Sevda Müşviq qızı Hacızadə 9 noyabr 2002-ci ildə Bakı şəhərində
anadan olub. Uşaqlıqda şəkil çəkməyi, musiqi dinləməyi çox sevirdi. Musiqi sədaları
altında yatırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Sevda Tahir Həsənov
adına 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur. Bütün fənləri
sevir, riyaziyyat və tarixə isə daha böyük həvəs göstərir. Məktəbdə keçirilən
olimpiadalarda, bayram tədbirlərində fəal iştirak edir. Uğurlarına görə
valideynlərinə minnətdardır.
Gələcəkdə ali məktəbə, magistraturaya qəbul olmaq, cəmiyyətə yararlı
və dəyərli bir insan kimi yetişmək istəyir.
Tarixin yaddaşında qalmaq üçün işində peşəkar olmağın zəruriliyini
anlayır.
Asudə vaxtını səmərəli keçirir. Kitab oxuyur, xarici dillər öyrənir,
musiqi dinləyir.
Əldə etdiyi uğurlara görə valideynlərinə, müəllimi Nigar xanıma minnətdardır.
Biz də Sevda qızımıza uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий