elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 марта 2018 г.

Baxşəli-zadə Nigar Emil qızı

 

 
Növbəti qəhrəmanımız Nigardır. Nigar körpəlikdə gülərüz, nadinc və hiperaktiv uşaq idi. Bir şox həmyaşıdları kimi hər bir şeyə maraq göstərər, rəsm çəkməyi sevərdi. Evin divarlarında rəsmlər çəkir, mozaika qurmagı sevir, evdə rastına məmulatlardan kimyagərlik etməyi sevərdi. Nigarda təsviri incəsənətə maraq bacısı Qəmərin çəkdiyi şəkillərdən ilhamlanaraq yaranmışdı.
İncəsənət Gimnaziyasının müəllimi Təranə Babayevanın sayəsində onun təsviri incəsənətə meyli daha da artdı. Təranə xanımdan aldığı dərslər onu daha da ilhamlandırırdı. Nigar gimnaziyada keçirilən sərgilərdə iştirak edərək fəxri fərmanlarla təltif olunmuşdur.
Baxşəli-zadə Nigar Emil qızı Bakı şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini 236 saylı məktəbdə almış, hər zaman onun rəsmi əlaçılar lövhəsini bəzəmiş və sinif nümayəndəsi olmuşdur. O hazırda təhsilini Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının V sinfində davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, fransız dili, ingilis dilidir.
Nigar gimnaziyada keçirilən tədbirlərdə, sərgilərdə dəfələrlə iştirak etmiş, xarici ölkələrdə keçirilən bir neçə müsabiqədə rəsmləri sərgilənmişdir. Təsviri incəsənətdən əlavə o, gipslə işləməyi, toxuculuğu, tikişlə məşğul olmağı sevir. Tikiş müəllimi İqlimə İsmayılova onu daim həvəsləndirir. Oxuduğu məktəbdə konstruktorluğa, aktyorluğa da meyl göstərir.
O, həmçinin qardaşının şahmatla məşgul olmasından ilhamlanaraq uşaq yaşlarında Töfiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılq Sarayında idman ustalığına namizəd, Bakı Dövlət Universitetinin dosenti, 45 ildən çox şahmat müəllimi işləyən Fikrət Firuz oğlunun rəhbərliyi ilə şahmatın sirlərinə də yiyələnmişdir. Eyni zamanda həmin sarayda milli rəqsə getmiş, həm də İdman və Bal Rəqsləri Federasiyasının prezidenti Etibar Məmmədovun “Aypara” qrupunda Latın Amerikan və Avropa bal rəqslərinə yiyələnməyə başlamışdır.
Hazırda Nigar idman və bal rəqsləri üzrə dərslərini davam etdirir və bu sahədə birinciliklər əldə edir. “Gənc ulduzlar”, “Gözəllik və zəriflik”, “Parlayan ulduzlar”, “Yaz çələngi” və s. kimi açıq turnir və müsabiqələrdə “Aypara” qrupunun adı altında iştirak etmiş və I yeri əldə edərək diplom və medallarla təltif olunmuşdur. Bir neçə dəfə “Lider” və “İctimai” telekanallarında “Aypara” rəqs qrupuna qrupuna həsr olunmuş verilişlərdə onun da fəaliyyəti işıqlandırılmışdır.
Nigar rəqs, rəsmlə yanaşı həm də Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbində skripka və fortepiano ilə də məşğul olur. Skripka dərslərini Firuz Səməd-zadə, fortepiano dərslərini isə Sevda xanımla Talıbovadan alır. Onda skripkaya maraq italyan skripkaçısı Nikola Paqanininin skripkada ifasını dinlədikdən sonra yaranmışdır.
Qəhrəmanımız təsviri incəsənətlə gimnaziyayla paralel olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində də məşğul olur. Buradakı müəllimi Nigar Şıxəliyeva onun inkişafı üçün əlindən gələni əsirgəmir.
3 mart 2018-ci il tarixində Xətai Sənət Mərkəzində Novruz bayramı ilə əlaqədar keçirilən “Baharı birlikdə qarşılayaq” adlı sərgidə Nigarın da rəsmləri sərgilənməşdir.
Nigar ümumən çox nəcib ürəyə malikdir, daim qonşulara, əlillərə, qocalara, uşaqlara və yaxınlara bacardığı qədər köməklik göstərir. Elə bu xarakterindən dolayı gələcəkdə xeyriyyə təşkilatı yaratmaq arzusundadır.
Yaşı az olmasına baxmayaraq qəhərəmanımız bu günə kimi yaşıdları ilə müqayisədə xeyli uğur əldə edib. Təvazökar xasiyyətinə uyğun olaraq bu zamana qədər əldə etdiyi nailiyyətlərdə ailəsinin və müəllimlərinin xüsusi zəhməti olduğunu bildirir.
Nigarın məqsədi Rəssamlıq Akademiyasına qəbul olaraq rəssam, modelyer-dizayner olmaqdır. Rəsm əsərlərini dünya miqyaslı sərgilərdə nümayış etdirmək və şedevrlər yaratmaq fikrindədir. Həmçinin skripka və rəqs üzrə də daha çox qalibiyyətlər qazanaraq, peşəkar səhnədə çıxış etmək istəyir.
Asudə vaxtlarında rəsm çəkməyi, musiqiyə qulaq asmağı, toxumağı, ev məmulatları ilə kimyagərlik etməyi sevir. Həyətdə qardaşı Yaşarla birgə futbol, basketbol oynayır.
Tarixin yaddaşına Nikola Paqanini, Van Qoq, Leonardo Da Vinçi kimi məşhur olmaq, möhtəşəm əsərlər yaratmaqla düşmək istəyir.

15 марта 2018 г.

Əhmədova Nuray Rövşən qızı

Əhmədova Nuray Rövşən qızı 08.07.2007-ci ildə Bakı şəhərində anadan olub. Nuray körpəlikdən çox sakit, mehriban, paylaşmağı sevən və bu günə qədər hamının sevimlisi olmağı bacaran uşaq olub. Onun ən sevimli məşğuliyyətləri nənəsiylə yemək bişirmək, gəzməyə getmək, nağıl kitabları oxumaq və şəkil çəkməkdir. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anasının köməkliyi ilə öyrənib. Nurayın istedadını ailəsi 5 yaşından müşahidə edib. Onun lap kiçik yaşlarından rəqs etməyə, rəsm çəkməyə və gimnastikaya böyük həvəsi olub.  Nurayın bu həvəsini görən anası onun ilə xüsusi olaraq  məşğul olub. Əhmədova Nuray ilk təhsilini 222 saylı tam orta məktəbdə alıb. Hazırda 20 nömrəli məktəb-liseyin V sinif şagirdidir. O, dərslərini əla qiymətlərlə oxuyur. Nuray bilik və bacarıqlarına görə müəllimlərinin də  rəğbətini, sevgisini qazanıb.  Onun ən sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat və tarixdir. Nuray “Ana dili” və “Riyyaziyyat” gecələrində iştirak edib. O, “Ana dili” gecəsində “Ana dilini sevək, sevdirək” adlı mövzuda yazdığı inşada fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. “Riyaziyyat” gecəsində isə tamaşada “Çevrə” obrazını canlandırıb və fəxri fərmana layiq görülüb. 
Nuray bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borcludur. Böyüyəndə fəaliyyətindən dolayı dayısına oxşamaq istəyir. O, daim ən yüksək zirvələrdə olmaq istəyir. 
Nuray gələcəkdə tarix müəllimi peşəsinə yiyələnmək azrusundadır. O, 5-ci sinifdən bu fikrə düşüb. Bu sahəni seçmək istəyi onun Tarix müəllimi Günel xanımdan qaynaqlanır. Asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi, maraqlı məlumatlar toplamağı və inşa yazmağı sevir. Nuray çəkdiyi şəkillərdə insan təsvirlərinə daha çox üstünlük verir. O, gələcəkdə elə təhsil aldığı 20 nömrəli məktəbdə tarix müəllimi olaraq çalışmaq istəyir. Nuray pedaqoji fəaliyyət ilə yanaşı sahibkarlıqla da məşğul olmaq  niyyətindədir. O, şəxsi mağaza və ya market açmaq arzusundadır. Nuray kitablarda, jurnallarda, xəbər portallarında və hətta yaddaşlarda öz savadı, bacarığı ilə iz qoyub gələcək nəsillərə örnək olmaq niyyətindədir.

Ağakişiyeva Gülnur Əhməd qızı

 
Ağakişiyeva Gülnur Əhməd qızı 2007-ci ilin sentyabrın 10-da Sumqayıt şəhərində anadan olub.  Gülnur körpəlikdən ağıllı, təmkinli, məntiqli, sakit təbiətli, fikirlərini lakonik ifadə etməyi bacaran və yüksək zəkaya malik bir uşaq idi. Onun sevdiyi məşğuliyyəti oriqami, heyvanlar və güllər  hazırlamaq olub. Gülnurun idman sahəsinə də böyük həvəsi var. O, 3 il bədii gimnastika ilə məşğul olub. Yaşının az olmasına baxmayaraq o, mətbəxdə anasına kömək etməyi xoşlayır. Gülnur səyahətə çıxmaqdan, təbiətin gözəlliklərini seyr etməkdən xüsusi zövq alır. Tarixi abidələr, piramidalar, müxtəlif xalqların keçmişi ilə bağlı tarixi flimlər onu çox maraqlandırır. Gülnuru yaşıdlarından fərqləndirən başlıca cəhət yüksək intellektual səviyyəsi və fərqli düşüncə tərzinin olmasıdır. Bir sözlə Gülnur körpəlikdən maraqlı uşaq olub. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri yazıb-oxumağı hazırlıq müəllimi və valideynləri tərəfindən öyrənib. Gülnur müxtəlif riyazi hesablamalar aparmağı çox sevir. Onun fitri istedadı atası tərəfindən 3 yaşından aşkarlanıb. Güclü məntiqi, riyazi bilikləri, gözəl əl qabiliyyəti onu daim fərqləndirib. Bunlardan ən başlıcası onun idarəcilik sistemində liderlik etmək xüsusiyyətinin olmasıdır.
Ağakişiyeva Gülnur ilk təhsilini 300 nömrəli məktəbdə alıb. Hazırda Bakı şəhəri 20 nömrəli məktəb-liseyinin V sinif şagirdidir. Gülnur məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə kimi bilik və bacarıqları yalnız beş ilə qiymətləndirilib. O, sinif nümayəndəsidir. Gülnur bütün fənlərin onun gələcək həyatında vacib rol oynadığını bilir. Tədris olunan bütün fənləri sevməsinə baxmayaraq onun ən sevdiyi fənləri riyaziyyat, ədəbiyyat və tarixdir. Gülnur məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal üzvüdür. O, Yeni il bayramına həsr olunmuş şənlikdə “Qar qız” obrazını böyük məharətlə şənlik iştirakçılarına nümayiş etdirib. Tədbirlərin birində İngilis dilində aparıcılıq etmək işi ona həvalə olunub. Gülnurun bir çox televiziya kanallarında (Lider, Space, ANS, “İctimai, Xəzər),  mental arifmetika üzrə  bacarıqları nümayiş olunub. Eyni zamanda müxtəlif internet saytlarında onun haqqında məlumatlar yayımlanıb. O, 12 dekabr tarixində Atatürk mərkəzində keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu,  ümummilli liderimiz Heydər Əliyevin anım mərasimində çıxış edib. Gülnur mental arifmetika, İngilis dilində sərbəst nitqinə, riyaziyyat fənni üzrə keçirilən bilik yarışmalarında birincilik əldə etdiyinə görə diplom və sertifikatla təltif olunub. Kaspi tədris mərkəzində yüksək zəka nümayiş etdirdiyinə görə də diploma layiq görülüb. Eyni zamanda məktəblərində təşkil olunan imla, inşa yarışmalarında birincilik əldə edərək diplom qazanıb. Gülnur bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə xüsusən də onun daim dəstəkçisi, dayağı olan atasına borclu olduğunu bildirir. O, fəaliyətindən dolayı Azərbaycan dövlətinin birinci xanımı olan  Mehriban Əliyevaya oxşamaq istəyir. Onun kimi xeyirxah, mehriban, ziyalı,peşəkar, daim xalqını, millətini düşünən və ən gözəl insani keyfiyyətləri özündə cəmləşdirən bir şəxsiyyət olmaq arzusundadır. O, Mehriban Əliyevanın müavini olaraq çalışmaq istəyir. Gülnurun ən böyük hədəflərindən biri də dünyanın ən məşhur təhsil ocaqlarından olan Harvard universitetinin məzunu olmaqdır. Məktəbə ilk qədəm qoyduğu gündən bu fikrə düşüb. O, gələcək həyatında müvəffəqiyyət qazanıb, özünə uğurlu yol seçə bilmək üçün ölməz liderimiz, mərhum Heydər Əliyev kimi iradəli, əzəmətli xarakterə sahib olmaq istəyir. Bu onun Heydər Əliyevə olan sonsuz sevgisi və ehtiramının göstəricisidir.  Gülnurun gələcək planları dil biliklərini təkminləşdirmək, ali məktəbə yüksək nəticələrlə  daxil ola bilmək və idman sahəsi üzrə uğurlar qazanmaqdır. Mərhəmət duyğuları olduqca yüksək olan Gülnur kimsəsiz uşaqlar üçün ən yaxşı şəraiti qurmaq, sahibsiz küçə heyvanları üçün sığınacaqlar yaratmaq istəyir. Müxtəlif mövzuda, iri həcmli kitabların müəllifi olmaq, çağdaş dövrümüzdə sosial şəbəkələr yönlü yeni kəşflər etmək niyyətindədir. O, bəddi yaradıcılığın ədəbiyyat sahəsi üzrə “Cek və macəraları” adlı kosmik, fantastik mövzulu kitabın müəllifidir. Gülnur Harvard universitetinin məzunu olaraq Vətəninə qayıdıb, Mehriban Əliyevanın müavini olaraq millətinə xeyirli övlad olmaq niyyətindədir.


14 марта 2018 г.

Əlizadə Zeynəb Nail qızı

Əlizadə Zeynəb Nail qızı 8 aprel 2009-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır.
Ailənin ilk övladıdır. Körpəlikdən ağıllı, sakit və bacarıqlı qız olmuşdur. Zeynəb 4 yaşında olarkən bağçaya daha sonra isə məktəbəqədər hazırlıq kursuna gedərək təhsil almışıdır. Artıq beş yaşında olarkən yazmağı və oxumağı bilirdi. Hal-hazırda Binəqədi rayonunda yerləşən 102 nömrəli orta məktəbdə rus dili bölməsində təhsil alır. Məktəbdə tədris olunan bütün fənnlər üzrə çox fəal iştirak edir və sinifinin əlaçısıdır. Məktəbdə keçirilən bir çox müsabiqə və tədbirlərdə iştirak edir. Uşaq vaxtlarından idmana, xüsusilə də gimnastika-akrobatikaya xüsusi həvəsi və bacarığı olmuşdur. Zeynəb əlavə olaraq üzgüçülük, rəsm, rəqs kimi sahələrə də çox həvəsi olmuşdur. Boş vaxtlarında rəsm çəkməyi, gəzməyi çox xoşlayır.
 Həyatda qazandığı uğur və nailiyyətlərində valideynlərinin, nənə və babalarının, müəllim və müəllimələrinin böyük rolu olmuşdur. Zeynəb məktəbi bitirdikdən sonra Universitetə qəbul olmaq, idmanda da olduğu kimi bütün sahələrdə birinci yeri tutmağı hədəfləyir. Gələcəkdə uşaq həkimi olaraq, savadlı bir həkim kimi xəstə və müalicəyə ehtiyacı olan uşaqları sağaltmaq istəyir.
Zeynəb 21 iyun 2017-ci ildə Respublika İxtisaslaşdırılmış Olimpiya Uşaq Gənclər və Gimnastika Məktəbinin təşkilatçılığı ilə keçirilən Tamblinq üzrə Bakı Gimnastika məktəbinin birinciliyi müsabiqəsində 1-ci yeri tutmuşdur. Daha sonra 6 dekabr 2017-ci ildə Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatşılığı ilə keçirilən Batut Gimnastikası və Tambling üzrə Bakı Çempianatı Balacalar, Qadınlar arasında 1-ci yer tutmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Təşkilatçılığı ilə keçirilən müsabiqədə Batut Gimnastikası və Tambling üzrə Bakı Çempianatı Balacalar, Qadınlar arasında 1-ci yerə layiq görülmüşdür.
Zeynəb Gələcəkdə valideyn himayəsindən məhrum olmuş körpə uşaqlara və yeniyetmələrə təhsil almaları üçün kömək etmək fikrindədir.