Ağakişiyeva Gülnur Əhməd qızı 2007-ci ilin sentyabrın
10-da Sumqayıt şəhərində anadan olub.
Gülnur körpəlikdən ağıllı, təmkinli, məntiqli, sakit təbiətli, fikirlərini lakonik ifadə etməyi bacaran və
yüksək zəkaya malik bir uşaq idi. Onun sevdiyi məşğuliyyəti oriqami, heyvanlar və
güllər hazırlamaq olub. Gülnurun idman sahəsinə də
böyük həvəsi var. O, 3 il bədii gimnastika ilə məşğul olub. Yaşının az olmasına
baxmayaraq o, mətbəxdə anasına kömək etməyi xoşlayır. Gülnur səyahətə
çıxmaqdan, təbiətin gözəlliklərini seyr etməkdən xüsusi zövq alır. Tarixi abidələr,
piramidalar, müxtəlif xalqların keçmişi ilə bağlı tarixi flimlər onu çox
maraqlandırır. Gülnuru yaşıdlarından fərqləndirən başlıca cəhət yüksək
intellektual səviyyəsi və fərqli düşüncə tərzinin olmasıdır. Bir sözlə Gülnur
körpəlikdən maraqlı uşaq olub. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri
yazıb-oxumağı hazırlıq müəllimi və valideynləri tərəfindən öyrənib. Gülnur müxtəlif
riyazi hesablamalar aparmağı çox sevir. Onun fitri istedadı atası tərəfindən 3
yaşından aşkarlanıb. Güclü məntiqi, riyazi bilikləri, gözəl əl qabiliyyəti onu
daim fərqləndirib. Bunlardan ən başlıcası onun idarəcilik sistemində liderlik
etmək xüsusiyyətinin olmasıdır.
Ağakişiyeva Gülnur ilk təhsilini 300 nömrəli məktəbdə alıb.
Hazırda Bakı şəhəri 20 nömrəli məktəb-liseyinin V sinif şagirdidir. Gülnur məktəblərində
tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə kimi bilik və
bacarıqları yalnız beş ilə qiymətləndirilib. O, sinif nümayəndəsidir. Gülnur
bütün fənlərin onun gələcək həyatında vacib rol oynadığını bilir. Tədris olunan
bütün fənləri sevməsinə baxmayaraq onun ən sevdiyi fənləri riyaziyyat, ədəbiyyat
və tarixdir. Gülnur məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin
fəal üzvüdür. O, Yeni il bayramına həsr olunmuş şənlikdə “Qar qız” obrazını
böyük məharətlə şənlik iştirakçılarına nümayiş etdirib. Tədbirlərin birində
İngilis dilində aparıcılıq etmək işi ona həvalə olunub. Gülnurun bir çox televiziya kanallarında (Lider, Space, ANS, “İctimai”, Xəzər), mental arifmetika üzrə bacarıqları
nümayiş olunub. Eyni
zamanda müxtəlif internet saytlarında onun haqqında məlumatlar yayımlanıb. O,
12 dekabr tarixində Atatürk mərkəzində keçirilən müstəqil Azərbaycan dövlətinin
qurucusu, ümummilli liderimiz Heydər
Əliyevin anım mərasimində çıxış edib. Gülnur mental arifmetika, İngilis dilində
sərbəst nitqinə, riyaziyyat fənni üzrə keçirilən bilik yarışmalarında
birincilik əldə etdiyinə görə diplom və sertifikatla təltif olunub. Kaspi tədris
mərkəzində yüksək zəka nümayiş etdirdiyinə görə də diploma layiq görülüb. Eyni
zamanda məktəblərində təşkil olunan imla, inşa yarışmalarında birincilik əldə
edərək diplom qazanıb. Gülnur bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə
görə valideynlərinə xüsusən də onun daim dəstəkçisi, dayağı olan atasına borclu
olduğunu bildirir. O, fəaliyətindən dolayı Azərbaycan dövlətinin birinci xanımı
olan Mehriban Əliyevaya oxşamaq istəyir.
Onun kimi xeyirxah, mehriban, ziyalı,peşəkar, daim xalqını, millətini düşünən və
ən gözəl insani keyfiyyətləri özündə cəmləşdirən bir şəxsiyyət olmaq
arzusundadır. O, Mehriban Əliyevanın müavini olaraq çalışmaq istəyir. Gülnurun ən
böyük hədəflərindən biri də dünyanın ən məşhur təhsil ocaqlarından olan Harvard
universitetinin məzunu olmaqdır. Məktəbə ilk qədəm qoyduğu gündən bu fikrə
düşüb. O, gələcək həyatında müvəffəqiyyət qazanıb, özünə uğurlu yol seçə bilmək
üçün ölməz liderimiz, mərhum Heydər Əliyev kimi iradəli, əzəmətli xarakterə
sahib olmaq istəyir. Bu onun Heydər Əliyevə olan sonsuz sevgisi və ehtiramının
göstəricisidir. Gülnurun gələcək
planları dil biliklərini təkminləşdirmək, ali məktəbə yüksək nəticələrlə daxil ola bilmək və idman sahəsi üzrə uğurlar
qazanmaqdır. Mərhəmət duyğuları olduqca yüksək olan Gülnur kimsəsiz uşaqlar üçün
ən yaxşı şəraiti qurmaq, sahibsiz küçə heyvanları üçün sığınacaqlar yaratmaq
istəyir. Müxtəlif mövzuda, iri həcmli kitabların müəllifi olmaq, çağdaş
dövrümüzdə sosial şəbəkələr yönlü yeni kəşflər etmək niyyətindədir. O, bəddi
yaradıcılığın ədəbiyyat sahəsi üzrə “Cek və macəraları” adlı kosmik, fantastik
mövzulu kitabın müəllifidir. Gülnur Harvard universitetinin məzunu olaraq Vətəninə
qayıdıb, Mehriban Əliyevanın müavini olaraq millətinə xeyirli övlad olmaq niyyətindədir.
Salam. Məndə Gülnur Ağakişiyeva kimi Azerbaycanın istedadlı uşaqlarından biriyəm. Verdiyim linki sizdə həmçinin bura paylaşsanız çox sevinərdim : https://thejabbarovlatif.blogspot.com/2022/10/ltif-cabbarov-turan-oglu.html?m=1
ОтветитьУдалить