Rəsm çəkmək həvəsi daha çox 6 yaşından sonra özünü büruzə vermişdi. Bunun üçün onda həvəs oyadan xüsusi bir adam olmayıb, sadəcə uşaqlıqdan rəsm çəkməyi xoşladığından bu həvəsi getdikcə bir az da artıb.
Abbas hazırda Masazır kənd Əliağa Vahid adına 1 saylı tam orta məktəbin VI sinif şagirdidir. Dərslərinə də xüsusi diqqət edən Abbas ən sevdiyi fənlərin sırasında ədəbiyyat, riyaziyyat fənlərini qeyd edir. Məktəbin tədbirlərində də aktiv iştirak edir.
Rəsmlə bağlı qazandığı uğurlara görə məktəbin rəsm müəllimi Bilqeyis Quliyevaya minnətdarlıq edir. Qeyd edək ki, Bilqeyis müəllimə məktəbin foyesində və öz təşəbbüsü ilə yaratdığı təsviri incəsənət muzeyində şagirdlərin əl işlərindən ibarət olan kompozisiyalar nümayiş etməklə şagirdlərin daha da ruhlanmasına köməklik göstərmişdir. Bunları nəzərə alaraq gələcəkdə daha böyük işlər görə biləcəyinə inanan Abbas rəsm bacarıqlarını daha da təkmilləşdirmək, rəsm dərnəyinə getmək və gələcəkdə dizayner olmaq arzusundadır. Asudə vaxtlarında əlavə kitablar oxumağı xoşlayır.
Biz də redaksiyamız adından Abbasa uğurlarının davamlı olmasını arzu edirik!
Комментариев нет:
Отправить комментарий