Məmmədova Dilbər Tariyel qızı 13 mart 2004-cü ildə Bakı şəhərində
anadan olub. Dilbər körpəlikdən diqqətli və ağıllı uşaq olmuşdur. O,
intellektual oyunlar oynamağı sevmiş, hər zaman kitablarla maraqlanmışdır. 4
yaşından etibarən məktəbəqədər hazırlıq kurslarına getmiş, kurslarda da özünü fəal
göstərmişdir. Bu kurslarda ingilis dili, rəsm, musiqi, rəqs, ədəbiyyat fənlərindən
dərs almışdır. Qeyd edək ki, Dilbər oxu dərslərində sürətli oxu üzrə hər zaman
yüksək nəticə əldə edir. Həmçinin inşa yazmaq qabiliyyəti ilə daim seçilir.
Dilbərin yaşı az olsa da, çox gözəl nitqə malikdir. Dilbər məktəbə gedənə qədər
artıq yazıb-oxumağı bacarırdı. Həm getdiyi kurslar, həm də evdə valideynlərinin
onun təhsili ilə ciddi məşğul olmaları öz nəticəsini göstərib.
Xüsusi vurğulayaq ki, Dilbərgilin ailəsi musiqiçilər ailəsidir.
Babası Məmmədov Tariyel əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru,
professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan
musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, “Musiqi dünyası”
jurnalının baş redaktorudur. Nənəsi Məmmədova Leyla sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru və elmi
katibidir. Bu səbəbdən də çox erkən yaşalarından Dilbərdə də musiqiyə meyil və
həvəs yaranmış, bu sahədə istedadı aşkarlanmışdır.
Dilbər 23 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur və
ən sevimli fənləri ədəbiyyat, ingilis dili, alman dili, informatika və musiqidir.
O, məktəbdə keçirilən tədbir və müsabiqələrdə fəal iştirak edir. Dəfələrlə
qalib olub. Onu da qeyd edək ki, iki dəfə təhsil aldığı 354 №-li uşaq musiqi məktəbinin
sagirdi kimi respublika üzrə fortepiano müsabiqəsində diplomant adını qazanıb.
Qazandığı uğurlara görə ilk növbədə valideynlərinə, müəllimlərinə, xüsusilə
ibtidai sinif müəllimi olmuş Mətanət Seyidovaya, sinif rəhbəri Kəmalə xanım Qarayevaya,
ingilis dili müəllimi Elmira xanıma, Azərbaycan dili müəllimi Ağabacı xanıma,
musiqi müəllimi Siala Vaxtanqovnaya, riyaziyyat müəllimi Azadə xanıma borclu
olduğunu deyir. Anasına, xalasına oxşamaq istəyir. Xalası kimi ingilis dilini sərbəst
bilməyə, informatika elmləri üzrə mütəxəssis olmağa çalışır. Ən əsası isə
xeyirxah və ədalətli insan olmaq istəyir. Dilbər düşünür ki, bu keyfiyyətlərə
malik olsa, uğur özü onu tapacaqdır. O, babasının yolunu davam etdirərək hüquqşünas
olmaq və ya informatika elmləri üzrə mütəxəssis olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, kompüterdə məşğul olur. Daha çox
dünya klassiklərinin əsərlərini oxumağa üstünlük verir. Bax, Bethoven, Motsart,
Q. Qarayevin yaradıcılığını dərindən öyrənməyə çalışır.
Əldə etdiyi uğurlar barədə dövri mətbuatda dəfələrlə məlumatlar dərc
olunmuşdur. “Musiqi dünyası” jurnalında, “Kaspi” qəzetində Dilbər barədə
maraqlı yazılar nəşr edilmişdir.
Комментариев нет:
Отправить комментарий