elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 октября 2012 г.

Məmmədova Cəmilə Yavər qızı

Qəhrəmanəmızın adı kiçik bibisi Mənzər xanımın istəyi ilə qoyulub. Ərəb sözü olan Cəmilə gözəl, qəşəng deməkdir. Körpəlikdə sakit təbiətli, sözəqulaqasan, valideynlərini incitməyən bir uşaq olub. Oyuncaqlarla daha çox da konstruktorlarla oynayıb, uşaq bağçasına gedib.
Məktəbə gedənə qədər yazıb-oxumağı, saymağı bacarırdı. Əlifbanın bütün hərflərini tanıyırdı. Sadə söz və söz birləşmələrini yaza bilirdi. Onunla əsasən Mənzər bibisi məşğul olurdu. İlk hərfləri və şeirləri də bibisi öyrədib. Məktəbə tez getmək istəyirdi. Böyük qardaşının kitablarının səhifələrini tez-tez vərəqləyirdi. Hətta qardaşının “Əlifba bayramında ən yaxşı şeir söylədiyi üçün qardaşının sinif rəhbəri 5 yaşlı Cəmiləyə şəxsi imzası olan kitab hədiyyə etmişdi.
Uşaqlıqdan təşkilatçılıq işlərinə də həvəs göstərib. Məktəbdə ibtidai siniflərdə təhsil alarkən yay tətillərində özündən yaşca kiçik qonşu uşaqlarından ibarət kiçik sinif düzəltmişdi. Məktəbdə öyrəndiyi nağılları uşaqlara da öyrədirdi. Hətta onlara həvəsləndirici qiymətlər də verirdi. Çox məsuliyyətli, öz üzərində işləyən uşaq olub. Dərslərini, ev tapşırıqlarını hazırlayarkən kiminsə ona kömək etməyini istəmirdi. Ən çətin tapşırıqlarını da özü sərbəst düşünüb həll edərdi.
Cəmilə Yavər qızı Məmmədova 1982-ci il noyabrın 15-də Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1989-1999-cu illər ərzində Bakı şəhər Xətai rayonundakı 24saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə ATU-nin pediatriya fakultəsinə daxil olub. 2006-cı il universıteiti bitirib. 2006-2007-ci illərdə Elmi Tədqiqat Pediatriya İnsititunda internatura kursu keçib. Hazırda Mərkəzi Klinikada çalışır.
Cəmilə: “ - Məktəbdə oxuduğum illərdə dərs əlaçısı və 11 il sinif nümayəndəsi olmuşam. Daim şəklim şərəf lövhəsində olub. Bütün fənləri sevə-sevə oxumuşam. Xüsusən də kimya, biologiya, cəbr və Azərbaycan dili sevimli fənlərim olub. Dərsdən bir gün də geri qalmayıb, davamiyyəti pozmamışam. Hətta qarlı qış günlərində də dərsə birinci gedərdim.
Məktəbdə keçirilən tədbirlərdə, bayramlarda fəal iştirak etmişəm. Müxtəlif intellektual yarışlarda, sinif üzrə düzənlənən şənliklərdə müxtəlif səhnəciklərdə rollar ifa etmişəm. Breyn-rinq komandasının kapitanı olmuşam. N. Gəncəvinin yaradıcılıq gecəsində Leyli və Məcnun əsərində Leylinin anası rolunu ifa etmişəm. İntonasiya ilə şeir demək bacarığıma görə bütün mərasimlərdə şeir söyləmişəm. Dəfələrlə biologiya fənni üzrə məktəb, rayon, şəhər olimpiadalarında I və II yerləri tutmuşam.
Uşaqları çox sevdiyimdən məhz bu fakultəni birinci yazdım və həmin il pediatriya fakultəsinə 553 bal toplayaraq ən yüksək nəticə əldə edərək daxil oldum. Ali məktəbdə oxuduğum illərdə də dərslərimi müvəffəqiyyətlə davam etdirdim. Özümə qarşı tənqidi yanaşmağım imtahanlara daha ciddi hazırlaşmağıma səbəb olurdu. İmtahanlarda suallara cavab verdiyim zaman müəllimlərimin üzündə gördüyüm məmnunluq və razılıq hissi növbəti imtahanlara uğurla hazırlaşmağıma stimul verirdi. Tələbəlik illərində ən xoşladığım hobbi təqaüd alan kimi maraqlı tibbi kitablar almaq və kitab kolleksiyamı artırmaq idi. Biliyimi artırmaq üçün əlavə tibbi ədəbiyyatlardan, məqalələrdən də istifadə edirdim. Ümumiyyətlə Tibb Universtetinin həyatımda rolu çox önəmli oldu. Bu təhsil ocağı mənə elm və təhsildən başqa, insani keyfiyyətləri inkişaf etdirməklə cəmiyyətdə faydalı bir şəxsiyyət kimi yetişməkdə kömək etdi. İnternatura kursu dövründə pediatriya günlərinə həsr olunmuş konqresdə iştirak etdim. Təbabətin yenilikləri ilə tanış olmaq üçün tibbi kurslarda iştirak etdim.
Sevdiyim ixtisasa yiyələnməkdə mənə bu şəraiti yaratdıqları üçün valideynlərimə, 24 saylı orta məktəbin bütün müəllim kollektivinə minnətdaram. Xüsusən də dil və ədəbiyyat müəllimim Qənirə xanıma, kimya müəllimim Yasin müəllimimə borcluyam. Onların verdiyi təhsil hesabına qəbul imtahanlarında yüksək nəticələr əldə etdim. Sonunda onların etimadını doğrultduğum üçün xoşbəxtəm.
İxtisasım üzrə ən böyük arzum savadlı bir pediatr kimi körpələrin sağlamlığının keşiyində durmaqdır. Çünki körpələr bizim gələcəyimizdir.
Asudə vaxtlarımda musiqi dinləyir, mütaliə edir, internet vasitəsilə müxtəlif tibbi yeniliklərlə tanış olur və milli mətbəximizlə maraqlanıram”.

Комментариев нет:

Отправить комментарий