistent-stajorluğuna daxil olmuş, 2007-ci ildə yüksək dərəcəli fortepiano ifaçısı, orkestr solisti ixtisası üzrə ali məktəbi bitirib.
İş təcrübəsini ilk dəfə olaraq 8 saylı Uşaq Musiqi Məktəbində keçirib. 2003-cü ildən konsertmeyster və ümumi fortepiano ixtisası üzrə müəllim işləyib. 2008-ci ildən Bakı Musiqi Akademyasının fortepiano sinfində assitent kimi işləyir.
Nuranənin özünü dinləyək: “ - Məndə musiqiyə marağı anam oyadıb. Hələ 5 yaşımda məni 250 saylı məktəbdə təşkil olunmuş həvəskar musiqi dəslərinə aparmışdı. O, mənə hər zaman dəstək olmuş, bütün işlərimdə hərtərəfli kömək etmişdir.
İxtisasımla bağlı maraq məktəb-studiyaya daxil olanda yaranmağa başlayıb. Məktəb-studiya eksperimental məktəb olduğundan hər zaman yeniliklərlə qarşılaşırdım. Başqa məktəblərdən fərqli olaraq burada kollokviumlar keçirilirdi. Bu kollokviumlarda bizə təkcə musiqiyə aid suallar verilmirdi, şagirdlərin ümumi dünyagörüşü, bilik səviyyəsi yoxlanılırdı. Bundan başqa məktəb studiya konservatoriya tələbələrin əsas təcrübə bazası olduğu üçün konservatoriya ilə sıx əlaqəsi olan bir tədris ocağı idi. Burda həmçinin konservatoriyanın müəllimləri, professorları çalışırlar. Musiqiyə marağımın artmasında bu məktəbin yaradıcısı professor Tərlan Seyidovun böyük rolu olub. Tərlan müəllim ixtisasca pianoçu olduğundan məktəbdə fortepiano ifaçılığına böyük yer ayırırdı. Tərlan müəllim məni hər zaman nəzarətdə saxlayır, tez-tez məsləhət dərslərinə çağırırdı. Hətta repertuar seçimində mənə məsləhətlər verirdi. Bəstəkarlıq dərsləri almağıma da o şərait yaratmışdı. Qeyd etməliyəm ki, ali məktəbi onun sinfində bitirmişəm və iş təcrübəmi də onun sayəsində qazanmışam. Hazırda da onun rəhbərliyi altında Bakı Musiqi Akademiyasında çalışıram.
Bundan başqa pianoçuluq sənətinə marağımın artmasına gözəl pianoçumuz, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin də çox böyük təsiri olub. Mən hələ uşaq vaxtımdan televiziyadan, konsert salonlarından onun çıxışlarına diqqətlə qulaq asmışam. BMA-ya daxil olarkən qəbul imtahanında Fərhad müəllim özü şəxsən oturmuşdu. Səhnəyə çıxanda çox həyacanlı idim və onu görmürdüm. Bethovenin “Patetik” sonatasını ifa edib qurtardıqda birdən o, “əhsən” deyə məni səsləyərək, digər əsəri çalmağıma ehtiyac olmadığını əlinin hərəkəti ilə bildirdi. Bu mənim üçün ən sevincli an idi. BMA-da oxuduğum müddətdə hər dəfə ixtisas imtahanlarında onun qarşısında çıxış edəndə əsərləri daha yaxşı, daha keyfiyyətli çalmağa bütün gücümü sərf edirdim.
Tələbəlik illərində Xəyyam Mirzəzadənin də mənim ifaçılığıma böyük təsiri olub. Onun verdiyi məsləhətlər nəinki bəstəkarlıq, həm də ifaçıliq fəaliyyətimə də təsir göstərirdi. O, həmişə deyirdi ki, sən gələcəkdə fortepiano müəllimi olsan, digər müəllimlərdən fərqlənərsən. Cünki bəstəkarlıqla məşğul olmağın sənə işinə daha yaradıcı yanaşmağına təsir göstərəcəkdir. Döğrudan da sonralar şagirdlərimlə işləyərkən bunun şahidi oldum.
Orta məktəbdə əla qiymətlərlə oxumuşam. İngilis dili və tarixdən rayon fənn olimpiadalarında iştirak etmişəm. 1999-cu tarix fənnindən rayon olimpiadasında III yer tutduğuma görə diplomla təltif olunmuşam. 1999-cu ildə məktəblərarası bilik yarışmasında sinif komandamız qalib gəldiyinə görə məktəbə təşəkkür elan edilmiş və hədiyyə verilmişdir. VI sinifdə ingilis dili gecəsində “Tıq-tıq xanım” nağılını hazırlamışdıq. Burada aparıcı kimi ingilis dilində çıxış etmişəm. 1996-cı ildə dekabırında fizika gecəsində hazırlanmış səhnəciyi fortepianoda müşaiyət etmişəm. Hətta şer parçalarına musiqini də özüm bəstələmişdim. 1998-99-cu illərdə sinfimizin ŞHK komandasında da musiqi tərtibatı mənə məxsus idi. Yenə də şeir parçalarına musiqi bəstələmişdim.
Musiqi məktəbində oxuduğum müddətdə həm ifaçı, həm də bəstəkar kimi bir çox müsabiqələrdə çıxış etmişəm. Fortepiano ifaçısı kimi 1991-ci il mayın 11-də filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestri ilə çıxış etmişəm. Dirijor Faiq Mustafayevin rəhbərlik etdiyi orkestrlə İ. Foqlerin fortepiano və orkestr üçün konsertini ifa etmişdim. 1991-ci ildə “Bahar-91” müsabiqəsində fəal iştirak etdiyimə görə II dərəcəli diplomla təltif edilmişəm. 1992-ci il mayın 10-da bəstələdiyim “Uşaq süitası” ilə filarmoniyada çıxış etmişəm. Yüksək ifaçılq məharəti göstərərək “Qönçə-92” müsabiqəsində I yer tutmuşam. 1993-cü ildə iyunun 1-də uşaqlar gününə həsr olunmuş konsertdə öz əsərlərimlə çıxış etmişəm. Həmin il “Sübh şəfəqləri” telemüsabiqəsində qalib gələrək xüsusi ifaçılıq istedadına görə təşəkkürnamə ilə təltif olunmuşam. “Qönçə-94” uşaq musiqi festifalında müvəffəqiyyətli çıxışa görə fəxri fərmanla təltif olunmuşam. Bəstələdiyim “Arzular” fortepiano kompozisiyası əsərində göstərdiyim ən yüksək yaradıcılıq nailiyyətinə görə Müsavat Partiyası məni qiymətli hədiyyə ilə mükafatlandırmışdı. Hədiyyəni bəstəkar Cavanşir Quliyev təqdim etmişdi. 1996-cı ildə “Yaşıl yarpaq” məktəblilərin respublika radio yarışında bəstələdiyim əsərlərlə qalib gələrək II dərəcəli diplomla təltif olunmuşam.
Ali məktəbdə də əla qiymətlərlə oxumuşam. Bəstəkarların imtahanlarında iştirak edərək “əla” qiymətlər almışam. Hər semestr bəstəkarların konsertlərində öz əsərlərimi təqdim etmişəm. Müxtəlif mövzularda konfranslarda çıxış etmişəm. 1999-cu ildə “Şopen - pianoçu kimi”, 2000-ci ildə “Mehriban Əhmədovanın yaradacılığında uşaq mövzusu”, 2001-ci ildə “Vasif Adıgözəlovun yaradıcılığında millilik və müasirliyin vəhdəti” mövzularında çıxışlarım olub.
2000-ci il martın 1-də BMA-nin böyük zalında Tərlan Seyidovun təşkil etdiyi sinif konsertində, 2002-ci il fevralın 19-da Kapellhausda T. Seyidovun təşkil etdiyi sinif konsertində, 2003-cü il mayın 2-də BMA-nın böyük zalında solo konsertlə, 2004-cü il martın 12-də məktəb studiyanın məzunu Mələk Qocayevanın solo konsertində II royalın ifaçısı kimi, 2006-cı il aprelin 15-də məktəb-studiyanın 25 illiyinə həsr olunmuş festivalın aşılışında çıxış etmişəm.
2006-cı il aprelin 22-də Ş. Məmmədov adına Opera Studiyasında keçirilmiş A. Yusifovanın “Sehirli sandıq” adlı musiqili və əyləncəli uşaq tamaşasında fortepano partiyasını ifa etmişəm.
2007-ci il aprelin 11-də BMA-nın böyük zalında solo konsertlə çıxış etmişəm, 21-30 aprel tarixlərində keçirilən K. Səfərliyeva adına Gənc Pianoçuların Respubliqa Müsabiqəsinin iştirakcısı olmuşam.
2008-ci ildə “Musiqi dünyası” jurnalında “İstedadlı musiqiçilər axtarışında” adlı məqalə çapdan çıxmışdır. 2009-cu ilin oktyabrında “T. Seyidovun pedaqoji baxışları” adlı məqalə yazmışam.
2010-cu ilin oktyabrında “Bethovenin 3 nömrəli sonatasının metodik-ifaçılıq təhlili” adlı metodiki iş təhvil vermişəm. Hazırda “Azərbaycan fortepiano ifaçılığında elmi axtarışların praktiki mahiyyəti” mövzusunda elmi iş üzərində çalışıram. Rəhbərim BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadədir.
Ali məktəbə daxil olan ili TQDK-dan bizə zəng olundu. VII qrup üzrə ən yüksək bal topladığım üçün məni prezidentlə görüşə çağırırdılar. Döğrudan da bu mənim üçün ən sevincli anlardan biri idi. Görüş Milli Məclisin binasında keçirilmişdi, ön cərgədə dayanmışdım.
Asudə vaxtlarımda kitab oxumağı, musiqi dinləməyi çox sevirəm. Vaxtım olanda gəzintiyə çıxıram, xüsusilə təbiət qoynunda olmağı xoşlayıram.
Az.TV kanalında “İstedad sorağında”, “Pöhrələr” verilişində, ANS-də “Komerton” verilişində çıxış etmişəm. İTV kanalında bəstəkar Aqşin Əlizadəyə həsr olunmuş verilişdə onun əsərlərini ifa etmişəm.
İştirak etdiyim “Yaşıl yarpaq” və “Sübh şəfəqləri” telemüsabiqələri, bəstələdiyim “Skripka, violançel və fortepiano üçün trio” əsərim Az.TV kanalı ilə yayınlanmışdır”.

Комментариев нет:

Отправить комментарий