elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 декабря 2016 г.

Müslümlü Hüseyn Emil oğlu

Gələcəyin kosmonavtı Müslümlü Hüseyn Emil oğlu 14 mart 2007-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri onun çox ağıllı, sakit uşaq olduğunu və yaşıdlarından fərqləndiyini deyirlər. Rəqsə, üzgüçülüyə, basketbola marağı olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. 5 yaşından öz istəyi ilə üzgüçülüklə məşğul olur. Zərifə Əliyeva adına uşaq bağçasına gedib. Hazırda isə 6 №-li məktəb-liseyin şagirdidir. Dərslərini əla oxuyur. Hüseynin ən çox sevdiyi fənlər ingilis dili və riyaziyyatdır. Hüseyn 2014-cü ildə Menar Azərbaycan olimpiasında iştirak etmiş, diplom ilə təltif olunmuşdur. Hüseynin uğurları bununla da bitmir. Rəqsə olan marağı və istedadı onun növbəti uğurlarına yol açıb. Hüseyn Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsində 2016-cı ildə Bakı Slavyan Universitetinin Rusiya-Türkiyə-Azərbaycan məktəbləri arasında qardaşlaşma sazişinin imzalanması mərasimində iştirak edib.
Qazandığı uğurlara görə valideynlərinə borclu olduğunu deyir. Prezidentimizə oxşamaq istəyir, çünki onun kimi xalqına, millətinə qayğıkeş olmaq və vətənimizdə quruculuq işləri aparaq istəyir. Qəhrəmanımızın gələcək arzusu kosmonavt olmaqdır. Başqa planetləri görmək istəyi Hüseyndə bu arzunu yaradıb.
Boş vaxtlarında dünya ölkələrinin xəritədə yerini öyrənmək və bayraqlarını çəkməklə məşğul olur. Piano dərsləri alır və rəqsə gedir. Planetlərdə yeni kəşflər edərək tarixə düşmək istəyir.
Hüseyn İctimai televiziyanın səhər proqramında bir neçə dəfə rəqs edib.

Biz də maraqlı istedadımıza və gələcək kosmonavtımıza uğurlar arzu edirik. 

12 декабря 2016 г.

Fidan Alı qızı Həsənova

İstedad insanda uşaqlıqdan hər hansı bir sahəyə olan maraqdır. İstedadı inkişaf etdirmək üçün şərait olduqda isə o, özünü daha parlaq və qabarıq şəkildə büruzə verir. Eyni zananda hər bir valideynin də borcudur ki, övladının maraq sahəsini öyrənib onu həmin sahəyə doğru istiqamətləndirə bilsin. Haqqında danışacağımız Fidan qızımız düzgün istiqamətləndirilmiş, qeyri-adi istedadı ilə digər uşaqlardan fərqlənən bir qızdır.
Fidan Alı qızı Həsənova 27 iyil 2009-ci ildə Sumqayıt şəhərində anadan olub. O, körpəlikdə çox sakit uşaq olub. İdmana marağı kiçik yaşlarından yaranıb. Fidan 4 yaşında olarkən valideynləri ona toplar, kəndir, turnik almış, onu gimnastikaya yazdırmışlar. 6 yaşında artıq o, rayon birincisi olmuşdur.
Məktəbə gedənə qədər artıq oxumağı, yazmağı bacarırdı. Rus və Azərbaycan dillərində sərbəst yazıb oxuyur. Xırdalan şəhəri 2 №-li məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, rus dili və ingilis dilidir. Fidan məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir.
Həyatının ən uğurlu gününü rayonlararası yarışda I yer qazandığı gün hesab edir. İlk diplomunu gimnastikadan qazanıb. Əldə etdiyi nailiyyətlərə görə özünü valideynlərinə, ibtidai sinif müəllimi Nailə xanıma və gimnastika müəllimi Rəfiqə xanıma borclu bilir.
Anasına bənzəmək istəyir. Anası kimi savadlı həkim olmaq arzusundadır.
Asudə vaxtlarını dostları ilə keçirir, kitab oxuyur, internetdən maraqlı məlumatlar toplayır.

Biz də redaksiyamız adından Fidana uğurlar arzu edirik.

8 декабря 2016 г.

Səfərov Nadir Müşfiq oğlu

Dünyanın ən mükəmməl məktəbi həyatdır, ondan öyrənilən əsas dərs isə zəhmət və çalışqanlıqdır. Bunu erkən yaşlarından dərk edənlər həyatda öz layiqli yerini tutur. Bu gün sizi tanış edəcəyimiz savadlı, ağıllı şagirdlərdən biri də Nadir Səfərovdur. Nadirin təhsilə verdiyi dəyər sanki A.Bertenin bu sözləri ilə üst-üstə düşür: "Elm öz mənbəyi etibarilə əbədidir, fəaliyyətində nə zamanla, nə də məkanla məhdudlaşmayıb, həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur."
Səfərov Nadir Müşfiq oğlu 2 sentyabr 2000-ci ildə Bakı şəhərində haqqa və ədalətə xidmət edən hüquqşünas ailəsində dünyaya gəlib. Deyirlər ki, gen dediyini heç nə demir. Bəlkə onun dərin düşüncəli parlaq zəkası, zəngin daxili aləmi, hərtərəfli inkişaf etmiş intellektuallığı, səviyyəli və mədəni davranışı, yüksək əxlaqi cəhətləri, səmimiyyəti, istedadlı və bacarıqlı, savadlı olması, babalarından, hüquqşünas atasından, sözün tam mənası ilə əsl insan, gözəl pedaqoq anasından keçib. Şübhəsiz ki, bu belədir.
Körpəlikdən tez yeriməyə başlayan və tez dil açan Nadir, 5 yaşından anasının köməyi ilə oxuyub yazmağı öyrənmişdir. Birinci və ikinci siniflərdə oxuyarkən proqramı mükəmməl bilən Nadir yoldaşlarına mane olmasın deyə müəllimlər onu partada tək oturtmağa çalışırdılar.
Uşaqlıqdan ətraf mühitə marağı böyük olub, o böyüdükcə bu maraq onun istedadını üzə çıxarıb. Ona alınan oyuncaqları oynamaq həvəsindən daha çox, oyuncaqları söküb nədən ibarət olduğunu, hansı funksiyaları daşıdığını öyrənmək həvəsi vardı. Sonra isə həmin oyuncaqları yenidən özü yığırdı.
ERA Tam Orta Ümumtəhsil məktəbinin əsas təhsilini qırmızı şəhadətnamə ilə bitirən Nadir, hal-hazırda qızıl medala namizəd XI sinif şagirdidir. Dərslərini əla oxuyan Nadirin ən çox sevdiyi fənlər riyaziyyat və coğrafiyadır. Beşinci sinifdən başlayaraq bu günədək məktəbdə keçirilən bütün tədbirlərin aparıcısı olub. Gözəl dil qabiliyyətinə malik olan Nadir əsl natiqdir. Azərbaycan dili, Riyaziyyat, Coğrafiya fənləri üzrə yarışmalarda qalib gəlib. Həmçinin yaxşı şahmat oynayır.
Ağır təbiətli olduğu qədər də xeyirxah və ədalətli, sadə və təvazökardır. Xarici görünüşü, qədd-qaməti çox sevdiyi və mütəmadi məşğul olduğu idmanla bağlıdır. Sinif yoldaşları və müəllim kollektivi ilə gözəl ünsiyyət qurmağı, mehribanlığı onu hamıdan fərqləndirir.
Hal-hazırda yazıçılıqla məşğul olmaq istəyən Nadirin bu istəyinin bünövrəsinin V, VI, VII siniflərdə oxuyarkən Xəzər Televiziyasında yayımlanan "Aramızda qalsın" serialında rol alması ilə qoyulduğu ehtimal edilir. Serialda Firuz rolunu canlandıran Nadirin üç illik teleserial çəkimi ərəfəsində istedadını necə ortaya qoyması ilə bağlı "Bona Monti" jurnalında ətraflı məlumat verilmişdir.

Nadirin arzusu yazıçı olmaq, xaricdə təhsil almaq və deputat olmaqdır. Ümidvarıq ki, o, yüksək bacarıq və istedadı sayəsində bu arzularını həyata keçirəcək. Əminik ki, gələcəkdə vətəni, xalqı üçün dəyərli övlad, nümunəvi vətəndaş olacaq. Onunla hamı fəxr edəcək. Çünki məqsədinə nail olmaq üçün lazım olan möhkəm iradə, dərin bilik, düşüncə, güclü  məntiq Nadirdə var. Xalqına, vətəninə çox bağlıdır. İnanırıq ki, bu üstünlüklərə malik olan Nadir nəinki gələcəkdə oxşamaq istədiyi babalarının, minnətdar olduğu valideynlərinin, müəllimlərinin, həmçinin bütün Azərbaycan xalqının etimadını doğruldacaq.

4 декабря 2016 г.

Zamanlı Rüxsarə Xaqani qızı

Zamanlı Rüxsarə Xaqani qızı 01 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Rüxsarə körpəlikdə çox şən və olduqca maraqlı uşaq olub. Hələ uşaqlıqdan kitablara, musiqiyə və rəngli şəkillər çəkməyə xüsusi maraq göstərirdi. Valideynlərinin xüsusi diqqəti və qayğısı sayəsində o, məktəbə gedəndə artıq sərbəst olaraq yazıb-oxumağı bacarırdı. Artıq 4-5 yaşlarında şəkil çəkməyə xüsusi maraq göstərir və sərbəst olaraq şəkillər çəkirdi. Musiqiyə xüsusi marağı olduğu hiss olunurdu.
Rüxsarə hazırda 83 №-li məktəb-liseydə təhsil alır. Dərslərini əla oxuyur. Fənlərin hamısını eyni dərəcədə sevir və həvəslə oxuyur. Məktəbdə keçirilən bayram tədbirlərində, fənn olimpiadalarında həmişə fəal iştirak edir. Həyatının ən maraqlı günün I sinfə getdiyi ilk gün olduğunu deyir. Təhsildə və ictimai işlərdə fərqləndiyinə görə fəxri fərman, diplom və tərifnamələrə layiq görülmüşdür.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə, xüsusən də anasına borclu olduğunu söyləyir. Ən yüksək zirvələri fəth etməyi qarşısına məqsəd qoyub. Gələcəkdə tanınmış siyasətçi olmaq arzusundadır. Arzularının dəyişəcəyini də istisna etmir.
Asudə vaxtlarının az olduğunu deyir. Adətən belə vaxtlarda kitab oxuyur, şəkillər çəkir. Mistik və fantastik janrlarda mütaliə etməyi, filmlərə baxmağı, peyzaj çəkməyi xoşlayır.
Gələcək planları çoxdur. İlk olaraq təhsilini “Gənc istedadlar” liseyində davam etdirmək istəyir. Daha sonra yüksək balla Amerikanın Stenford Universitetinə qəbul olmaq arzusundadır. Dünyanın qlobal problemlərini həll etmək barədə düşünür.


Ete Zərifə Mehmet Halil qızı

Valideynləri Zərifə haqqında bunları dedilər: “Zərifə ilk olaraq hər kəsə qaraqabaq təsiri bağışlasa da, əslində istiqanlı, çox həssas və diqqətli qızdır. Körpə yaşlarında nəzərindən heç nə qaçmazdı və qavrama qabiliyyəti güclü idi. Oyuncaqları ilə oynayarkən maraqlı fiqurlar düzəldə bilirdi. Çox gözəl nitqə malik olduğuna görə maraqlı cümlələr qurub danışmasını ətrafda hər kəs alqışlayırdı. Hər hansı bir ad günü və ya tədbirlərdə ilk olaraq kənardan ətrafı izləyərdi, heç bir uşaqla münasibət qurmaq istəməzdi. Bir az keçdikdən sonra isə bütün uşaqların onun ətrafına yığışdığını görərdik. Yazmağı və oxumağı Zərifəyə Yeganə müəllimə öyrətmişdir. Uşaq bağçasında da Yeganə müəllimə Zərifənin digər uşaqlarla müqayisədə fərqli xüsusiyyətləri olduğunu deyərdi. Şeirə həvəsi böyük olduğuna görə çöxlu şeirlər bilirdi və yorulmadan dalbadal söyləyərdi. Bağçada keçirilən bayram tədbirlərində aparıcıq edər və müxtəlif nağıl qəhrəmanlarını oynayardı”.
Orta məktəb müəllimi Gülxar müəllimə də Zərifəni həmişə tərifləyir. Sinif yoldaşlarına kömək edir, onları müdafiə edir. Çox məsuliyyətli bir şagird olduğu üçün müəllimləri tərəfindən sevilir.
 Musiqiyə marağı kiçik yaşlarından başlayıb. Piano qarşısında oturub nələrsə çalmaq istəyirdi. Musiqi səslənərkən ilk notlardan onun hansı mahnı və kim tərəfindən ifa olunacağını deyə bilir. Musiqi duyumunun yüksək olması onun yolunu musiqi məktəbinə saldı. Hazırda Cövdət Hacıyev adına 3 №-li musiqi məktəbinin I sinfinin skripka bölməsində oxuyur. Dərslərin çətin olmasına baxmayaraq skripka müəlliməsi Lalə xanım Zərifənin bu çətinliklərin öhdəsindən asanlıqla gələcəyindən əmindir. Solfecio müəlliməsi Ramidə xanım da eyni fikirdədir. Boş vaxtlarında skripka çalır, şəkil çəkir, maraqlı fiqurlar düzəldir, sevdiyi musiqi parçalarını dinləyir.
Zərifə bütün fənləri sevir. Ancaq Azərbaycan dili və riyaziyyat fənlərini xüsusi həvəslə oxuyur. Məktəbdə keçirilən tədbirlərində fəal iştrak edir.
Özünə qarşı bu dərəcə tələbkar və məsuliyyətli olmasında ətrafında onu sevən hər kəsin böyük rolu olduğunu deyir. Elə bir zirvəyə çatmaq istəyir ki, hər yerdə və hamı tərəfindən tanınsın və sevilsin. Hansı sənətə yiyələnmək istəyi haqqında danışmağın hələ tez olduğunu bildirdi.
Biz də redaksiyamız adından Zərifəyə uğurlar arzu edirik.


1 декабря 2016 г.

Abbasov Abbas Şahin oğlu

 
Abbasov Abbas Şahin oğlu 14 may 2005-ci ildə Bakı şəhərində anadan olub. Valideynlərinin sözlərinə görə, Abbas körpəlikdə çox ağlağan uşaq olub. Uşaqlıqda ən sevimli məşğuliyyətləri rəsm çəkmək və idmanla məşğul olmaq olub. Hələ məktəbə qəbul olmamışdan əvvəl hazırlıq müəlliminin köməyi ilə yazmağı və oxumağı öyrənib, məktəb həyatına hazır olub. 
Rəsm çəkmək həvəsi daha çox 6 yaşından sonra özünü büruzə vermişdi. Bunun üçün onda həvəs oyadan xüsusi bir adam olmayıb, sadəcə uşaqlıqdan rəsm çəkməyi xoşladığından bu həvəsi getdikcə bir az da artıb. 
Abbas hazırda Masazır kənd Əliağa Vahid adına 1 saylı tam orta məktəbin VI sinif şagirdidir. Dərslərinə də xüsusi diqqət edən Abbas ən sevdiyi fənlərin sırasında ədəbiyyat, riyaziyyat fənlərini qeyd edir. Məktəbin tədbirlərində də aktiv iştirak edir.
Rəsmlə bağlı qazandığı uğurlara görə məktəbin rəsm müəllimi Bilqeyis Quliyevaya minnətdarlıq edir. Qeyd edək ki, Bilqeyis müəllimə məktəbin foyesində və öz təşəbbüsü ilə yaratdığı təsviri incəsənət muzeyində şagirdlərin əl işlərindən ibarət olan kompozisiyalar nümayiş etməklə şagirdlərin daha da ruhlanmasına köməklik göstərmişdir. Bunları nəzərə alaraq gələcəkdə daha böyük işlər görə biləcəyinə inanan Abbas rəsm bacarıqlarını daha da təkmilləşdirmək, rəsm dərnəyinə getmək və gələcəkdə dizayner olmaq arzusundadır.  Asudə vaxtlarında əlavə kitablar oxumağı xoşlayır. 
Biz də redaksiyamız adından Abbasa uğurlarının davamlı olmasını arzu edirik! 

Baloğlanova Şövkət Zöhrab qızı

Baloğlanova Şövkət Zöhrab qızı 02.02.2007-ci ildə Bakı şəhərində anadan olub.267 Nömrəli məktəbdə təhsil alır.Dərslərini yaxşı oxuyur ən sevili fənnləri Rus dili və ingilis dilidir.Bütün tədbirlərdə fəal iştirak edib və fəxri fərmalar ilə təltif edilib. Qazandığı uğurlarına görə kerativ tədris mərkəzinin rolu böyük olub.Anasına oxşamaq istəyir . Gələcəkdə dizayner və ya direktor olmaq istəyir.Rəsmə və rəqsə  marağı var.Boş vaxtlarında gimnastika və şahmatla məşğul olur.Əldə etdiyi uğurlarına görə valideyinlərinə və müəllimlərinə minnətdar olduğunu deyir.Məqsədi gələcəkdə təhsilini uğurla başa vurmaq və daha yüsək pillələrə yüksəlməkdi.Valideyinlərinin sözlərinə görə sakit istedadlı şəklə marağı olub.Məktəbə getmədən yazıb-oxumağı bilirdi müəllimləri tərəfindən öyrədilmişdi. Aktivliyinə görə istedadı haqqında məlumatları olub.Həmişə fərqlənməyi və öndə olmağı istəyib.

Baloğlanova Nilgün Zöhrab qızı

Baloğlanova Nilgün Zöhrab qızı 02.02.2007-ci ildə Bakı şəhərində anadan olub.267 saylı məktəbdə təhsil alır.Dərslərini yaxşı oxuyur ən sevili fənnləri Rus dili və ingilis dilidir.Bütün tədbirlərdə fəal iştirak edib və fəxri fərmalar ilə təltif edilib. Qazandığı uğurlarına görə kerativ tədris mərkəzinin rolu böyük olub.Anasına oxşamaq istəyir . Gələcəkdə dizayner və ya direktor olmaq istəyir.Rəsmə və rəqsə  marağı var.Boş vaxtlarında gimnastika və şahmatla məşğul olur.Əldə etdiyi uğurlarına görə valideyinlərinə və müəllimlərinə minnətdar olduğunu deyir.Məqsədi gələcəkdə təhsilini uğurla başa vurmaq və daha yüsək pillələrə yüksəlməkdi.Valideyinlərinin sözlərinə görə sakit istedadlı şəklə marağı olub.Məktəbə getmədən yazıb-oxumağı bilirdi müəllimləri tərəfindən öyrədilmişdi. Aktivliyinə görə istedadı haqqında məlumatları olub.Həmişə fərqlənməyi və öndə olmağı istəyib.