Kərimli Nəzrin Mübariz qızı 14 avqust 2007-ci ildə Bakı şəhərində anadan olub. Körpəlikdə, ətrafdakı hər şeyə maraq göstərən və dəcəl uşaq olub. Uşaqlığının sevimli məşğuliyyətləri rəsm çəkmək, rəqs etmək və musiqi dinləmək idi. Məktəbə gedənə qədər 5 yaşlıların hazırlıq qrupunda hazırki sinif rəhbəri Əsginaz müəllimə sayəsində yazmağı və oxumağı öyrənib. 4 yaşından sonra Nəzrinin, nənəsi Gülçöhrə xanımın sayəsində rəqsə və rəsm çəkməyə marağı oyanıb. İlk dəfə 182 saylı orta məktəbin I sinfinə addım atıb. Hazırda həmin məktəbin IV sinif şagirdidir. Sinfin əlaçı şagirdlərindən biridir. Bütün dərslərini yaxşı oxuyur. Ən çox xoşladığı dərslərin Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya və xarici dil olduğunu bildirir. Məktəbdə keçirilən ümumi və sinifdaxili tədbirlərin fəal iştirakçısıdır. Bu tədbirlərin sırasında Əlifba bayramı, Novruz, Yeni il şənliklərini qeyd etmək olar. Əlifba bayramında Nəzrin, "əsgər anası" rolunda, Novruz bayramında "torpaq çərşənbəsi" obrazında və "Arşın mal alan" rəqsi ilə çıxış edib.
Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və müəllimlərinə borclu hesab edir. Gələcəkdə xalqına və ölkəsinə faydalı insan olmaq istəyir. Ən böyük istəyi odur ki, valideynləri illər sonra da onunla bu günki kimi fəxr etsinlər. I sinifdən, Rəqsanə müəlliməsini gördükcə xarici dil müəllimi olmağa qərar verib.
Asudə vaxtlarında şahmat oynamağı, rəsm çəkməyi, muncuqlardan müxtəlif aksesuarlar hazırlamağı xoşlayır. Bədii əsərlər oxumağa böyül maraq göstərir və oxuduğu kitabların arasında müəllifi Robert Stevenson olan "Dəfinələr ağacı", Jül Vernin "Kapitan Qrantın uşaqları", Mart Tvenin "Şahzadə və dilənçi" əsərlərinin olduğunu qeyd edir.
İllər sonra xeyriyyə işləri görən bir qadın kimi adını tarixin yaddaşına yazmaq istəyir. Əsas planlarından biri ingilis dilini mükəmməl öyrənib, Avropada təhsilini davam etdirməkdir.
Sonda qeyd edək ki, 3 fevral 2016-cı il tarixində Nəzrin haqqında Mədəniyyət kanalında yayımlanan "Təhsil və tərəqqi" verilişində məlumat verilib.
Yeni uğurlarında görüşmək ümidi ilə!
Комментариев нет:
Отправить комментарий