İstedad insanda uşaqlıqdan hər hansı bir sahəyə olan maraqdır.
İstedadı inkişaf etdirmək üçün şərait olduqda isə o, özünü daha parlaq və
qabarıq şəkildə büruzə verir. Eyni zananda hər bir valideynin də borcudur ki,
övladının maraq sahəsini öyrənib onu həmin sahəyə doğru istiqamətləndirə
bilsin. Haqqında danışacağımız Fidan qızımız düzgün istiqamətləndirilmiş,
qeyri-adi istedadı ilə digər uşaqlardan fərqlənən bir qızdır.
Fidan Alı qızı Həsənova 27 iyil 2009-ci ildə Sumqayıt şəhərində
anadan olub. O, körpəlikdə çox sakit uşaq olub. İdmana marağı kiçik yaşlarından
yaranıb. Fidan 4 yaşında olarkən valideynləri ona toplar, kəndir, turnik almış,
onu gimnastikaya yazdırmışlar. 6 yaşında artıq o, rayon birincisi olmuşdur.
Məktəbə gedənə qədər artıq oxumağı, yazmağı bacarırdı. Rus və Azərbaycan
dillərində sərbəst yazıb oxuyur. Xırdalan şəhəri 2 №-li məktəbdə təhsil alır. Dərslərini
əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, rus dili və ingilis
dilidir. Fidan məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir.
Həyatının ən uğurlu gününü rayonlararası yarışda I yer qazandığı gün
hesab edir. İlk diplomunu gimnastikadan qazanıb. Əldə etdiyi nailiyyətlərə görə
özünü valideynlərinə, ibtidai sinif müəllimi Nailə xanıma və gimnastika müəllimi
Rəfiqə xanıma borclu bilir.
Anasına bənzəmək istəyir. Anası kimi savadlı həkim olmaq
arzusundadır.
Asudə vaxtlarını dostları ilə keçirir, kitab oxuyur, internetdən
maraqlı məlumatlar toplayır.
Biz də redaksiyamız adından Fidana uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий