Növbəti qəhrəmanımız
Nigardır. Nigar körpəlikdə gülərüz, nadinc və hiperaktiv uşaq idi. Bir şox həmyaşıdları
kimi hər bir şeyə maraq göstərər, rəsm çəkməyi sevərdi. Evin divarlarında rəsmlər
çəkir, mozaika qurmagı sevir, evdə rastına məmulatlardan kimyagərlik etməyi sevərdi.
Nigarda təsviri incəsənətə maraq bacısı Qəmərin çəkdiyi şəkillərdən
ilhamlanaraq yaranmışdı.
İncəsənət
Gimnaziyasının müəllimi Təranə Babayevanın sayəsində onun təsviri incəsənətə meyli
daha da artdı. Təranə xanımdan aldığı dərslər onu daha da ilhamlandırırdı.
Nigar gimnaziyada keçirilən sərgilərdə iştirak edərək fəxri fərmanlarla təltif
olunmuşdur.
Baxşəli-zadə Nigar
Emil qızı Bakı şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini 236 saylı məktəbdə
almış, hər zaman onun rəsmi əlaçılar lövhəsini bəzəmiş və sinif nümayəndəsi
olmuşdur. O hazırda təhsilini Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika
İncəsənət Gimnaziyasının V sinfində davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox
sevdiyi fənlər Azərbaycan dili, fransız dili, ingilis dilidir.
Nigar gimnaziyada
keçirilən tədbirlərdə, sərgilərdə dəfələrlə iştirak etmiş, xarici ölkələrdə keçirilən
bir neçə müsabiqədə rəsmləri sərgilənmişdir. Təsviri incəsənətdən əlavə o,
gipslə işləməyi, toxuculuğu, tikişlə məşğul olmağı sevir. Tikiş müəllimi İqlimə
İsmayılova onu daim həvəsləndirir. Oxuduğu məktəbdə konstruktorluğa, aktyorluğa
da meyl göstərir.
O, həmçinin
qardaşının şahmatla məşgul olmasından ilhamlanaraq uşaq yaşlarında Töfiq
İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılq Sarayında idman ustalığına
namizəd, Bakı Dövlət Universitetinin dosenti, 45 ildən çox şahmat müəllimi işləyən
Fikrət Firuz oğlunun rəhbərliyi ilə şahmatın sirlərinə də yiyələnmişdir. Eyni
zamanda həmin sarayda milli rəqsə getmiş, həm də İdman və Bal Rəqsləri Federasiyasının
prezidenti Etibar Məmmədovun “Aypara” qrupunda Latın Amerikan və Avropa bal rəqslərinə
yiyələnməyə başlamışdır.
Hazırda Nigar idman
və bal rəqsləri üzrə dərslərini davam etdirir və bu sahədə birinciliklər əldə
edir. “Gənc ulduzlar”, “Gözəllik və zəriflik”, “Parlayan ulduzlar”, “Yaz çələngi”
və s. kimi açıq turnir və müsabiqələrdə “Aypara” qrupunun adı altında iştirak
etmiş və I yeri əldə edərək diplom və medallarla təltif olunmuşdur. Bir neçə dəfə
“Lider” və “İctimai” telekanallarında “Aypara” rəqs qrupuna qrupuna həsr
olunmuş verilişlərdə onun da fəaliyyəti işıqlandırılmışdır.
Nigar rəqs, rəsmlə
yanaşı həm də Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbində skripka
və fortepiano ilə də məşğul olur. Skripka dərslərini Firuz Səməd-zadə,
fortepiano dərslərini isə Sevda xanımla Talıbovadan alır. Onda skripkaya maraq
italyan skripkaçısı Nikola Paqanininin skripkada ifasını dinlədikdən sonra
yaranmışdır.
Qəhrəmanımız təsviri
incəsənətlə gimnaziyayla paralel olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində
də məşğul olur. Buradakı müəllimi Nigar Şıxəliyeva onun inkişafı üçün əlindən gələni
əsirgəmir.
3 mart 2018-ci il
tarixində Xətai Sənət Mərkəzində Novruz bayramı ilə əlaqədar keçirilən “Baharı
birlikdə qarşılayaq” adlı sərgidə Nigarın da rəsmləri sərgilənməşdir.
Nigar ümumən çox nəcib
ürəyə malikdir, daim qonşulara, əlillərə, qocalara, uşaqlara və yaxınlara
bacardığı qədər köməklik göstərir. Elə bu xarakterindən dolayı gələcəkdə
xeyriyyə təşkilatı yaratmaq arzusundadır.
Yaşı az olmasına
baxmayaraq qəhərəmanımız bu günə kimi yaşıdları ilə müqayisədə xeyli uğur əldə
edib. Təvazökar xasiyyətinə uyğun olaraq bu zamana qədər əldə etdiyi nailiyyətlərdə
ailəsinin və müəllimlərinin xüsusi zəhməti olduğunu bildirir.
Nigarın məqsədi Rəssamlıq
Akademiyasına qəbul olaraq rəssam, modelyer-dizayner olmaqdır. Rəsm əsərlərini
dünya miqyaslı sərgilərdə nümayış etdirmək və şedevrlər yaratmaq fikrindədir. Həmçinin
skripka və rəqs üzrə də daha çox qalibiyyətlər qazanaraq, peşəkar səhnədə çıxış
etmək istəyir.
Asudə vaxtlarında
rəsm çəkməyi, musiqiyə qulaq asmağı, toxumağı, ev məmulatları ilə kimyagərlik
etməyi sevir. Həyətdə qardaşı Yaşarla birgə futbol, basketbol oynayır.
Tarixin yaddaşına
Nikola Paqanini, Van Qoq, Leonardo Da Vinçi kimi məşhur olmaq, möhtəşəm əsərlər
yaratmaqla düşmək istəyir.
Комментариев нет:
Отправить комментарий