elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 февраля 2017 г.

Sənan Sultan oğlu Ağacamalov

Bir sıra istedadlı yeniyetmәlәrimizin içәrisindә Sənan Sultan oğlu Ağacamalovun da mәqalәsin görәcәksiz Sәnan 2005-ci il avqustun 24-də Bakı şəhərində anadan olub. Körpә yaşlarında çox sakit, aktiv uşaq olub.
5 yaşındaikәn 121№li bağçaya gedib vә İlk təhsil orda alib. Hazırda isә 132-134 saylı Tәhsil Kompleksindә 6ç sinifində təhsil alır.
Dərsə həvəslə gedir və dәrs әlaçısıdır. Mәktәbdә keçirlәn bir çox tәdbirlәrdә iştirak edib.
Kitabxanadan əlavə maraqlı kitablar alıb oxuyur. Komyuter proqramlarından məlumatı var. 2016-cı ilin avqust ayında "For Seasons" otelində model kimi iştirak edib və keçirilən həmin tədbirdə Gulnarə Xəlilovanın və bir sıra jurilər tərəfindən seçilib I yeri tutub. Futbolu, rəqsi sevir.İdmanla məşqul olur, oyun meydançasında vaxt keçirdiyini xoşlayır, sinif uşaqları ilə dostluq münasibətlərinin möhkəm olmasını istəyir, orta məktəbi bitirib, ali məktəbdə təhsil almaq arzusu var. Tez böyüyüb "Vətənə qulluq etmək barədə" düşünür.
Ölkələrin bişirdiyi çörək" mövzusu ətrafında məlumat hazırlamışam və təqdimatında iştirak etmişəm. İlk dəfə Bağçada “Ən yaxşı uşaqlar” adına layiq tərifnamə, orta məktəbdə, rəqs üzrə diplom və model kimi fəxri dipomlara layiq görülmüşəm.
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə minnətardır.
Həmişə yüksəklərdə olmağı arzulayır, ələxüsusus da ali məktəbə daxil olmaq, yüksək vəzifədə çalışmaq istәyir.
Asudә vaxtların da futbol oynamağı, kompyuterdə proqramlaşdırma işi ilə məşqul olmağı xoşlayır.
Əgər rəssam olsaydı valideynlərinin ona köhnə illərdə qonşuların necə mehriban olması haqqında təsəvvürünü əks etdirərdi. Gələcəklә bağlı planları haqqında yalnız orta məktəbi bitirdikdən sonra düşünəcəyini bildirdi qəhrəmanımız.
Həyatda yaxşı işlər görməklə tarixin yaddaşında qala bilmәkdir.
Әldә etdiyi uğurlarına görә valdeyinlәrinә vәәllimi Mehriban xanıma öznü borc bilir.
Sinif rәhbәri Mehriban xanım da Sәnanın çox aktiv, fәal və ağıllı şagirdlərdən olduğunu bildirdi. Onun sözlərinə görə Sənan dәrslәrinә hәmişә hazırıqlı olur, ictimai işlərdə də xüsusi fəallıq göstərir.

“İctimai” telekanalda Sənanın model kimi fəaliyyəti işıqlandırılıb.

5 февраля 2017 г.

Kərimli Nəzrin Mübari­z qızı

Kərimli Nəzrin Mübari­z qızı 14 avqust 2007­-ci ildə Bakı şəhərin­də anadan olub. Körpə­likdə, ətrafdakı hər ­şeyə maraq göstərən v­ə dəcəl uşaq olub. Uş­aqlığının sevimli məş­ğuliyyətləri rəsm çək­mək, rəqs etmək və mu­siqi dinləmək idi. Mə­ktəbə gedənə qədər 5 ­yaşlıların hazırlıq q­rupunda hazırki sinif­ rəhbəri Əsginaz müəl­limə sayəsində yazmağ­ı və oxumağı öyrənib.­ 4 yaşından sonra Nəz­rinin, nənəsi Gülçöhr­ə xanımın sayəsində r­əqsə və rəsm çəkməyə ­marağı oyanıb. İlk də­fə 182 saylı orta mək­təbin I sinfinə addım­ atıb. Hazırda həmin ­məktəbin IV sinif şag­irdidir. Sinfin əlaçı­ şagirdlərindən birid­ir. Bütün dərslərini ­yaxşı oxuyur. Ən çox ­xoşladığı dərslərin A­zərbaycan dili, riyaz­iyyat, həyat bilgisi,­ texnologiya və xaric­i dil olduğunu bildir­ir. Məktəbdə keçirilə­n ümumi və sinifdaxil­i tədbirlərin fəal iş­tirakçısıdır. Bu tədb­irlərin sırasında Əli­fba bayramı, Novruz, ­Yeni il şənliklərini ­qeyd etmək olar. Əlif­ba bayramında Nəzrin,­ "əsgər anası" rolund­a, Novruz bayramında ­"torpaq çərşənbəsi" o­brazında və "Arşın ma­l alan" rəqsi ilə çıx­ış edib. 
Əldə etdiyi uğur və ­nailiyyətlərinə görə ­özünü valideynlərinə ­və müəllimlərinə borc­lu hesab edir. Gələcə­kdə xalqına və ölkəsi­nə faydalı insan olma­q istəyir. Ən böyük i­stəyi odur ki, valide­ynləri illər sonra da­ onunla bu günki kimi­ fəxr etsinlər. I sin­ifdən, Rəqsanə müəlli­məsini gördükcə  xari­ci dil müəllimi olmağ­a qərar verib. 
Asudə vaxtlarında şa­hmat  oynamağı, rəsm ­çəkməyi, muncuqlardan­ müxtəlif aksesuarlar­ hazırlamağı xoşlayır­. Bədii əsərlər oxuma­ğa böyül maraq göstər­ir və oxuduğu kitabla­rın arasında müəllifi­ Robert Stevenson ola­n "Dəfinələr ağacı", ­Jül Vernin "Kapitan Q­rantın uşaqları", Mar­t Tvenin "Şahzadə və ­dilənçi" əsərlərinin ­olduğunu qeyd edir. 
İllər sonra xeyriyyə­ işləri görən bir qad­ın kimi adını tarixin­ yaddaşına  yazmaq is­təyir. Əsas planların­dan biri ingilis dili­ni mükəmməl öyrənib, ­Avropada təhsilini da­vam etdirməkdir. 
Sonda qeyd edək ki, ­3 fevral 2016-cı il t­arixində Nəzrin haqqı­nda Mədəniyyət kanalı­nda yayımlanan "Təhsi­l və tərəqqi" veriliş­ində məlumat verilib.
Yeni uğurlarında gör­üşmək ümidi ilə!

3 февраля 2017 г.

Şahgəldiyeva Roza Nəsimi qızı

Şahgəldiyeva Roza Nəsimi qızı 6 aprel 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında dünyaya göz açıb. Abşeron rayon Saray qəsəbəsindəki 3 saylı orta məktəbdə təhsil alır.
Roza dərslərini əla oxu­yur. Ən çox sevdiyi fənlər Azərbay­can dili, ingilis dili, rus dili və riyaziyyatdır. Sinif rəhbəri Zümrüd xanım Rozanın məktəbdəki fəaliy­yətindən, həm təhsil­də, həm də davranışda nümu­nəvi şagirdlərdən olma­sından ağızdolusu danışdı.
Roza məktəbin ictimai həyatında da fəal iştirak edir. Yeni il, Novruz bayra­mına həsr olunmuş tədbir­lərdə, Rus dili gecəsində və sinifdə təşkil olunan digər tədbirlərdə şeir söyləmək, mahnı oxumaqla öz töhfəsini verib. Roza təhsildə və icti­mai fəaliyyətində əldə etdiyi uğurlara görə kitablara, müəllimlərinə və ailə üzvlərinə borclu olduğunu bildirdi.
O, babasına oxşamaq istəyir. Babası kimi həkim olmaq arzusundadır. Savadlı həkim kimi xalqına xidmət etməyi qarşısına məqsəd qoyub. I sinifdə oxuyarkən babasının tibb sahəsinə aid kitabları ilə tanış olduqdan sonra bu fikrə gəldiyini bildirir.
Roza asudə vaxtlarında bədii kitab oxumağı, rəsm çəkməyi, piano çalmağı xoşlayır. O, Sumqayıt şəhərindəki Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Rəna xanımın rəhbərlik etdiyi rəsm dərnəyinin üzvüdür. Rəna xanım da öz növbəsində Rozanın təsviri incəsənət sahəsində istedadı ilə seçilən yeniyetmə olduğunu xüsusi vurğuladı.
Bu gün üçün qəhrəmanımızın əsas hədəfi orta məktəbi əla qiymətlərlə bitirib, Tibb Universtetinə daxil olmaqdır. Tibb sahəsində elmi kəşflər etmək və sağalmaz dərdlərin dərmanını tapmaq isə gələcək planlarındandır.

Roza televiziyada “Çoxbilmişlərdənsinizmi?” verilişinin də qalibi olub.

2 февраля 2017 г.

Şabayev Elmir Teymur oğlu

Şabayev Elmir Teymur oğlu 4 avqust 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Elmir uşaqlıqda sakit, işə uzun müddət diqqət verə bilən uşaq olub. Şəkil çəkməyi, konstruktor tipli oyuncaqlarla oynamağı, leqo yığmağı çox xoşlayıb. Əsas marağı oyuncaq maşın kollessiyası toplamaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, ingilis dilində sərbəst danışmağı bacarıb. Uşaqlıqdan ingilis dilində proqramlara, kinolara baxmağa maraq göstərib. İngilis dilini əvvəl fərdi müəllim yanında, daha sonra isə “BEBY ROM” uşaq hazırlıq kursuna getməklə öyrənmişdir. 3-4 yaşından etibarən çətin yığılan konstruktor tipli oyuncaqları tez bir vaxta yığması Elmirin məntiq tələb edən elmə həvəsi olduğunun göstəricisi idi. Bu həvəsi onda heç kim yaratmayıb. Anasının fikrincə, bu ona irsi ötürülüb. Belə ki, Elmirin nənəsi yaxşı riyaziyyatçı idi.
Elmir 1 №-li orta məktəbin VI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənlər isə riyaziyyat və ingilis dilidir. Kikboksinq Federasiyasının prezidenti tərəfindən diplomla təltif olunduğu gün ən yaddaqalan günüdür. Ad gününü qeyd etməyi sevir. Çünki ad günündə istəkli qohumları ətrafında olurlar.
Əldə etdiyi nailiyyətlərə görə sinif rəhbəri Natəvan xanım başda olmaqla məktəbin bütün müəllim heyətinə və valideynlərinə borclu olduğunu deyir. Atasına oxşamaq istəyir.
Asudə vaxtlarında alman dilini öyrənir, basketbol və kikboksinq idman növləri ilə məşğul olur. Kompüterdə oynadığı oyunları ingilis dilinə tərcümə edərək “Youtube” proqramına yükləməyi xoşlayır.
Gələcək fəaliyyətində ən yüksək pilləyə qalxmaq istəyir. Seçəcəyi sənətin ən yaxşı mütəxəssisi olmağı arzulayır. Gələcəkdə hansı sənətə sahib olacağına hələ tam qərar verməyib. Ancaq yaxşı iqtisadçı olmaq ona maraqlı gəlir. Orta məktəbi əla qiymətlərlə qutarmaq və ali məktəbə daxil olmaq irəlidəki ən böyük məqsədidir.

Arzu və istəklərinə çatasan, Elmir. 

1 февраля 2017 г.

Özdemir Hüsnə Bünyami­n qızı


Özdemir Hüsnə Bünyami­n qızı 8 may 2007-ci ­ildə Bakı şəhərində a­nadan olub. Hüsnə, re­spublikamızın ümumtəh­sil məktəblərinin öz ­uğurları ilə fərqlənə­n şagirdlərindən biri­dir. Valideynləri ilə­ söhbət edərkən, bild­irdilər ki, uşaqlıqda­ nə çox dəcəl, nə də ­çox sakit uşaq olub. ­Daha çox sevdiyi məşğ­uliyyətlər isə rəsm ç­əkmək, saplarla müxtə­lif əl işləri toxuyub­ hazırlamaq idi. 4 ya­şından artıq yazmağı ­və oxumağı Süsən müəl­limənin köməyi ilə öy­rənib. Həmçinin ingil­is dili və rus dilind­ə də müəyyən məlumatl­ar əldə etmişdi. 
Onun həm əl işlərinə­ olan marağı, həm də ­yazıb-oxumaq həvəsi 4­ yaşından başlayaraq ­özünü büruzə vermişdi­. Hazırda Binəqədi ra­yonunda 182 saylı ort­a məktəbin IV sinif ş­agirdidir. Sinfin əla­çı şagirdlərindən bir­idir. Daha çox texnol­ogiya, informatika, a­na dili, riyaziyyat, ­ingilis dili dərsləri­ni xoşlayır. Demək ol­ar ki, elə bütün fənl­əri sevir. Həm sinifd­axili, həm də məktəbd­axili tədbirlərdə fəa­l iştirak edir. Bu tə­dbirlərdə müxtəlif ro­lları ifa edib. Tədbi­rlərin birində ana ob­razını canlandırıb. B­u rolu çox bəyəndiyi ­üçün həmin günü ən ma­raqlı və yaddaqalan g­ün hesab edir. Ən uğu­rlu günləri isə bütün­ dərslərindən "5" qiy­məti aldığı günlərdir­. Hüsnə bildirir ki, ­onların sinifləri və ­tədbirləri barədə Spa­ce telekanalında 2015­-ci ildə süjet yayıml­anıb. IV(a)  sinif rə­hbəri Əsginaz müəllim­ənin şagirdləri arası­nda Hüsnə də öz uğurl­arı ilə fərqlənir. Əs­ginaz müəllimə də şag­irdlərinin hər bir uğ­uru ilə fəxr edir və ­bildirir ki: "Onların­ haqqında hər bir xoş­ xəbər elə mənim sevi­ncimdir." Onların sin­iflərinin hazırladığı­ tədbirlər, açıq dərs­lər məktəb rəhbərliyi­ tərəfindən də bəyəni­lmişdir. 
Əldə etdiyi uğurlara­ görə valideynlərinə ­və müəllimlərinə minn­ətdarlıq edir. Müəlli­minin sevgisini və qa­yğısını gördükcə özü ­də arzulayır ki, gələ­cəkdə müəlliməsinə ox­şasın. Böyüyəndə vəki­l olmaq istəyir. 6 ya­şından həm öz hüquqla­rını, həm də başqalar­ının hüquqlarını müda­fiə etmək istəyi onda­ vəkil olmağa həvəs o­yadıb. 
Asudə vaxtlarında rə­sm çəkməyi, mahnı oxu­mağı xoşlayır. Onun rəsmə xüsusi marağı var. Hazırda rəsmlə professional şəkildə məşğul olmasa da, tezliklə rəsm dərnəyinə yazılmaq və bu həvəsini daha böyük bacarığa çevirməklə özünü daha da təkmilləşdirməyi fikirləşir.  Səliqə­li olmaq onun üçün va­cib amildir. Bu xüsus­iyyətə çox diqqət yet­irir. 
Gələcək planı belədi­r ki, böyüyüb, öz işi­nin sahibi olub, insa­nların hüquqlarını qo­rusun. 
Tarixin yaddaşında i­z qoymaq üçün yeni mə­ktəblər tikdirib, uşa­qları sevindirmək, və­tənini qorumaq arzusu­ndadır. Belə bir xeyi­rxah vətəndaş kimi ta­rixə düşmək istəyir. 
Biz də Hüsnəyə uğurl­arının davamlı olmağı­nı arzu edirik.