elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 января 2017 г.

Bağırlı Ümid Elnur oğlu

Bağırlı Ümid Elnur oğlu 16 avqust 2005-ci ildә Bakı şәhәrindә anadan olmuşdur. Ailәnin tәk övladı olan Ümid körpәlikdә qeyri-adi hərəkətləri ilə hamının diqqətini çəkməyi bacarıb. Kitab oxumağı, plastilinlә oynamağı vә nağıl yazmağı sevib.
Mәktәbә gedәnә qәdәr artıq yazıb-oxumağı bilirdi. Ümidə yazıb-oxumağı nәnәsi və anası öyrәdib. 1 №-li mәktәbdә tәhsil alır. Dәrslәrini әla qiymәtlәrlә oxuyur. Әn çox sevdiyi fәnlәr riyaziyyat, biologiya vә әdәbiyyatdır. Mәktәbdә keçirilәn bir çox tәdbirdә iştirak edib. Fəal iştirakına görə dəfələrlə fəxri fərmanla mükafatlandırılıb.
Asudә vaxtlarında üzgüçülüyə gedir. Kitab oxumağı çox sevir.
Ümid deyir ki, hәkim olacaq. Әn әsas istәyir ki, fәaliyyәti ilə insanlara kömәk etsin.
Әn maraqlı günü “Kopenqaqena Leqolende”də getdiyi gündür.
Әldә etdiyi nailiyyәtlәrә görә özünü müәllimlәrinә, ailәsinә vә xüsusәn dә anasına borclu bilir. Çünki anası onu hər işində dəstəkləyir.

Ümidlәri doğruldasan, uğur hәmişә sәninlә olsun, Ümid.

2 января 2017 г.

Məmmədova Dilbər Tariyel qızı

 
Məmmədova Dilbər Tariyel qızı 13 mart 2004-cü ildə Bakı şəhərində anadan olub. Dilbər körpəlikdən diqqətli və ağıllı uşaq olmuşdur. O, intellektual oyunlar oynamağı sevmiş, hər zaman kitablarla maraqlanmışdır. 4 yaşından etibarən məktəbəqədər hazırlıq kurslarına getmiş, kurslarda da özünü fəal göstərmişdir. Bu kurslarda ingilis dili, rəsm, musiqi, rəqs, ədəbiyyat fənlərindən dərs almışdır. Qeyd edək ki, Dilbər oxu dərslərində sürətli oxu üzrə hər zaman yüksək nəticə əldə edir. Həmçinin inşa yazmaq qabiliyyəti ilə daim seçilir. Dilbərin yaşı az olsa da, çox gözəl nitqə malikdir. Dilbər məktəbə gedənə qədər artıq yazıb-oxumağı bacarırdı. Həm getdiyi kurslar, həm də evdə valideynlərinin onun təhsili ilə ciddi məşğul olmaları öz nəticəsini göstərib.
Xüsusi vurğulayaq ki, Dilbərgilin ailəsi musiqiçilər ailəsidir. Babası Məmmədov Tariyel əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, “Musiqi dünyası” jurnalının baş redaktorudur. Nənəsi Məmmədova Leyla sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru və elmi katibidir. Bu səbəbdən də çox erkən yaşalarından Dilbərdə də musiqiyə meyil və həvəs yaranmış, bu sahədə istedadı aşkarlanmışdır.
Dilbər 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur və ən sevimli fənləri ədəbiyyat, ingilis dili, alman dili, informatika və musiqidir. O, məktəbdə keçirilən tədbir və müsabiqələrdə fəal iştirak edir. Dəfələrlə qalib olub. Onu da qeyd edək ki, iki dəfə təhsil aldığı 354 №-li uşaq musiqi məktəbinin sagirdi kimi respublika üzrə fortepiano müsabiqəsində diplomant adını qazanıb.
Qazandığı uğurlara görə ilk növbədə valideynlərinə, müəllimlərinə, xüsusilə ibtidai sinif müəllimi olmuş Mətanət Seyidovaya, sinif rəhbəri Kəmalə xanım Qarayevaya, ingilis dili müəllimi Elmira xanıma, Azərbaycan dili müəllimi Ağabacı xanıma, musiqi müəllimi Siala Vaxtanqovnaya, riyaziyyat müəllimi Azadə xanıma borclu olduğunu deyir. Anasına, xalasına oxşamaq istəyir. Xalası kimi ingilis dilini sərbəst bilməyə, informatika elmləri üzrə mütəxəssis olmağa çalışır. Ən əsası isə xeyirxah və ədalətli insan olmaq istəyir. Dilbər düşünür ki, bu keyfiyyətlərə malik olsa, uğur özü onu tapacaqdır. O, babasının yolunu davam etdirərək hüquqşünas olmaq və ya informatika elmləri üzrə mütəxəssis olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, kompüterdə məşğul olur. Daha çox dünya klassiklərinin əsərlərini oxumağa üstünlük verir. Bax, Bethoven, Motsart, Q. Qarayevin yaradıcılığını dərindən öyrənməyə çalışır.

Əldə etdiyi uğurlar barədə dövri mətbuatda dəfələrlə məlumatlar dərc olunmuşdur. “Musiqi dünyası” jurnalında, “Kaspi” qəzetində Dilbər barədə maraqlı yazılar nəşr edilmişdir. 

İbrahim Zaur oğlu Qafarov

İnsan övladı dünyanı dərk etməyə başlayandan tükənməz arzularla yaşayır. Növbəti qəhrəmanımız İbrahim Zaur oğlu Qafarov da arzular dəryasında üzən balalarımızdandır.
İbrahim 28 aprel 2003-ci ildə Bakı şəhərində anadan olub. İbrahim balamız körpəlikdə çox aktiv uşaq olub. Məktəbə gedənə qədər oxuyub-yazmağı bacarıb. Hazırda 23 №-li məktəbdə təhsil alır. Bütün fənləri çox sevir. Xarici dillərə böyük marağı var. Körpəlikdən idmana çox böyük həvəsi olub. Bu həvəs onda atası tərəfindən yaradılmışdır. İbrahim “Vətən” klubunun üzvüdür. Bundan başqa “Xətai” basketbol komandasında oynayır. Bu ilin yayında iştirak etdiyi təlim gününü ən maraqlı günü hesab edir. Belə ki, İtaliyanın “Yuventus” komandası uşaqlar üçün Bakıda bu ilin yayında təlim məşq toplantısı keçirdi, İbrahim də bu təlimlərə həvəslə gedib. Çünki ən çox sevdiyi futbolçular onun yanında idi. Bu günün ən sevincli anı isə İtaliyanın məşhur məşqçisinin ona öz imzası olan topu hədiyyə verməsi olub.
Əldə etdiyi bütün nailiyyətlərə görə özünü valideynlərinə və müəlliminə borclu bilir.
Baxmayaraq ki, futbola böyük həvəsi var, amma gələcəkdə memar olmaq istəyir. Çünki uşaqlıqdan atasının hazırladığı layihələr onu maraqandırıb. Ona görə də atası kimi memar olmağı arzulayır.
Asudə vaxtlarında müxtəlif ölçülərdə, formada konstruksiyaları yığmaqla məşğul olur və şəkil çəkir. “Üfüqdə siluet” adlı rəsm əsəri “İncəsənət Art Energy 20” adlı kitabda nəşr edilmişdir.
Gənc istedadımızın arzusu təhsilini xaricdə davam etirmək, tanınmış memar olmaq və tarixin yaddaşında hazırlayacağı layihələr əsasında tikilmiş memarlıq abidələri ilə qalmaq istəyir.
Biz də redaksiyamız adından İbrahimə gələcək planlarında nailiyyətlər arzulayırıq.

Uğurların bol, yolun açıq olsun, İbrahim.

İsmayılzadə Miryəhya Fuad oğlu

İsmayılzadə Miryəhya Fuad oğlu 17 avqust 2008-ci ildə Bakı şəhərində anadan olub. Miryəhya körpəlikdən hər şeyə maraq göstərməsi, uşaq olmasına baxmayaraq həyatı dərk etmək üçün maraqlı suallar verməsi ilə seçilirdi. O, daima əşyaları detallara ayıraraq yenidən bərpa etməsi, konstruktor, pazlların tez bir zamanda yığılması və fantaziyası ilə fərqlənirdi. 4-5 yaşlı Miryəhya çəkdiyi rəsmlərdə robot, uçan obyektlərə üstünlük verib. O, kiçik yaşlarından böyüyəndə robot düzəltməklə məşğul olacağını deyirdi. Bunun üçün riyaziyyatı yaxşı bilməsinin vacibliyini eşidən vaxtdan Miryəhyada riyaziyyata böyük həvəs yarandı. Məktəbə gedənə qədər Miryəhya hazırlıq kurslarında məşğul olaraq yazmaq, rəsm çəkmək öyrənmişdir.
Hazırda Avropa Azərbaycan məktəbində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevimli fənləri riyaziyyat və ingilis dilidir. Məktəbdə keçirilən fənn və idman yarışlarında həmişə fəal iştirak edir və birinci olmağa çalışır. Məktəbin dram dərnəyinin üzvü kimi bir-neçə tamaşada iştirak edib. Ən sevimli və əlamətdar gün kimi riyaziyyat üzrə yoxlmadan 100 bal alaraq I olduğu və məktəbdə keçirilən II Beynəlxalq İdman Oyunları zamanı nailiyyət qazandığı günün olduğunu deyir. Dəfələrlə riyaziyyat, ingilis dili üzrə həftə və ayın birincisi olmuş, tərifnamələrlə mükafatlandırılmışdır.
Gələcəkdə insanlara yardım üçün çoxlu ixtiralar etmək istəyir. Onun ən böyük arzusu insanlara hər sahədə yardım edən robotlar hazırlamaqdır.
Asudə vaxtlarında bədii və ensiklopedik kitablar oxuyur, gitarda ifa edir, kompüterdə məşğul olur, stolüstü oyunlar oynayır. Gitarda ifa etməyə və rəsm çəkməyə daha çox üstünlük verir.
Miryəhya dərslərini yaxşı oxuyub əla qiymətlərlə ili başa vuracağını valideynlərinə söz verib, onlar isə Miryəhyaya laboratoriya hazırlanmasında kömək edəcəklərini deyirlər.
Miryəhya nailiyyətinə görə müəllimlərinə, valideynlərinə minnətdardır.

Gələcəyin ixtiraçısına uğurlar arzulayırıq. 

Şahmuradov Raul Rauf oğlu

Şahmuradov Raul Rauf oğlu 28 mart 2003-ci ildə Bakı şəhərində anadan olmuşdur. Raul körpəlikdən sakit və sözəbaxan uşaq olub. Maraqları müxtəlif olub. Ən çox xoşladığı məşğuliyyət konstruktorlarla oynamaq idi. O, məktəbə gedənə qədər sərbəst yazıb-oxumağı bacarırdı. Bunu ona babası öyrətmişdir. Raul 23 №-li məktəbdə təhsil alır. Dərslərdə fəaldır, əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər riyaziyyat, fizika və inglilis dilidir. Məktəbdə təşkil edilən tədbirlərdə fəal iştirak edir. VI-VIII siniflərdə riyaziyyat və biologiya olimpiadalarında iştirak edib və fəxri fərmanla təltif olunub.
Həyatının ən xoş gününü atasının ona kompüter aldığı günü hesab edir. Buna görə atasına minnətdardır.
Əldə etdiyi nailiyyətlərə görə özünü valideynlərinə, babasına və müəllimlərinə borclu bilir.
 Gələcəkdə təhsilini xarici ölkədə davam etdirmək istəyir.
Asudə vaxtlarında basketbolla məşğul olur. Bu sahədə məşqçi-müəlliminin ona köməyi çox dəyib. Raul Fuad müəllimi çoxdan tanıyır və ona minnətdardır.
Tarixin yaddaşında əbədi olaraq qalmaq, vətənə, millətə yararlı övladlardan olmaq üçün çalışır. Raul belə düşünür ki, bir insan istəyinə və məqsədinə nail olmaq üçün çox oxumalıdır.

Biz də redaksiyamız adından Raula uğurlar arzu edirik.

Sevda Müşviq qızı Hacızadə


Sevda Müşviq qızı Hacızadə 9 noyabr 2002-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda şəkil çəkməyi, musiqi dinləməyi çox sevirdi. Musiqi sədaları altında yatırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Sevda Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur. Bütün fənləri sevir, riyaziyyat və tarixə isə daha böyük həvəs göstərir. Məktəbdə keçirilən olimpiadalarda, bayram tədbirlərində fəal iştirak edir. Uğurlarına görə valideynlərinə minnətdardır.
Gələcəkdə ali məktəbə, magistraturaya qəbul olmaq, cəmiyyətə yararlı və dəyərli bir insan kimi yetişmək istəyir.
Tarixin yaddaşında qalmaq üçün işində peşəkar olmağın zəruriliyini anlayır.
Asudə vaxtını səmərəli keçirir. Kitab oxuyur, xarici dillər öyrənir, musiqi dinləyir.
Əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimi Nigar xanıma minnətdardır.

Biz də Sevda qızımıza uğurlar arzu edirik.

1 января 2017 г.

Elfunə Nurəddin qızı Abuzərova

Haqqında bəhs etdiyimiz növbəti qəhrəmanımız Elfunədir. Elfunə Nurəddin qızı Abuzərova 19 aprel 2007-ci ildə Bakı şəhərində anadan olub. O, körpəlikdə çox dəcəl olub. Şəkil çəkməyi çox sevib. Kiçik yaşlarından yazıb-oxumağı bacarırdı. Bu bacarıq ona bağça müəllimi və valideynləri tərəfindən öyrədilmişdir. İlk təhsilini bağçada alıb. Hazırda isə Xırdalan şəhəri 2 №-li tam orta məktəbdə təhsilini davam etdirir. Ən çox sevdiyi fənlər ingilis dili, rəsm, rus dilidir. Dərslərini əla qiymətlərlə oxuyur. Bağçada, məktəbdə keçirilən tədbirlərin fəal iştirakçısı olub.
Elfunə idmanın karate növü ilə məşğul olur. 2016-cı ildə karatedə əldə etdiyi uğurlara görə diplomla təltif olunub. 2016-cı tədris ilində təlimdə qazandığı müvəffəqiyyətə və nümunəvi davranışına görə də diplomla təltif olunmuşdur.
Əldə etdiyi uğurlara görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir.
Gələcəkdə uşaq həkimi olmaq istəyir. Bu maraq onda uşaq vaxtlarından yaranıb. Sahib olacağı peşənin savadlı mütəxəssisi olmaq, həmin peşədə irəliyə getmək istəyir. Ən əsası isə ağıllı olmağı, atasının, anasının başını uca etməyi qarşısına məqsəd qoyub.
Asudə vaxtlarında piano çalır, idmanla məşğul olur, kitab oxuyur, rəsm çəkir, bəzən ev işlərində anasına kömək edir.

Elfunə, səsinin yüksəklərdən gəlməsini azru edirik. Uğurların bol olsun.