İnsan övladı dünyanı dərk etməyə başlayandan tükənməz arzularla
yaşayır. Növbəti qəhrəmanımız İbrahim Zaur oğlu Qafarov da arzular dəryasında
üzən balalarımızdandır.
İbrahim 28 aprel 2003-ci ildə Bakı şəhərində anadan olub. İbrahim balamız
körpəlikdə çox aktiv uşaq olub. Məktəbə gedənə qədər oxuyub-yazmağı bacarıb.
Hazırda 23 №-li məktəbdə təhsil alır. Bütün fənləri çox sevir. Xarici dillərə
böyük marağı var. Körpəlikdən idmana çox böyük həvəsi olub. Bu həvəs onda atası
tərəfindən yaradılmışdır. İbrahim “Vətən” klubunun üzvüdür. Bundan başqa “Xətai”
basketbol komandasında oynayır. Bu ilin yayında iştirak etdiyi təlim gününü ən
maraqlı günü hesab edir. Belə ki, İtaliyanın “Yuventus” komandası uşaqlar üçün
Bakıda bu ilin yayında təlim məşq toplantısı keçirdi, İbrahim də bu təlimlərə həvəslə
gedib. Çünki ən çox sevdiyi futbolçular onun yanında idi. Bu günün ən sevincli
anı isə İtaliyanın məşhur məşqçisinin ona öz imzası olan topu hədiyyə verməsi
olub.
Əldə etdiyi bütün nailiyyətlərə görə özünü valideynlərinə və müəlliminə
borclu bilir.
Baxmayaraq ki, futbola böyük həvəsi var, amma gələcəkdə memar olmaq
istəyir. Çünki uşaqlıqdan atasının hazırladığı layihələr onu maraqandırıb. Ona
görə də atası kimi memar olmağı arzulayır.
Asudə vaxtlarında müxtəlif ölçülərdə, formada konstruksiyaları
yığmaqla məşğul olur və şəkil çəkir. “Üfüqdə siluet” adlı rəsm əsəri “İncəsənət
Art Energy 20”
adlı kitabda nəşr edilmişdir.
Gənc istedadımızın arzusu təhsilini xaricdə davam etirmək, tanınmış
memar olmaq və tarixin yaddaşında hazırlayacağı layihələr əsasında tikilmiş
memarlıq abidələri ilə qalmaq istəyir.
Biz də redaksiyamız adından İbrahimə gələcək planlarında nailiyyətlər
arzulayırıq.
Uğurların bol, yolun açıq olsun, İbrahim.
Комментариев нет:
Отправить комментарий