elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 декабря 2016 г.

Zamanlı Rüxsarə Xaqani qızı

Zamanlı Rüxsarə Xaqani qızı 01 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Rüxsarə körpəlikdə çox şən və olduqca maraqlı uşaq olub. Hələ uşaqlıqdan kitablara, musiqiyə və rəngli şəkillər çəkməyə xüsusi maraq göstərirdi. Valideynlərinin xüsusi diqqəti və qayğısı sayəsində o, məktəbə gedəndə artıq sərbəst olaraq yazıb-oxumağı bacarırdı. Artıq 4-5 yaşlarında şəkil çəkməyə xüsusi maraq göstərir və sərbəst olaraq şəkillər çəkirdi. Musiqiyə xüsusi marağı olduğu hiss olunurdu.
Rüxsarə hazırda 83 №-li məktəb-liseydə təhsil alır. Dərslərini əla oxuyur. Fənlərin hamısını eyni dərəcədə sevir və həvəslə oxuyur. Məktəbdə keçirilən bayram tədbirlərində, fənn olimpiadalarında həmişə fəal iştirak edir. Həyatının ən maraqlı günün I sinfə getdiyi ilk gün olduğunu deyir. Təhsildə və ictimai işlərdə fərqləndiyinə görə fəxri fərman, diplom və tərifnamələrə layiq görülmüşdür.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə, xüsusən də anasına borclu olduğunu söyləyir. Ən yüksək zirvələri fəth etməyi qarşısına məqsəd qoyub. Gələcəkdə tanınmış siyasətçi olmaq arzusundadır. Arzularının dəyişəcəyini də istisna etmir.
Asudə vaxtlarının az olduğunu deyir. Adətən belə vaxtlarda kitab oxuyur, şəkillər çəkir. Mistik və fantastik janrlarda mütaliə etməyi, filmlərə baxmağı, peyzaj çəkməyi xoşlayır.
Gələcək planları çoxdur. İlk olaraq təhsilini “Gənc istedadlar” liseyində davam etdirmək istəyir. Daha sonra yüksək balla Amerikanın Stenford Universitetinə qəbul olmaq arzusundadır. Dünyanın qlobal problemlərini həll etmək barədə düşünür.


Комментариев нет:

Отправить комментарий