İsmayılzadə Miryəhya Fuad oğlu 17 avqust 2008-ci ildə Bakı şəhərində
anadan olub. Miryəhya körpəlikdən hər şeyə maraq göstərməsi, uşaq olmasına
baxmayaraq həyatı dərk etmək üçün maraqlı suallar verməsi ilə seçilirdi. O,
daima əşyaları detallara ayıraraq yenidən bərpa etməsi, konstruktor, pazlların
tez bir zamanda yığılması və fantaziyası ilə fərqlənirdi. 4-5 yaşlı Miryəhya çəkdiyi
rəsmlərdə robot, uçan obyektlərə üstünlük verib. O, kiçik yaşlarından böyüyəndə
robot düzəltməklə məşğul olacağını deyirdi. Bunun üçün riyaziyyatı yaxşı bilməsinin
vacibliyini eşidən vaxtdan Miryəhyada riyaziyyata böyük həvəs yarandı. Məktəbə
gedənə qədər Miryəhya hazırlıq kurslarında məşğul olaraq yazmaq, rəsm çəkmək
öyrənmişdir.
Hazırda Avropa Azərbaycan məktəbində təhsil alır. Dərslərini əla qiymətlərlə
oxuyur. Ən sevimli fənləri riyaziyyat və ingilis dilidir. Məktəbdə keçirilən fənn
və idman yarışlarında həmişə fəal iştirak edir və birinci olmağa çalışır. Məktəbin
dram dərnəyinin üzvü kimi bir-neçə tamaşada iştirak edib. Ən sevimli və əlamətdar
gün kimi riyaziyyat üzrə yoxlmadan 100 bal alaraq I olduğu və məktəbdə keçirilən
II Beynəlxalq İdman Oyunları zamanı nailiyyət qazandığı günün olduğunu deyir. Dəfələrlə
riyaziyyat, ingilis dili üzrə həftə və ayın birincisi olmuş, tərifnamələrlə
mükafatlandırılmışdır.
Gələcəkdə insanlara yardım üçün çoxlu ixtiralar etmək istəyir. Onun ən
böyük arzusu insanlara hər sahədə yardım edən robotlar hazırlamaqdır.
Asudə vaxtlarında bədii və ensiklopedik kitablar oxuyur, gitarda ifa
edir, kompüterdə məşğul olur, stolüstü oyunlar oynayır. Gitarda ifa etməyə və rəsm
çəkməyə daha çox üstünlük verir.
Miryəhya dərslərini yaxşı oxuyub əla qiymətlərlə ili başa vuracağını
valideynlərinə söz verib, onlar isə Miryəhyaya laboratoriya hazırlanmasında kömək
edəcəklərini deyirlər.
Miryəhya nailiyyətinə görə müəllimlərinə, valideynlərinə minnətdardır.
Gələcəyin ixtiraçısına uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий