Rövşən Dadaşbala oğlu Cəfərov 1989-ci il 16 sentyabrda
dünyaya göz açmışdır. Rövşən hələ balaca olanda saymağı bacarır, hərfləri
tanıyırdı. O, Ceyranbatan qəsəbə orta məktəbində təhsil alıb. Əlaçı olub və şəkli
şərəf lövhəsini bəzəyib. Ən çox sevdiyi fənlər coğrafiya, insan və cəmiyyət, hərbi
hazırlıq olub. Coğrafiya fənninə marağının artmasında Nurəddin müəllimin xüsusi
rolu olmuşdur. Son zəngini həyatının ən yadda qalan günü hesab edir. Kiçik
yaşlarında asudə vaxtlarında rəsm çəkməyi, idmanla məşğul olmağı çox sevərdi. Hələ
V sinifdə oxuyarkən çəkdiyi rəsmlər, seçdiyi mövzular müəllimlərin diqqətini cəlb
etmişdi. O, divar qəzetinin rəssamı idi. Müxtəlif mövzularda rəsmlər çəkərdi.
Rövşən 2001-2005-ci illərdə Ceyranbatan qəsəbəsindəki
Uşaq İncəsənət məktəbini “əla” qiymətlərlə bitirir və ona təsviri incəsənət
ixtisası üzrə Mədəniyyət Nazirliyinin şəhadətnaməsi verilir.
2003-cü ildə ”Uşaqların gözü ilə” uşaq incəsənət sərgisinə
dəvət alan Rövşənə Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə fondunun
prezidenti Mehriban Əliyeva tərəfindən hədiyyələr verilmişdir. O, 16 may
2003-cü ildə Abşeron rayonunun ümumtəhsil məktəbləri arasında keçirilən rəsm
müsabiqəsində iştirakına görə Gənclər, İdman və Turizm İdarəsinin diplomuna
layiq görülmüşdür. Bu ilk uğuru onun hədsiz sevincinə səbəb olmuşdu.
22 aprel 2004-cü ildə Ümumdünya Yer gününə həsr
edilmiş məktəblilərin ekoloji müsabiqəsində fəal iştirakına görə ona sertfikat
verilmişdir.
IX sinifdə oxuyarkən Xocalı faicəsinə həsr olunmuş
“Erməni terroru” mövzusunda keçirilən respublika rəsm müsabiqəsində I yer
tutduğuna görə Abşeron rayon Təhsil Şöbəsi tərəfindən tərifnaməyə layiq
görülmüşdür. Rövşən Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə
yaradıcılığına maraq göstərir. Qazandığı uğurlara görə valideynlərinə və müəllimlərinə
borcludur. Valideynləri Rövşəni xalqına layiqli bir vətəndaş kimi görmək istəyirlər.
Rövşən ali məktəbə sənədlərini vermədi, çünki o, ilk
növbədə əsgərlik borcunu yerinə yetirmək istədi. O, əsgərlikdə də nümunəvi əsgər
kimi tanınırdı.
Rövşən bəzən şeir yazmağa da meyl göstərir. İlk qələm
nümunələri və ötəri həvəsin bəhrəsi olan, “Ürəyimin səsi” adı altında toplanmış
şeirləri onun düşüncələrini, maraq dünyasını əks etdirir. Məsələn: “Göz həyat
yaradır, həyat isə möcüzə” adlı şeirində aşağıdakı beyt diqqəti cəlb edir:
Söz yaxşını pisdən seçir,
Göz yaşı üzdən keçir.
Və ya “Anamın əziyyəti” adlı şeirində deyilir:
Analardır mərd igidi bəsləyən,
Atalardır namərdliyi
pisləyən,
Əməllərdir insanları
yaşadan,
Gəncliyi də xoş sabaha səsləyən.
Rövşən xoşbəxtliyi xalqına, vətəninə
layiqincə xidmət etməkdə görür. Sənə uğurlar arzulayırıq Rövşən! Vətənin sənin
kimi oğullara ehtiyacı var!
Комментариев нет:
Отправить комментарий