Onun
adını baba və nənəsinin istəyi ilə qoyublar.
El-el
nur-işıq mənasını verir. Yəni el içində yanan işıq.
Elnur adını
həqiqətən də doğrultdu. Hələ uşaq vaxtlarından yaşıdlarından fərqlənirdi. Yazıb
oxumağı öyrəndi. Məktəbə getdikdən sonra öz istedadı ilə digər məktəbli
uşaqlardan fərqləndi. O, adına babasına, nənəsinə, anasına, obasına, vətəninə
layiqli bir övlad olacaq.
Elnur
uşaqlıqdan sakit, qaraqabaq olub. Həyətdə tək oynayardı. Məhəllədə çox uşaqlara
qoşulmazdı. Məktəbə getdikdən sonra özündən böyük olan əmisi oğlanları Zaurun və
Təbrizin yanına gedərdi, onlar da Elnura özləri ilə birlikdə yazıb-oxumağı öyrədərdilər.
Maraqlı və
xoşladığı məşğuliyyəti xarab olan alətləri düzəltməkdi.
Elnur məktəbə
gedənə qədər yazıb-oxumağı bilirdi. Elnurun məktəbə getməyi üçün yaşı çatmırdı.
Elnur isə uşaq olmasına baxmayaraq məktəbə getməyi çox istəyirdi. Atası onun
arzusunu yerinə yetirmək üçün Naxçıvan MR Təhsil Nazirliyinə müraciət etdi.
Nazirlikdən Elnurun məktəbə getməsinə icazə verildi.
Elnur məktəbə
gedənə qədər yazıb-oxumağı bacarsa da, məktəbə getdikdən sonra təhsilə marağı
günü-gündən artdı. Təbii ki, bu Zeynəddin kənd orta məktəbinin müəllim heyətinin
nailiyyəti idi.
Məktəb rəhbərliyi
Elnurun istedadlı uşaq olduğunu görüb onu kiçik yaşlarından olimpiadalara göndərirdilər.
O, “Araz” kursunun keçirdiyi və məktəblərarası bilik yarışmalarında iştirak
edirdi. İştirak etdiyi bilik yarışmalarında müvəffəqiyyətlər qazanırdı. Bu da məktəb
rəhbərliyinin nəzərindən qaçmırdı. Elnur öz növbəsində müəllimlərin etimadını
doğruldurdu. Elnurun təhsilə marağının oyanmasıda və oxumağı müvəffəqiyyətlə
davam etdirməsinə əmioğlanlarının və əmiqızlarının müxtəlif universitetlərdə təhsil
almaları başlıca səbəbdir.
Elnur
Zülfüqar oğlu Bayramov 26 sentyabr 1993-cü idə Babək rayonunun Zeynəddin kəndində
anadan olub.
1999-cu ildə
Babək rayonunun Zeynəddin kənd orta məktəbinin I sinfinə gedib. Elnur, bu səviyyəyə
gəlib çatmasında və yetişməsində əziyyət çəkən Zeynəddin kənd orta məktəbinin
direktoru Rafiq İsmayılova və məktəbin bütün müəllimlərinə dərin minnətdarlığını
bildirir.
Dərslərini
çox yaxşı oxuyur. Ən çox sevdiyi fənnlər tarix, riyaziyyat, ədəbiyyat idi.
Məktəbdə
ictimai tədbirlərdə iştitak edib. Olimpiadalarda Babək rayon və Naxçıvan MR
birincisi, həmçinin respublika turunun qalibi olub. Həyatında ən maraqlı və uğurlu
gün 2009-cu il noyabrın 18-də olub. Həmin
gün o, təhsil sahəsində uğurlarına görə bilgisayarla mükafatlandırılıb.
Valideynləri
onunla həmfikirdirlər. Onun hüquqşünas olmağını istəyirlər.
Gələcəkdə bir çox planları var. Bunlardan ən
başlıcası Azərbaycanın dilbər güşələrindən olan Qarabağın tarixini və Qarabağ həqiqətlərini
bütün dünyaya yaymaqdır. Bir sözlə, xalqına layiq vətənpərvər bir övlad
olmalıdır.
Комментариев нет:
Отправить комментарий