Şabayev Elmir Teymur oğlu 4 avqust 2005-ci ildə Bakı şəhərində dünyaya
göz açıb. Elmir uşaqlıqda sakit, işə uzun müddət diqqət verə bilən uşaq olub. Şəkil
çəkməyi, konstruktor tipli oyuncaqlarla oynamağı, leqo yığmağı çox xoşlayıb. Əsas
marağı oyuncaq maşın kollessiyası toplamaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı,
ingilis dilində sərbəst danışmağı bacarıb. Uşaqlıqdan ingilis dilində
proqramlara, kinolara baxmağa maraq göstərib. İngilis dilini əvvəl fərdi müəllim
yanında, daha sonra isə “BEBY ROM” uşaq hazırlıq kursuna getməklə öyrənmişdir. 3-4
yaşından etibarən çətin yığılan konstruktor tipli oyuncaqları tez bir vaxta
yığması Elmirin məntiq tələb edən elmə həvəsi olduğunun göstəricisi idi. Bu həvəsi
onda heç kim yaratmayıb. Anasının fikrincə, bu ona irsi ötürülüb. Belə ki, Elmirin
nənəsi yaxşı riyaziyyatçı idi.
Elmir 1 №-li orta məktəbin VI sinif şagirdidir. Dərslərini yaxşı
oxuyur. Ən sevdiyi fənlər isə riyaziyyat və ingilis dilidir. Kikboksinq
Federasiyasının prezidenti tərəfindən diplomla təltif olunduğu gün ən
yaddaqalan günüdür. Ad gününü qeyd etməyi sevir. Çünki ad günündə istəkli
qohumları ətrafında olurlar.
Əldə etdiyi nailiyyətlərə görə sinif rəhbəri Natəvan xanım başda
olmaqla məktəbin bütün müəllim heyətinə və valideynlərinə borclu olduğunu deyir.
Atasına oxşamaq istəyir.
Asudə vaxtlarında alman dilini öyrənir, basketbol və kikboksinq idman
növləri ilə məşğul olur. Kompüterdə oynadığı oyunları ingilis dilinə tərcümə edərək
“Youtube” proqramına yükləməyi xoşlayır.
Gələcək fəaliyyətində ən yüksək pilləyə qalxmaq istəyir. Seçəcəyi sənətin
ən yaxşı mütəxəssisi olmağı arzulayır. Gələcəkdə hansı sənətə sahib olacağına hələ
tam qərar verməyib. Ancaq yaxşı iqtisadçı olmaq ona maraqlı gəlir. Orta məktəbi
əla qiymətlərlə qutarmaq və ali məktəbə daxil olmaq irəlidəki ən böyük məqsədidir.
Arzu və istəklərinə çatasan, Elmir.
Комментариев нет:
Отправить комментарий