Əhmədova Nuray
Rövşən qızı 08.07.2007-ci ildə Bakı şəhərində anadan olub. Nuray körpəlikdən
çox sakit, mehriban, paylaşmağı sevən və bu günə qədər hamının sevimlisi olmağı
bacaran uşaq olub. Onun ən sevimli məşğuliyyətləri nənəsiylə yemək bişirmək, gəzməyə
getmək, nağıl kitabları oxumaq və şəkil çəkməkdir. Məktəbə gedənə qədər
yazmağı, oxumağı, hesablamağı anasının köməkliyi ilə öyrənib. Nurayın
istedadını ailəsi 5 yaşından müşahidə edib. Onun lap kiçik yaşlarından rəqs etməyə,
rəsm çəkməyə və gimnastikaya böyük həvəsi olub.
Nurayın bu həvəsini görən anası onun ilə xüsusi olaraq məşğul olub. Əhmədova Nuray ilk təhsilini 222
saylı tam orta məktəbdə alıb. Hazırda 20 nömrəli məktəb-liseyin V sinif
şagirdidir. O, dərslərini əla qiymətlərlə oxuyur. Nuray bilik və bacarıqlarına
görə müəllimlərinin də rəğbətini,
sevgisini qazanıb. Onun ən sevdiyi fənlər
Azərbaycan dili, riyaziyyat və tarixdir. Nuray “Ana dili” və “Riyyaziyyat” gecələrində
iştirak edib. O, “Ana dili” gecəsində “Ana dilini sevək, sevdirək” adlı mövzuda
yazdığı inşada fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. “Riyaziyyat”
gecəsində isə tamaşada “Çevrə” obrazını canlandırıb və fəxri fərmana layiq
görülüb.
Nuray bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borcludur. Böyüyəndə fəaliyyətindən dolayı dayısına oxşamaq istəyir. O, daim ən yüksək zirvələrdə olmaq istəyir.
Nuray gələcəkdə tarix müəllimi peşəsinə yiyələnmək azrusundadır. O, 5-ci sinifdən bu fikrə düşüb. Bu sahəni seçmək istəyi onun Tarix müəllimi Günel xanımdan qaynaqlanır. Asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi, maraqlı məlumatlar toplamağı və inşa yazmağı sevir. Nuray çəkdiyi şəkillərdə insan təsvirlərinə daha çox üstünlük verir. O, gələcəkdə elə təhsil aldığı 20 nömrəli məktəbdə tarix müəllimi olaraq çalışmaq istəyir. Nuray pedaqoji fəaliyyət ilə yanaşı sahibkarlıqla da məşğul olmaq niyyətindədir. O, şəxsi mağaza və ya market açmaq arzusundadır. Nuray kitablarda, jurnallarda, xəbər portallarında və hətta yaddaşlarda öz savadı, bacarığı ilə iz qoyub gələcək nəsillərə örnək olmaq niyyətindədir.

Комментариев нет:
Отправить комментарий