Valideynləri Zərifə haqqında bunları dedilər: “Zərifə ilk olaraq hər
kəsə qaraqabaq təsiri bağışlasa da, əslində istiqanlı, çox həssas və diqqətli
qızdır. Körpə yaşlarında nəzərindən heç nə qaçmazdı və qavrama qabiliyyəti
güclü idi. Oyuncaqları ilə oynayarkən maraqlı fiqurlar düzəldə bilirdi. Çox gözəl
nitqə malik olduğuna görə maraqlı cümlələr qurub danışmasını ətrafda hər kəs
alqışlayırdı. Hər hansı bir ad günü və ya tədbirlərdə ilk olaraq kənardan ətrafı
izləyərdi, heç bir uşaqla münasibət qurmaq istəməzdi. Bir az keçdikdən sonra isə
bütün uşaqların onun ətrafına yığışdığını görərdik. Yazmağı və oxumağı Zərifəyə
Yeganə müəllimə öyrətmişdir. Uşaq bağçasında da Yeganə müəllimə Zərifənin digər
uşaqlarla müqayisədə fərqli xüsusiyyətləri olduğunu deyərdi. Şeirə həvəsi böyük
olduğuna görə çöxlu şeirlər bilirdi və yorulmadan dalbadal söyləyərdi. Bağçada
keçirilən bayram tədbirlərində aparıcıq edər və müxtəlif nağıl qəhrəmanlarını
oynayardı”.
Orta məktəb müəllimi Gülxar müəllimə də Zərifəni həmişə tərifləyir.
Sinif yoldaşlarına kömək edir, onları müdafiə edir. Çox məsuliyyətli bir şagird
olduğu üçün müəllimləri tərəfindən sevilir.
Musiqiyə marağı kiçik
yaşlarından başlayıb. Piano qarşısında oturub nələrsə çalmaq istəyirdi. Musiqi
səslənərkən ilk notlardan onun hansı mahnı və kim tərəfindən ifa olunacağını
deyə bilir. Musiqi duyumunun yüksək olması onun yolunu musiqi məktəbinə saldı.
Hazırda Cövdət Hacıyev adına 3 №-li musiqi məktəbinin I sinfinin skripka bölməsində
oxuyur. Dərslərin çətin olmasına baxmayaraq skripka müəlliməsi Lalə xanım Zərifənin
bu çətinliklərin öhdəsindən asanlıqla gələcəyindən əmindir. Solfecio müəlliməsi
Ramidə xanım da eyni fikirdədir. Boş vaxtlarında skripka çalır, şəkil çəkir,
maraqlı fiqurlar düzəldir, sevdiyi musiqi parçalarını dinləyir.
Zərifə bütün fənləri sevir. Ancaq Azərbaycan dili və riyaziyyat fənlərini
xüsusi həvəslə oxuyur. Məktəbdə keçirilən tədbirlərində fəal iştrak edir.
Özünə qarşı bu dərəcə tələbkar və məsuliyyətli olmasında ətrafında
onu sevən hər kəsin böyük rolu olduğunu deyir. Elə bir zirvəyə çatmaq istəyir
ki, hər yerdə və hamı tərəfindən tanınsın və sevilsin. Hansı sənətə yiyələnmək
istəyi haqqında danışmağın hələ tez olduğunu bildirdi.
Biz də redaksiyamız adından Zərifəyə uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий